Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Universitetlər distant tədrisə hazır idi? SORĞU

Universitetlər distant tədrisə hazır idi? SORĞU

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. Qərara əsasən, bu müddətdə universitetlərdə tədris onlayn formada təşkil olunacaq.

Qeyd edək ki, son günlər paytaxtda ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb və bu vəziyyət, xüsusilə tələbələr arasında narazılığa səbəb olub. Formula 1 Qran-Prisi ilə əlaqədar şəhərin bir sıra küçə və yollarının bağlanması da nəqliyyatın hərəkətinə təsir göstərib. Belə bir vəziyyətdə universitetlərdə tədrisin onlayn formata keçirilməsi ilə bağlı qərarın axşam saatlarında, kifayət qədər qısa müddət ərzində qəbul edilməsi diqqət çəkib.

Maraqlıdır, universitetlər Formula 1 Qran-Prisi ilə əlaqədar dərslərin onlayn keçirilməsinə əvvəlcədən hazır idimi? Bununla bağlı hər hansı texniki hazırlıq aparılmışdımı? Bəs onlayn dərslərdə tələbələrin davamiyyəti necədir? Əyani dərslərlə müqayisədə davamiyyətdə hər hansı fərq müşahidə olunurmu?

Mövzu ilə əlaqədar Redaktor.az bəzi universitetlərə sorğu ünvanladı.

Xəzər Universitetindən sorğuya cavab olaraq bildirildi ki, koronavirus dövründən distant dərsləri yüksək səviyyədə həyata keçirdiblər:

"Tələbələrimiz də buna tam hazırdır. Onlayn dərsləri həyata keçirtmək üçün universitet bütün texniki imkanlara malikdir. Heç bir problem yoxdur".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə bildirildi ki, distant tədrislə bağlı artıq hazırlıq görülmüşdü:

"Onu da qeyd edək ki, ADNSU-nun, eyni zamanda digər universitetlərin də onlayn tədris forması ilə bağlı təcrübələri var. Bu təcrübə xüsusilə koronavirus pandemiyasından sonra formalaşdı. Nəzərə alsaq ki, ADNSU texniki profilli ali təhsil müəssisəsidir, burada məsələlər daha rahat və əlçatandır. Davamiyyət də qaydasındadır. Artıq tələbələrimiz dərslərə qoşulublar. Ümumi proqram dəyişmədən dərslər onlayn formatda davam edir".

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirildi ki, universitetdə distant təhsilin təşkili istiqamətində uzunmüddətli təcrübə mövcuddur:

"Belə ki, 2018-ci ildən universitetdə UNEC Extern Mərkəzi (distant təhsil mərkəzi) fəaliyyət göstərir. COVID-19 pandemiyası dövründə UNEC tədris prosesinin distant formata operativ və fasiləsiz keçirilməsini təmin edib. 

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar hazırda UNEC-in bütün fakültələrində tədris prosesi distant formada təşkil olunur. Distant dərslərin keçirilməsi üçün zəruri texniki hazırlıqlar həyata keçirilib, tələbələrin şəxsi kabinetlərinə dərslərin "Zoom" platforması üzərindən keçirilməsi ilə bağlı keçid linkləri yerləşdirilib. Tələbələr təqdim olunan linklər vasitəsilə dərslərə problemsiz şəkildə qoşulurlar.
Onlayn dərslərdə tələbələrin davamiyyəti də diqqətdə saxlanılır. Hazırkı müşahidələrə əsasən, distant tədris zamanı tələbələrin dərslərdə iştirakında ənənəvi dərslərlə müqayisədə nəzərəçarpacaq fərq müşahidə olunmur. Tədris prosesi əvvəlcədən müəyyənləşdirilmiş cədvəl əsasında davam edir".

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev isə universitetin onlayn, distant tədris formasını davam etdirmək üçün tam infrastrukturu mövcuddur və aktiv şəkildə istifadə olunmağa hazır olduğunu bildirdi:

"Ona görə də Formula 1 Qran-Prisi ilə bağlı dərslərin onlayn keçirilməsinə universitet demək olar ki, tam hazır idi. Yeni qəbul olunan tələbələrin korporativ hesablarının açılması və onların onlayn dərs platformasına – "Microsoft Teams" platformasına inteqrasiyası məsələsində cüzi gecikmələr, problemlər ola bilərdi. Onlar da artıq dünəndən və bu gün səhər ərzində operativ qaydada həll olunub. Bu gün artıq universitetin bütün ixtisasları və bütün kursları üzrə dərslər tam onlayn rejimdə təşkil olunub və hazırda da davam edir. Davamiyyət normal qaydadadır və daimi olaraq onlayn sistem üzərindən monitorinq aparılır. Dərslərin vəziyyəti və keçirilməsi ilə bağlı vəziyyət izlənilir. Adi günlərdəki davamiyyətlə müqayisədə ciddi bir fərq yoxdur. Dərslər normal qaydada onlayn şəkildə davam edir".

Azərbaycan Tibb Universitetindən sorğuya cavab olaraq bildirildi ki, davamiyyət normaldır və hər şey yüksək səviyyədə təşkil olunub. 

Bakı Dövlət Universitetindən isə bildirildi ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Bakı şəhərində keçirilməsi ilə əlaqədar universitetdə sentyabrın 23-dən etibarən dərslər "Microsoft Teams" və "Blackboard" platformaları vasitəsilə distant (məsafədən) formada təşkil olunmasıyla əlaqədar texniki hazırlıq işlərinə sentyabrın 22-də başlanılıb və növbəti gün dərslərin məsafədən keçirilməsi təmin edilib:

"Görülən tədbirlər tədrisin fasiləsizliyinin qorunmasına və təhsil proqramlarının icrasının davam etdirilməsinə yönəlmişdir. Gün ərzində 22 mindən çox tələbənin tədris prosesinə məsafədən qoşulması nəzərdə tutulur. Tələbələrin dərslərdə davamiyyəti yüksək səviyyədədir. Tədris prosesinə nəzarət mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Hazıradək hər hansı səbəbdən dərslərə qoşula bilməyən tələbələrlə bağlı müraciət daxil olmamışdır".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri