UNİAN: Poroşenkonun həbsinə hazırlıq gedir
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, UNİAN agentliyi Ukraynada eks-prezident Pyotr Poroşenkonun həbsinə hazırlıq getdiyini, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onun evinin yaxınlığında keşik çəkdiyini yazıb. Agentliyin məlumatına görə, Prorşenkonun dövlətə xəyanət ittihamı ilə həbs edilməsinə hazırlıq gedir.
Ukraynanın Milli Müdafiə və Təhlükəsizlik Şurası Poroşenkoya qarşı sanksiyalar tətviq edib. Porşenko ona birdəfəyə 15 ədəd bildiriş göndərilməsindən, bununla da onun 14-15 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirakına qadağa qoyulmasından şikayət edib.
Agentliyin məlumatında sanksiyaların dövlətə xəyanət maddəsi əsasında qoyulması ehtimalı qeyd edilir. Ukrayna Prezidenti Vladimir Zelenski dünənki müraciətində Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasından danışıb. Zelenski deyib: "Milli təhlükəsizliyi məhv edən və Rusiyaya kömək edən hər kəs cavab verməlidir. Faktiki olaraq Ukraynanın, Ukraynanın maraqlarının təhlükəsizliyinin satılmasından qazanılan milyardlar bloklanmalı və Ukrayna ilə ukraynalıların müdafiəsinə yönəldilməlidir".
Hürr Tərcüman
Baxış sayı:62
Bu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















