Icma.az
close
up
RU
Unudulmayan tarix, sağalmayan yaradır 20 Yanvar ŞƏRH

Unudulmayan tarix, sağalmayan yaradır 20 Yanvar ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycanın müstəqillik yolu 1990-cı ilin yanvarında ağır sınaqlardan keçdi. Bu hadisə həm faciə kimi, həm də Azərbaycanın müasir zəfər yolunun ilk addımı kimi qiymətləndirilir.Çünki Azərbaycan xalqının çoxəsrlik tarixində dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin ən mühüm və həlledici mərhələlərindən biri idi 20 Yanvar hadisəsi. Bu tarix Azərbaycan xalqı üçün həm böyük bir kədər və faciə, həm də sarsılmaz iradənin, milli qürurun və qəhrəmanlığın rəmzidir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusu yüzlərlə tank, zirehli və beynəlxalq konvensiyalarla qadağan edilmiş güllələrdən kütləvi istifadə edərək Bakıda qanlı qırğın törətdi.

Qanlı faciə nəticəsində 147 nəfər vəfat etmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq saxlanılmış və işgəncələrə məruz qalmış, 5 nəfər isə itkin düşmüşdür.

Faciənin ertəsi günü, yanvarın 21-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı cinayəti törədən SSRİ rəhbərliyini kəskin ittiham etdi. O, xalqın yanında olduğunu bəyan edərək hadisəyə hüquqi və siyasi qiymət verilməsini tələb etdi. Bu çıxış həm Azərbaycan daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu və xalqa mənəvi güc verdi.

Bakı sakinləri isə yanvarın 22-də hərbi komendantın qadağalarına baxmayaraq, şəhidlərin dəfni üçün küçələrə axışdı. Azadlıq meydanında keçirilən izdihamlı matəm mərasimi xalqın əyilməzliyini bütün dünyaya nümayiş etdirdi. Şəhidlər Dağüstü parkda - hazırkı Şəhidlər Xiyabanında dəfn olundu.

Həmin dövrdə sovet rəhbərliyi Bakını informasiya blokadasında saxlasa da, bəzi xarici jurnalistlər və media qurumları həqiqətləri dünyaya çatdıra bildilər. The New York Times", "The Times", "The Guardian" kimi nüfuzlu qəzetlər həmin günlərdə sovet ordusunun vəhşiliyini manşetlərə daşımışdı. Onlar bu hadisəni "Qorbaçovun Bakı qırğını" kimi qələmə verirdilər.

Heydər Əliyev hər il yanvarın 20-də şəxsən xiyabana gələrək şəhidlərin məzarı önünə qərənfillər düzərdi. Onun bu ənənəsi şəhid ailələrinə göstərilən dövlət qayğısının ən ali təzahürü idi. O, tez-tez qeyd edirdi: "Bizim and yerimiz Şəhidlər Xiyabanıdır. Bu yer bizim üçün həm kədər, həm də iftixar mənbəyidir."

Cənab Prezident İlham Əliyev 20 Yanvar faciəsini təkcə keçmişin ağrısı kimi deyil, həm də gələcək nəsillərin vətənpərvərlik tərbiyəsi üçün bir qəhrəmanlıq məktəbi kimi dəyərləndirir. Onun yürütdüyü siyasət nəticəsində 30 il sonra qazanılan şanlı Qarabağ zəfər sayəsində Azərbaycan bu gün şəhidlərinin ruhu qarşısında başıuca, suverenliyi tam bərpa olunmuş güclü bir dövlət kimi dayanır.Artıq Azərbaycanın hər bir qarışında dalğalanan üçrəngli bayrağımız, şəhidlərimizin qanının yerdə qalmadığının və onların müqəddəs arzularının gerçəkləşdiyinin ən uca sübutudur. Şəhidlər ölmür, Vətən isə onların çiyinlərində yüksəlir!

Bu gün Şəhidlər Xiyabanı hər bir azərbaycanlı üçün müqəddəs and yeridir. 20 Yanvar təkcə matəm günü deyil, həm də milli birliyimizin və şərəfimizin qələbə çaldığı gündür.

​

Türkanə Kərimova

YAP Babək rayon təşkilatının məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri