Universitetlərdə yeni fənlər tədris olunacaq Prezident TƏSDİQLƏDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda ali təhsil müəssisələrində qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə kadr hazırlığı yenilənəcək.
Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Dövlət Proqramına əsasən, ali təhsil müəssisələrində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində fənn proqramları mövcud ehtiyaclara uyğun təkmilləşdiriləcək.
Bununla yanaşı, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə yeni fənn proqramları aidiyyəti dövlət orqanları və qurumlarla birlikdə hazırlanacaq.
Hazırlanacaq yeni proqramların ali təhsil müəssisələrində tədrisinə başlanılması nəzərdə tutulur.
Sənəddə bu istiqamətdə əsas məqsəd əmək bazarındakı dəyişikliklərə, texnoloji yeniliklərə və sahənin müasir tələblərinə uyğun ixtisaslı kadr potensialının artırılması kimi müəyyənləşdirilib.
Dövlət Proqramında yalnız ali təhsil deyil, ümumi təhsil pilləsi də diqqətdə saxlanılır. Belə ki, hazırlanacaq müvafiq dərsliklərə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı materialların daxil edilməsi nəzərdə tutulur.
Nəticədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə yeni fənn proqramlarının universitetlərdə tədrisinə başlanılması, ümumi təhsil müəssisələrində isə sağlam qidalanma və zoonoz xəstəliklərlə bağlı məlumatlılığın artırılması hədəflənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 10 Sentyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















