Icma.az
close
up
RU
UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr Müzakirə təklifi

UNEC rektoru: Ali təhsil haqqında səsli düşüncələr Müzakirə təklifi

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanda ali təhsilin mövcud vəziyyəti haqqında fərqli mütəxəssislərin səsləndirdiyi fərqli fikirlər və mülahizələrdə, demək olar ki, neqativ fikirlər hələ də üstünlük təşkil edir. Bununla bağlı iki fikrimi bölüşmək istədim. 

Birincisi, ali təhsildə vəziyyətin ideal olduğunu təsdiqləmək fikrində deyiləm. Hələ də problemlərin mövcudluğunu qəbul edirəm.  Amma ali təhsil haqqında ümumi mənzərəni qaraldan fikirlərlə də həmfikir deyiləm. Ən azından ali təhsil haqqında səsləndirilən kəskin mənfi fikirlərin əsasında duran tədqiqatlar görünmür. Eləcə də,  həmin tədqiqatlar haqqında universitetlər məlumatlandırılmır və onlarla harada tanış olmaq da bəlli deyil. Əgər belə tədqiqatlar varsa (ümid edirəm ki, var), çox xahiş edirəm ki, həmin tədqiqatları [email protected] və yaxud [email protected] elektron ünvanlara göndərin, tanış olaq və müzakirə edək. UNEC-də həmin tədqiqatların geniş müzakirəsini də təşkil etməyə hazırıq. Məqsədimiz əsaslandırılmış fikirləri, tövsiyələri, tənqidləri fəaliyyətimizdə nəzərə almaqdır. Böyük səbirsizliklə tədqiqatları gözləyəcəyik.

İkincisi, mənim fikrimcə, ali təhsil haqqında səsləndirilən neqativ fikirlərin bir qismi əsasən reallığa deyil, mövcud reallıqlar haqqında formalaşmış təsəvvürlərə əsaslanır. Nəticədə, reallığın özü deyil, onun haqqında "yaradılmış" süni təsəvvür önə çəkilir. Oxucular bir sıra hallarda reallıqdan müəyyən dərəcədə qopmuş, faktiki gerçəkliyin yerini tutan xəyali və ya təhrif olunmuş məlumatın əsarətinə düşür. Bu problem bəzi ekspertlərin öz peşəkar kompetensiya və ixtisas sahələrindən kənara çıxaraq ali təhsil haqqında qəti mülahizələr irəli sürməsi ilə daha da dərinləşir. Nəticədə reallıqlardan uzaq informasiya konstruksiyaları formalaşır, rəylər, tənqidlər və təkliflər isə bəzən gerçəkliyin özündən daha çox onun haqqında yaradılmış təsəvvürü əks etdirir.

Ali təhsil haqqında səsləndiriliən hər bir fikrə hörmətlə yanaşır və bir daha xahiş edirik ki, gəlin aparılmış və ya ciddi mülahizələrdə əsas götürülmüş tədqiqatları UNEC-də birlikdə müzakirə edək. Ali təhsillə bağlı istənilən təklif və tənqidi istənilən şəxslə müzakirə etməyə hazırıq. Müasir universitet quruculuğu naminə!

Ədalət Muradov
UNEC-in rektoru, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri