Icma.az
close
up
RU
Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Unibank ikinci rübün maliyyə nəticələrini açıqladı

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq 2,3 milyard manatı keçib.

Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.

Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də artırmasına imkanlar yaradıb. 

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ikinci rübünü də müsbət dinamika və əhəmiyyətli nəticələrlə başa vurub: "2026-cı ilin ikinci rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. İlk rübdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni 3 illik strategiyamız çərçivəsində daha çevik, rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün transformasiya ili olaraq qalır. Qarşıdakı dövrdə məhsul və xidmətlərimizi daha da təkmilləşdirmək, rəqəmsal həlləri genişləndirmək və real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz sırasında olacaq”.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 16%, sayı isə 32 % artıb. Bu ilin əvvəlindən 30 iyun tarixinədək nağdsız əməliyyatların həcmi 8,1 milyard manatı, sayı isə 283 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfərə yaxınlaşıb. 2025-cı ilin ikinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 15 %, hüquqi şəxslərin sayı isə 6 %-dək artıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ikinci rübün sonuna ümumi depozit portfelinin həcmi 1,4 milyard manata yaxınlaşıb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artmaqla, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 46%-dən çox artaraq, 694 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 2-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında bu il 53 %-lik artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində payı 47 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 259 milyon manat təşkil edib və kredit portfeli ikinci rübün sonuna 1,5 milyard manata yaxınlaşıb.

Unibank – Sənin Bankın!

   
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 14 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see283

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see273

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see271

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see265

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see262

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see257

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see245

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see243

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see242

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see237

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see235

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see230

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see229

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see215

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see213

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see212

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see199

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see194

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see193

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri