UNO arxivindən yeni sənədlər açıqlandı Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) uçan naməlum obyektlər (UNO) və naməlum hava hadisələri (UAP) ilə bağlı yeni sənəd, video və görüntüləri ictimaiyyətə açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, yeni məlumatların yayımlanması ABŞ Prezidenti Donald Trampın müvafiq qurumlara UNO və yadplanetlilərlə bağlı hökumət sənədlərinin müəyyənləşdirilməsi və məxfiliyinin aradan qaldırılması ilə bağlı verdiyi göstərişlər çərçivəsində həyata keçirilib.
Pentaqonun açıqladığı yeni materiallar arasında ümumilikdə 41 faylın olduğu bildirilir. Fayllara sənədlərlə yanaşı, video və fotoşəkillər də daxildir.
Açıqlanan materiallardan birində 2021-ci ilin sentyabrında Oman körfəzi üzərində qeydə alınmış naməlum hava hadisələri əks olunub. Görüntülərlə bağlı hesabatda Oman körfəzində keçirilən hərbi təlim zamanı təxminən 25 UAP hadisəsinin müşahidə edildiyi qeyd olunur.
Digər açıqlanan materiallardan biri isə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən 2025-ci ildə qeydə alınıb. Videoda Yaxın Şərqdə insanların sıx olduğu ərazi görünür və naməlum obyektin görüntüdə yüksək sürətlə hərəkət etdiyi müşahidə olunur.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında müvafiq nazirlik və dövlət qurumlarına UNO və yadplanetlilərlə bağlı mövcud sənədlərin müəyyənləşdirilməsi və ictimaiyyətə açıqlanması prosesinə başlanılması barədə göstəriş verəcəyini açıqlamışdı.
Pentaqon mayın 8-də UNO və UAP-larla bağlı ilk sənəd paketini yayımlayıb.
Qurumun internet səhifəsində yerləşdirilən materiallar arasında onlarla video və fotoşəkil, mülki şəxslərin və hərbçilərin ifadələri, araşdırma qeydləri və rəsmi hesabatlar yer alır.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 08 Avqust 2026 02:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















