Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Universitet tərbiyə müəssisəsidirmi?

Universitet tərbiyə müəssisəsidirmi?

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

Bir gənc haradasa xoşagəlməz davranış nümayiş etdirir. Bir neçə nəfərin yanında söylədiyi sözlər kameraya düşür. Kiminsə sosial şəbəkədə paylaşdığı video bir neçə saatın içində minlərlə insanın qarşısına çıxır. Ardınca suallar başlayır: Bu kimdir? Harada oxuyur? Hansı məktəbin və ya universitetin tələbəsidir? Çox keçmədən isə hadisənin özündən daha qəribə bir proses başlayır: gəncin təhsil aldığı yer müzakirənin mərkəzinə çevrilir.

Tələbənin universitetin auditoriyasından kənarda atdığı hər addım onun təhsil müəssisəsinin adına bağlanır. Sanki universitet tələbənin bütün həyatına görə məsuliyyət daşıyan ikinci valideyndir.

Həqiqətənmi bir gəncin davranışındakı qüsur avtomatik olaraq onun oxuduğu məktəbin adına yazılmalıdır? Universitet nədir?

Universitet insanın peşəkar bilik aldığı, dünyagörüşünü genişləndirdiyi, elmi və intellektual inkişaf etdiyi, gələcəkdə mütəxəssisi olacağı sənətin sirlərinə yiyələndiyi məkandır. Burada gənc müəyyən ixtisas üzrə təhsil alır, peşəyə hazırlanır, müstəqil düşünməyi, araşdırmağı, sual verməyi, arqument qurmağı öyrənir.

Bəli, universitetin işi təhsil verməkdir. O, artıq müəyyən yaşa çatmış insanın bütün xarakterini sıfırdan formalaşdıran və onun bütün davranışlarına nəzarət edən tərbiyə müəssisəsi deyil.

Əslində, universitetə belə bir missiya yükləmək həm universitetə, həm də cəmiyyətə qarşı ədalətsizlikdir. Çünki insanın tərbiyəsi bir gündə başlayıb formalaşmır. O, universitet qapısından içəri girəndə yaranmır. Bir uşağın xarakterinin təməli ailədə qoyulur. Sonra məktəb gəlir. Müəllim, dostlar, sosial mühit, oxuduğu kitablar, baxdığı filmlər, böyüdüyü küçə, gördüyü münasibətlər, ailədə eşitdiyi sözlər, valideynlərinin bir-birinə və başqalarına münasibəti - bütün bunlar onun şəxsiyyətinin formalaşmasında rol oynayır. Universitetə gələn gənc buraya gələnə qədər artıq müəyyən dünyagörüşü, davranış modeli, əxlaqi təsəvvürləri və şəxsi sərhədləri formalaşmış bir insandır.

Universitet onu dəyişə bilərmi? Əlbəttə. Təhsil insanı dəyişir. Dərs aldığı müəllim, oxuduğu kitab, içərisində olduğu elmi mühit, burada qazandığı dostluqlar, müzakirələr, mütaliə, sənət və elm onun şəxsiyyətinə ciddi təsir göstərə bilər. Amma təsir etmək başqa şeydir, bütün məsuliyyəti öz üzərinə götürmək isə başqa. Universitet bir insanın xarakterinin müəllifi ola bilməz.

Bu məsələ xüsusilə sosial şəbəkələr dövründə daha ciddi görünür. Əvvəllər bir gəncin dostları arasında dediyi hansısa yersiz söz, etdiyi hansısa yanlış hərəkət həmin çevrədən kənara çıxmaya bilərdi. Bu gün isə telefon kamerası kifayətdir. Bir neçə saniyəlik video çəkilir, paylaşılır və artıq həmin davranışın milyonlarla potensial şahidi və təbii ki, sorğulayıcısı var. Üstəlik, sosial şəbəkə hadisənin özündən çox onun ətrafında yaranan reaksiyanı böyüdür. İnsanlar videoya baxır, nəticə çıxarır, mühakimə edir, paylaşır, şərh yazır. Bir müddət sonra hadisənin özündən çox "filan universitetin tələbəsi belə edib" başlığı yadda qalır.

Burada isə mühüm bir sual ortaya çıxır: Bir tələbənin şəxsi davranışı ilə onun təhsil aldığı universitetin institusional davranışını niyə eyniləşdiririk?

Əgər tələbə universitetdə, universitetin ərazisində, universitetin tədbirində, universitetin adı və statusundan istifadə edərək, universitetin daxili qaydalarını pozaraq hərəkət edibsə, təbii ki, ali təhsil müəssisəsinin məsələyə münasibət bildirmək və intizam tədbiri görmək hüququ, hətta müəyyən hallarda vəzifəsi var.

Amma tələbə universitetdən kənarda, öz şəxsi həyatında etdiyi hər bir yanlış davranışa görə universitet niyə ictimai cavabdeh tərəfə çevrilməlidir? Universitetin həmin hadisəyə heç bir aidiyyəti olmadığı halda onun adının gündəmə gətirilməsi nə dərəcədə doğrudur? Bu məsələ təkcə universitetə aid deyil. Şagirddirsə, məktəb, işçidirsə çalışdığı müəssisə sorğulanır və hadisə qəhrəmanından daha çox, oxuduğu, işlədiyi qurumlar cavabdehə çevrilirlər.

Ancaq məsələnin universitet tərəfinin daha təhlükəli tendensiyası da var: institusional damğalama. Yəni bir tələbənin davranışı bütün universitetin adına şamil edilir, verdiyi təhsil, yaratdığı mühit şübhə altına alınır. Nəticədə həmin universitetin minlərlə tələbəsi, yüzlərlə müəllimi, illərlə qurulmuş akademik mühiti, elmi fəaliyyəti, sənət və mədəniyyət layihələri bir nəfərin davranışının kölgəsində qalır.

Əziz oxucu, sizcə, bu, ədalətlidirmi? Məncə, deyil!

Bir insanın səhvi minlərlə insanın haqqına niyə kölgə salmalıdır? Bir tələbənin məsuliyyətsizliyi niyə onun auditoriyasında dərs deyən müəllimin adına yazılmalıdır? Bir gəncin sosial şəbəkədə dediyi yersiz söz niyə həmin universitetin rektorunun, professorunun, müəlliminin, digər tələbələrinin reputasiyasına çevrilməlidir?

Universitet bir kollektivdir, amma kollektiv olmaq fərdlərin bütün şəxsi davranışlarına görə məsuliyyət daşımaq demək deyil.

Əlbəttə, məsələni başqa tərəfdən də görmək lazımdır. Universitet "bizim tələbəmizdir, bizə aid deyil" deyərək hər şeyi kənara ata da bilməz. Əgər söhbət zorakılıqdan, ayrı-seçkilikdən, təhdiddən, cinayət xarakterli əməldən və ya universitetin nüfuzuna və təhlükəsizliyinə birbaşa bağlı ciddi davranışdan gedirsə, məsələ hüquqi və intizam müstəvisində araşdırılmalıdır. Amma burada da əsas prinsip yenə də dəyişmir: Məsuliyyət konkret hərəkəti edən şəxsin məsuliyyətidir. Universitetin görə biləcəyi iş isə həmin tələbə ilə bağlı öz səlahiyyətləri çərçivəsində qərar verməkdir. Universitet nə istintaq orqanıdır, nə ailə, nə də bütöv bir nəslin tərbiyəçisi. Bu sərhədlər qarışdırıldıqda isə həm universitetdən həddindən artıq gözlənti yaranır, həm də cəmiyyət yanlış ünvan seçmiş olur.

Çünki tərbiyə ilk növbədə ailədən başlayır. Uşağa başqasına əl qaldırmamağı, başqasını alçaltmamağı, zəifdən istifadə etməyin yanlış olduğunu universitet öyrətməməlidir. Qarşısındakı insanın şəxsiyyətinə hörmət etmək, qadına, kişiyə, uşağa, yaşlıya, müəllimə, işçiyə, küçədə tanımadığı adama münasibətdə müəyyən etik sərhədləri qorumaq - bunlar ali təhsilin başlanğıc mövzuları deyil. Bunlar həyatın başlanğıc dərsləridir. Hətta məktəb belə bu dərslərin ilk müəllimi deyil. Məktəb ailənin verdiyi tərbiyəni möhkəmləndirə, istiqamətləndirə, düzəldə və inkişaf etdirə bilər. Amma uşağın ilk davranış modelini yaradan əsas mühit ailədir. Universitetə isə artıq bir şəxs gəlir. Tələbə yetkin insandır. O, öz hərəkətlərinin nəticəsini anlamağı bacarmalı olan bir gəncdir. Əgər yetkindirsə, deməli, məsuliyyət də daşıyır.

Biz gəncləri bir tərəfdən müstəqil şəxsiyyət, azad düşünən vətəndaş kimi görmək istəyirik, digər tərəfdən onların hər səhvində kimlərisə günahlandırmağı seçirik. Bu iki yanaşma bir-biri ilə ziddiyyət təşkil edir. İnsana azadlıq verirsinizsə, onunla birlikdə məsuliyyət də verirsiniz. Müstəqil şəxsiyyət istəyirsinizsə, onun qərarlarının nəticəsini də həmin şəxsin özünə aid etməyi bacarmalısınız.

Burada media və sosial şəbəkə istifadəçilərinin də məsuliyyəti məsələsi meydana çıxır. Hadisəni işıqlandırmaqla insanı mühakimə etmək arasında çox incə sərhəd var. Bir tələbənin hansı universitetdə oxuduğunu yazmaq bəzən xəbərin vacib detalı ola bilər. Amma bu məlumat hadisənin mahiyyətindən çıxarılıb sensasiyanın əsas elementinə çevrilirsə, artıq başqa problem yaranır. Çünki "bir gənc belə hərəkət edib" ilə "filan universitetin tələbəsi belə hərəkət edib" arasında emosional baxımdan böyük fərq var. İkinci ifadədə universitet də hadisənin iştirakçısı kimi görünür. Halbuki bəzən universitetin hadisədən xəbəri belə olmur. Bir insanın fərdi davranışını onun təhsil aldığı müəssisənin kollektiv xarakteristikası kimi təqdim etmək isə ən azı ədalətsizlikdir.

Fikrimcə, universitetlər də bu məsələlərdən özləri üçün bir nəticə çıxarmalıdır. Tələbələrin davranış kodeksləri, zorakılığın qarşısının alınması, etik normalar, qarşılıqlı hörmət, akademik dürüstlük, ayrı-seçkiliyə yol verilməməsi kimi məsələlər ali məktəblərin diqqətində olmalıdır. Çünki universitet həm də mədəniyyət məkanıdır. Burada insanlara bir-birini dinləmək, fərqli fikrə dözmək, mübahisəni zorakılığa çevirməmək, öz hüququ ilə başqasının hüququ arasındakı sərhədi saxlamaq öyrədilə bilər. Amma bütün bunları tərbiyə anlayışı ilə qarışdırmaq da olmaz. Universitetin işi tərbiyə etməkdən çox, mədəni və məsuliyyətli düşüncə mühiti yaratmaqdır. Bu mühitdə insan öz davranışına yenidən baxa, səhvini görə və daha məsuliyyətli ola bilər. Amma universitet bir insanın uşaqlıqdan gətirdiyi bütün davranış modellərinə görə məsuliyyət daşımır.

Bəzən uşağın davranışında problem görəndə məsuliyyəti bir-birimizin üzərinə atmağa çalışırıq. Ailə məktəbi günahlandırır. Məktəb ailəni. Universitet məktəbi. Cəmiyyət universiteti. Beləcə, hamı günahkar olur, amma konkret məsuliyyətin harada başladığı və harada bitdiyi aydınlaşmır. Halbuki insanın formalaşması uzun və mürəkkəb prosesdir. Bir müəllimin bir tələbəyə təsiri böyük ola bilər. Bir kitab insanın dünyasını dəyişə bilər. Bir universitet gəncə tamam başqa həyat perspektivi verə bilər. Amma heç bir universitet bir insanın bütün həyatının redaktoru ola bilməz.

Əslində, universitetin adı onun minlərlə tələbəsinin hər addımından yox, öz gördüyü işlərlə qiymətləndirilməlidir. Universitetin siması onun müəllimi, elmi fəaliyyəti, tələbələrinə yaratdığı mühiti, cəmiyyətə verdiyi məzunları, mədəniyyətə, elmə, sənətə, təhsilə verdiyi töhfələrdir. Ən vacibi isə budur ki, biz universitetdən tərbiyəçi deyil, düşünən, bilən, məsuliyyətli və azad şəxsiyyətlərin inkişafına imkan verən mühit gözləməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see587

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see496

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see450

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see321

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see307

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see300

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see292

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see279

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see263

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see255

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see244

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see231

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see228

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see205

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see201

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see201

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see198

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see185

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see185

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri