Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Unudulmayan faciə, bərpa edilən ədalət ŞƏRH

Unudulmayan faciə, bərpa edilən ədalət ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 fevral, AZƏRTAC

XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğın nəticəsində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla qətlə yetirilib. Bu hadisə beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və insanlıq prinsiplərinin kobud şəkildə pozulması idi. Faciənin baş verdiyi dövrdə Azərbaycan mürəkkəb siyasi və hərbi şəraitdə idi. İnformasiya müharibəsində zəif mövqe, beynəlxalq ictimaiyyətin ikili standartları və regionda mövcud geosiyasi maraqlar Xocalı həqiqətlərinin dünya miqyasında lazımi səviyyədə tanıdılmasına mane olurdu. Uzun illər bu soyqırımına münasibətdə susqunluq və biganəlik hökm sürdü.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycan dövlət müstəqilliyini möhkəmləndirdikcə, Xocalı soyqırımının beynəlxalq hüquqi-siyasi müstəvidə tanıdılması istiqamətində ardıcıl və sistemli fəaliyyətə başladı: “Bu proses dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə genişmiqyaslı diplomatik və informasiya fəaliyyəti həyata keçirildi. Xarici ölkələrdə keçirilən tədbirlər, konfranslar, sərgilər, parlament dinləmələri və siyasi təşəbbüslər nəticəsində Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olundu. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası qısa müddətdə qlobal miqyas qazandı. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım mərasimləri, maarifləndirici aksiyalar, fotosərgilər, elmi konfranslar təşkil olundu, geniş informasiya materialları yayımlandı. Nəticə etibarilə bir sıra ölkələr və onların parlamentləri, o cümlədən ABŞ-nin bir çox ştatları Xocalı soyqırımını tanıyan qərarlar qəbul etdilər. Bu, tarixi ədalətin bərpası istiqamətində mühüm siyasi və mənəvi nailiyyət kimi qiymətləndirilməlidir. Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında sağalmaz yara kimi qalmaqla yanaşı, həm də milli həmrəyliyin və ədalət uğrunda mübarizənin simvoluna çevrildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi”.

Tahir Mirkişili bu Zəfərin yalnız ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, 30 ilə yaxın davam edən ədalətsizliyə son qoyulması olduğunu vurğulayıb: “2023-cü ildə həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu. Beləliklə, Xocalı da daxil olmaqla, bütün işğal altındakı ərazilər üzərində dövlət suverenliyi bərpa edildi. Bu hadisələr Xocalı şəhidlərinin qanının yerdə qalmadığını, Azərbaycan dövlətinin öz vətəndaşlarının haqqını qorumaq əzmində və qətiyyətində olduğunu bir daha nümayiş etdirdi. Bu gün Xocalıda və digər azad edilmiş şəhər və rayonlarda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İnfrastruktur yenidən qurulur, yaşayış məntəqələri salınır, sosial obyektlər tikilir. Ən önəmlisi isə, doğma yurdlarından didərgin salınmış vətəndaşlarımız mərhələli şəkildə öz dədə-baba torpaqlarına qayıdırlar. Xocalıya həyatın qayıdışı təkcə fiziki məkanın bərpası deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin təntənəsidir. Bu, Azərbaycan dövlətinin gücünün, siyasi iradəsinin və xalq-dövlət birliyinin bariz nümunəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. Lakin bu faciə, eyni zamanda, milli həmrəyliyin, siyasi iradənin və beynəlxalq mübarizənin simvoluna çevrilib. Dövlətimizin ardıcıl siyasəti nəticəsində Xocalı həqiqətləri artıq dünya miqyasında tanınır, ədalətə doğru mühüm addımlar atılır. Tarixi ədalətin tam bərpası üçün mübarizə davam edir. Xocalı şəhidlərinin xatirəsi hər zaman ehtiramla anılacaq, onların qanı bahasına yazılmış tarix Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Fevral 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri