Universitet və kolleclərə qəbul üçün neçə nəfər qeydiyyatdan keçib?
Bizim media saytına istinadən Icma.az xəbər verir.
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu üçün indiyə qədər 39174 nəfər qeydiyyatdan keçib.
Bizim.Media Dövlət İmtahan Mərkəzinin statistikasına istinadən xəbər verir ki, hazırda universitetlərə qəbul üçün Azərbaycan bölməsi üzrə 34170 nəfər, rus bölməsi üzrə 5004 nəfər olmaqla ümumilikdə 38516 nəfər qeydiyyatdan keçib.
Kollec (11 illik) üçün isə qeydiyyatdan keçənlərin sayı 34268 nəfərdir. Onların 30472-i Azərbaycan bölməsi, 3796 nəfəri isə rus bölməsi üzrə qeydiyyatdan keçib.
2025-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyent sayı isə hələki 753 nəfərdir.
Qeyd edək ki, III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarixcoğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər ödəniş etməklə əlavə olaraq coğrafiya fənnindən imtahan verməlidirlər.
Xatırladaq ki, ali təhsil müəssisələrinə, həmçinin 9 və 11 illik təhsil bazasında kolleclərə sənəd qəbuluna dünən başlanıb və martın 5-dək davam edəcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:514
Bu xəbər 20 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















