Icma.az
close
up
RU
Universitetlərdə dərs saatları fərqli vaxtlara bölünsə, nə baş verəcək? (ŞƏRH)

Universitetlərdə dərs saatları fərqli vaxtlara bölünsə, nə baş verəcək? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Əgər universitetlərdə dərslərin başlanma saatı fərqli vaxtlara bölünsə, səhər saatlarında nəqliyyat axını daha bərabər paylana bilər. Məsələn, bəzi universitetlərdə dərslərin 08:00-da, digərlərində isə 09:30 və ya 10:00-da başlaması tələbələrin ictimai nəqliyyatdan mərhələli şəkildə istifadəsini təmin edəcək. Bu, metronun və avtobusların pik saatlardakı yüklənməsini azaldaraq, sərnişinlərin rahat və vaxtında təhsil müəssisələrinə çatmasını asanlaşdıracaq"

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov tələbələrin dərslərinin müxtəlif saatlarda başlamasının əhəmiyyətindən danışarkən deyib. 

Onun sözlərinə görə, bu dəyişiklik universitetlərin yerləşdiyi ərazilər nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilə bilər:

"Məsələn, şəhərin mərkəzində yerləşən universitetlərdə dərslər daha gec başlaya bilər ki, səhər saatlarında həmin istiqamətlərə axın azalsın. Əksinə, şəhərdən kənarda yerləşən universitetlərdə dərslərin daha erkən başlaması nəqliyyatın tənzimlənməsinə kömək edə bilər. Bu sistemin uğurla tətbiqi üçün müəyyən addımlar atılmalıdır. İlk növbədə universitetlərin dərs saatları nəqliyyat qurumları ilə koordinasiya edilməli, avtobus və metro cədvəlləri yeni qrafikə uyğun tənzimlənməlidir. Hazırda tələbələrin 80%-i ictimai nəqliyyatdan istifadə edir və onların hərəkət qrafiki dəyişdirilərsə, ictimai nəqliyyat sistemində də uyğun yeniliklər edilməlidir".


Ekspert hesab edir ki, bu cür dəyişikliklərin tətbiqi müəyyən çətinliklər də yarada bilər:

"Universitetlərin akademik qrafikinin dəyişdirilməsi tələbələrin və müəllimlərin mövcud iş cədvəlləri ilə uyğunlaşdırılmalıdır. Müəllimlərin dərs saatlarının fərqli olması onların bir neçə universitetdə dərs keçməsinə maneə yarada bilər. Tələbələrin iş və dərs qrafikləri uyğunlaşdırılmalıdır ki, onların dərsdən sonra digər fəaliyyətlərinə maneə yaranmasın. Nəqliyyatla bağlı tənzimləmələr edilmədən dərs saatlarının dəyişdirilməsi tələbələr üçün əlavə çətinliklər yarada bilər. Səhər erkən dərsə gedən tələbələrin ictimai nəqliyyatda yer tapması problemi həll olunmalıdır. Axşam saatlarında dərsdən gec çıxan tələbələrin evə rahat qayıtması üçün nəqliyyatın fasiləsiz işləməsi təmin olunmalıdır".

Kamran Əsədov dünya təcrübəsində bu sistemin uğurla tətbiq edildiyini qeyd edib:

"Məsələn, Almaniyada ali təhsil müəssisələrinin əksəriyyəti səhər saatlarında dərslərə müxtəlif vaxtlarda başlayır. Bəzi universitetlərdə dərslər saat 08:00-da, digərlərində isə 10:00-da başlayır ki, bu da tələbələrin nəqliyyatdan mərhələli şəkildə istifadəsini təmin edir. ABŞ-da universitetlərdə dərs cədvəlləri elastik formada tərtib edilir və tələbələr özlərinə uyğun dərs saatlarını seçə bilirlər. Əgər Bakıdakı universitetlərdə dərslərin başlama saatı tədricən dəyişdirilərsə, nəqliyyat sıxlığına ciddi təsir göstərə bilər. Bu, yalnız universitetlər üçün deyil, bütün şəhər nəqliyyatı üçün müsbət dəyişikliklər yaradacaq. Əsas məsələ bu sistemin mərhələli və nəqliyyatla uyğunlaşdırılmış şəkildə həyata keçirilməsidir. Əks halda, tələbələr və universitet rəhbərləri üçün əlavə çətinliklər yarana bilər". 

Ekspertin fikirincə, bu yenilik təkcə tıxac problemini həll etməklə kifayətlənməyəcək, eyni zamanda tələbələrin daha rahat və effektiv şəkildə təhsil almasına imkan yaradacaq:

"Dərs saatlarının tənzimlənməsi universitetlərin infrastrukturundan və tələbə sayından asılı olaraq fərqli yanaşmalar tələb edir. Əgər bu proses düzgün planlaşdırılarsa, həm təhsil, həm də nəqliyyat sisteminin daha səmərəli işləməsinə töhfə verə bilər. Bakıda nəqliyyat sıxlığın əsas səbəblərindən biri səhər və axşam saatlarında eyni vaxtda hərəkət edən böyük sərnişin axınıdır. Xüsusilə universitet tələbələrinin və məktəblilərin eyni saatda yollara çıxması şəhərdaxili nəqliyyata ciddi yük yaradır. Bu problemi həll etmək üçün universitetlərdə dərslərin başlama saatlarının dəyişdirilməsi təklif oluna bilər. Dünya təcrübəsində bu praktika geniş yayılıb və uğurla tətbiq edilir. Türkiyədə nəqliyyat sıxlığını azaltmaq üçün müxtəlif ali təhsil müəssisələrində dərslərin başlama saatları fərqli təyin edilir. İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə bəzi universitetlərdə dərslər səhər saat 08:00-da başlayır, digərlərində isə 09:30 və ya 10:00-da. Belə sistem tələbələrin eyni vaxtda ictimai nəqliyyatdan istifadəsini azaldır və səhər saatlarında nəqliyyat axınının tənzimlənməsinə kömək edir”. 

Bahar Rüstəmli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Fevral 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İki il sonra üstü açılan qətlin Təfərrüatı

03 İyun 2025 04:20see154

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see135

Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib

03 İyun 2025 03:55see123

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see123

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see120

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see119

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see119

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see115

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see115

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see114

Siyarto: Macarıstan Trampın sülh planını dəstəkləməyə davam edəcək

03 İyun 2025 03:36see114

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see114

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see113

McLaren 750S in xüsusi versiyası buraxılacaq

03 İyun 2025 02:13see112

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see112

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see112

3 yaşlı qızını öldürən qadın həbsxanada ÖLÜ TAPILDI

03 İyun 2025 05:00see112

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri