UNFORMAL 16 ildən sonra səhnəyə qayıdır
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Azərbaycan rok musiqisinin əfsanəvi qruplarından olan "UNFORMAL" illər sonra yenidən bir araya gəlir.
BAKU.WS xəbər verir ki, "Sonsuz yol" mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.
2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri - Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rusiya, ABŞ və Böyük Britaniya) Bakıya toplanaraq konsert verəcəklər.
Qeyd edək ki, "UNFORMAL" 2007-ci ildə "Sonsuz yol" klipi ilə geniş tanınmış, 2008-ci ildə Avroviziya milli seçimlərinin finalçısı olub.
İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönürlər.
Baxış sayı:20
Bu xəbər 04 Noyabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















