Icma.az
close
up
RU
Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Unibank KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 333 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 56 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 53 milyon manatdan çox, xalis mənfəət isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 % artaraq, 26,6 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 19 % artaraq, 266 milyon manata çatıb. Aktivlərin həcmi isə 465 milyon manat çoxalaraq, 2,4 milyard manata yaxınlaşıb. Hesabat dövründə bankın kapital adekvatlılığı əmsalı 14,57 % təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Valentin Morozov bildirib ki, 2026-cı ilin üçüncü rübü bank üçün sabit inkişaf, əməliyyat effektivliyinin artırılması və əsas biznes istiqamətlərinin gücləndirilməsi ilə yadda qalıb: “2026-cı ilin üçüncüi rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. Əvvəlki rüblərdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni strategiyamızın icrası planlaşdırılan istiqamətdə davam edir. Rəqəmsal kanallarımızın genişləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və müştəri təcrübəsinin keyfiyyətinin artırılması bu dövrdə də fəaliyyətimizin mərkəzində oldu. İlin son rübündə qarşımıza qoyduğumuz hədəflərə nail olmaq, müştərilərimiz və tərəfdaşlarımız üçün yaratdığımız dəyəri daha da artırmağı hədəfləyirik”.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım 273 milyon manat təşkil edib və kredit portfeli üçüncü rübün sonuna 1,5 milyard manatı ötüb. Ümumi kredit portfelinin həcmində ayrıca olaraq biznes kreditləri 44 % artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 48 %-ə yaxınlaşaraq, 733 milyon manata çatıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin payında da ciddi artım olub. 2025-ci ilin 3-cü rübü ilə müqayisədə bu il mikro kreditlərin biznes portfeldəki payında 49 %-lik artım qeydə alınıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib. Ümumi depozit portfelinin həcmi 17 % çoxalaraq, üçüncü rübün sonuna 1,4 milyard manatı ötüb.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 12%, sayı isə 28 % artıb. Bu ilin əvvəlindən 30 sentyabr tarixinədək nağdsız əməliyyatların həcmi 12,2 milyard manatı, sayı isə 432 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfəri ötüb. 2025-cı ilin üçüncü rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 12 % artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri