Universitetlər subbakalavrları niyə istəmirlər? SƏBƏB
Icma.az bildirir, Bakupost portalına istinadən.
“İxtisas seçimi nəticələrinə diqqət yetirəndə görürük ki, subbakalavrlar üçün seçim uğursuz oldu. 80-90 balla kollec məzunları kəsiliblər”.
"Bakupost" xəbər verir ki, bu sözləri təhsil meneceri Seymur Hüseyn bildirib.
Onun sözlərinə görə,buna əsas səbəb ixtisas seçimi öncəsi tətbiq olunan yeni qaydalar olub:
“Belə ki, ixtisasların minimal bal tələbi 150 bala endirildi. Nəticədə bu, daha az bal toplayan abituriyentlərin universitetə qəbul olmasına səbəb oldu, amma kollec məzunlarının isə yolunu bağladı. Bunun açıqlaması budur ki, əslində universitetlər subbakalavr qəbul etmək istəmirlər.
Düşünürəm ki, zamanla subbakalavrların kollecdən universitetə yönəlməsini tamamilə ləğv edəcəklər. Kollec məzunları üçün ayrıca plan yerləri ayrılmalıdır ki, onlar həmin plan yerləri uğrunda öz aralarında rəqabət apara bilsinlər".
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 26 Avqust 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















