Icma.az
close
up
RU
Unibank 2025 ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank 2025 ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Unibank" Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib.

"Unikal" xəbər verir ki, Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib. 

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib. 

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  “2025-ci ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz — innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 17 %-dək artıb. 

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.

Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib. 

"Unibank" – Sənin Bankın!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri