Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Universitetlər ilin sonuna qədər distand təhsilə keçir? NAZİRLİKDƏN VACİB AÇIQLAMA

Universitetlər ilin sonuna qədər distand təhsilə keçir? NAZİRLİKDƏN VACİB AÇIQLAMA

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda metroda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının artması tələbələrin gündəlik gediş-gəlişinə ciddi təsir göstərir. Tələbələrin dərsə vaxtında çatmaq üçün daha erkən saatlarda evdən çıxması və günün əhəmiyyətli hissəsini yolda keçirməsi tədris prosesi ilə yanaşı, onların şəxsi vaxtına da təsir edir.

Bəs mövcud nəqliyyat vəziyyətini nəzərə alaraq, tələbələrin ilin sonuna qədər distant təhsilə keçirilməsi nə dərəcədə əsaslandırılmış addım ola bilər?

"Yeni Sabah"ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, 23–25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant formada təşkil olunacaq. Nazirlikdən əlavə bildirilib ki, hazırda ali təhsil müəssisələrində tədrisin distant və ya hibrid formada təşkili ilə bağlı əlavə qərar qəbul edilməyib. Məsələ ilə bağlı əlavə qərar və ya məlumat olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək. Sezar pizza

Təhsil eksperti Məzahir Məmmədli isə "Yeni Sabah"a açıqlamasında bildirib ki, distant təhsilin şəhərdəki nəqliyyat sıxlığının aradan qaldırılmasına müəyyən təsiri olsa da, problemin tam həlli üçün daha geniş tədbirlər görülməlidir.

Onun sözlərinə görə, son illərdə hər tədris ili başlayanda universitetlərin şəhərdən köçürülməsi və ya təhsilin distant formada təşkili ilə bağlı müxtəlif təşəbbüslər səsləndirilir.

“Distant təhsilin zərərli, həm də faydalı tərəfləri var. Faydalı tərəflərindən biri odur ki, müəyyən sıxlığın qarşısını almağa imkan verə bilər. Həmçinin universitetlərdə auditoriya çatışmazlığı baxımından müəyyən dəstək ola bilər. Ali təhsil müəssisələrində humanitar fənlərin distant keçirilməsi ilə bağlı artıq neçə illərdir müzakirələr gedir. Amma bu məsələ qanunda nəzərdə tutulmadı və Elm və Təhsil Komitəsində də müzakirə olaraq qaldı”.

Ekspert qeyd edib ki, təcrübə tələbələrin distant təhsilə keçirilməsinin şəhərdəki nəqliyyat problemini tam həll etmədiyini göstərir.

“Elm və Təhsil Nazirliyinin son qərarına baxaq. Bakı şəhərində yerləşən universitetlər 23–25 sentyabr tarixlərində distant tədrisə keçəcək. Ancaq şəhərdəki müşahidələr başqa şeyi göstərir. Artıq şəhər infrastrukturunda dəyişiklik etmək lazımdır. Tələbələrin distant təhsilə keçməsi müəyyən qədər təsir göstərə bilər, amma şəhərdəki sıxlığın problemini tam həll edə bilməz”.

M.Məmmədli bildirib ki, xüsusilə bu il ali məktəblərə qəbul olan tələbələr üçün nəqliyyatdakı sıxlıq əlavə çətinliklər yaradır.

“Onların nəqliyyatda itirdikləri vaxt, şəhərdəki sıxlıq dərsə vaxtında çatmamaqla bağlı müəyyən problemlər yaradır. Universitetlərdə artıq qayıb limiti müəyyənləşdirilib. Bu səbəbdən ilin sonunda bəzi tələbələr imtahana buraxılmaya, digərləri isə müəyyən çətinliklərlə qarşılaşa bilərlər”.

Ekspertin fikrincə, nəqliyyat sıxlığının azaldılması üçün ali təhsil müəssisələrinin dərs qrafiklərinin fərqli saatlara salınması da mümkün variantlardan biridir.

“Məsələn, Elmlər Akademiyası ətrafında bir neçə böyük ali təhsil müəssisəsi, kollec və ümumtəhsil məktəbi yerləşir. Ümumtəhsil məktəblərinin dərs qrafikini dəyişmək mümkün olmasa da, kollec və ali təhsil müəssisələri üçün bu mümkündür. Məsələn, Texniki Universitet, Bakı Dövlət Universiteti və İnşaat Universitetinin dərsləri bir saat fərqlə başlaya bilər. Biri səhər saat 08:00-da, digəri 09:00-da, digəri isə 10:00-da dərsə başlaya bilər. Bu cür yanaşma metro ətrafındakı sıxlığın qarşısını almağa imkan verər”.

M.Məmmədli hesab edir ki, digər variant dəqiq elmlər və texniki fənlər istisna olmaqla müəyyən dərslərin distant formada keçirilməsidir. Onun sözlərinə görə, bu yanaşma həm metroda aparılan işlər başa çatanadək, həm də ümumilikdə şəhərdə və universitetlərdə yaranan sıxlığın azaldılmasına kömək edə bilər.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri