Icma.az
close
up
RU
Universitetlərdə yataqxana problemi

Universitetlərdə yataqxana problemi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müasir dövrdə keyfiyyətli ali təhsil almaq hər bir gəncin haqqıdır. Lakin təhsilin yalnız akademik biliklərlə deyil, həm də sosial, iqtisadi və yaşayış şəraiti ilə sıx bağlı olduğu danılmaz bir həqiqətdir. Bu kontekstdə universitetlərin nəzdində tələbə yataqxanalarının mövcudluğu yalnız əlavə bir imkan deyil, zəruri bir ehtiyacdır. "Universitetlərin yataqxanası mütləq olmalıdır" fikri təkcə sosial rifah baxımından deyil, həm də təhsil sisteminin effektivliyi və ədalətliliyi baxımından önəm daşıyır”.

Bu fikirləri 525.az-a təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, Azərbaycanın bir çox rayon və kəndlərindən olan tələbələr təhsil almaq üçün paytaxtda və ya digər böyük şəhərlərdə yerləşən universitetlərə üz tutur. Bu tələbələrin əksəriyyəti kirayə evlərdə yaşamaq məcburiyyətində qalır. Kirayə qiymətlərinin yüksək olması onların ailə büdcəsinə ciddi zərbə vurur və təhsilə tam diqqət yetirmələrinə mane olur. Halbuki yataqxana imkanları genişlənsə, bu problem əhəmiyyətli dərəcədə azalar:

“Təhsil Konstitusiyada hər kəsin haqqı kimi təsbit olunub. Amma maddi vəziyyəti zəif olan ailələrin övladları kirayə xərclərinə görə təhsil almaqdan imtina edir və ya təhsillərini yarımçıq saxlayırlar. Yataqxanaların mövcudluğu bu bərabərsizliyi aradan qaldıra bilər və hər kəsə eyni imkanlar təqdim edə bilər. Yataqxana sadəcə yaşayış yeri deyil, həm də sosiallaşma, müstəqil qərarvermə, kollektiv həyat vərdişlərinin formalaşdığı bir məkandır. Burada tələbələr müxtəlif regionlardan olan həmyaşıdları ilə tanış olur, fərqli mədəniyyətləri öyrənir və bu, onların şəxsiyyət kimi formalaşmasına kömək edir. Bu baxımdan yataqxana həyat məktəbinin bir parçası hesab edilə bilər. Uzaq məsafədən hər gün dərsə gəlmək tələbənin həm vaxtını alır, həm də onu fiziki və psixoloji olaraq yorar. Bu isə akademik performansa birbaşa mənfi təsir göstərir. Yataqxana isə universitetə yaxın olduğu üçün tələbənin vaxt və enerji itkisinin qarşısını alır, dərslərə davamiyyəti və hazırlığı artırır. Tələbə yataqxanalarının mövcudluğu həm tələbələr, həm də dövlət üçün iqtisadi cəhətdən daha səmərəli ola bilər”.

Sevinc QARAYEVA
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1408

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see701

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see545

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see534

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see457

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see435

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see365

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see295

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see294

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see285

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see266

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri