Icma.az
close
up
RU
Unudulmaz hünər sahibi FOTO

Unudulmaz hünər sahibi FOTO

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəhid Rahim Yalçın oğlu Quliyevin 25 yaşı tamam oldu

İkinci Qarabağ müharibəsində neçə-neçə igid Vətən övladların qanı bahasına xalqımız möhtəşəm qələbə qazandı. Bununla da kimliyimiz, mənliyimiz bütün dünyaya bəlli oldu. Azərbaycanın yeni, şanlı tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük haqq savaşımızda canını doğma Vətəninə fəda edən şəhidlərdən biri də 2001-ci ildə Cəlilabadın Həziabad kəndində dünyaya göz aşan Rahim Yalçın oğlu Quliyev idi. 19 yaşında şəhidliyi el-obaya şərəf gətirən Rahim vaxtsız aramızdan getsə də, indi bütün Azərbaycan xalqı adını böyük iftixarla, qürurla çəkir. Həm də dövlət tərəfində layiq görüldüyü “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, eləcə Xocavəndin, Kəlbəcərin, Cəbrayılın azadlığına görə medallar onun müharibə meydanında göstərdiyi igidliyin, mərdliyin, ən əsası doğma torpağına olan sonsuz məhəbbətin gözəl nümunəsidir.

Bəli, qısa ömrü Azərbaycana sonsuz sevgi mücəssəməsi olan Rahim Quliyev bir müddət sonra Cəlilabaddan Sabunçu rayon, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə köçüb. Yaşa dolduqca gözəl mənəvi keyfiyyətləri ona hörmət gətirib. Həyat amalı Vətəninə, xalqına təmənnasiz xidmət olan Rahim peşə məktəbində oxuyub. Avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsil alıb. Yaxşı işlər görüb və sağlam əqidəsi çoxuna dayaq olub.

Vətənpərvər gənc işğalçı düşməndən qisas almaq məqsədilə 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb. O, nizam-intizamı, verilən hər bir tapşırığı ləyaqətlə, vicdanla yerinə yetirdiyi üçün əsgərlər arasında seçilib. Cəbhə xətində yağı ilə qarşı-qarşıya dayanıb, Vətənini göz-bəbəyi kimi qoruyub. Həmçinin dığaların təxribatının qarşısının alınmasında bir-neçə dəfə iştirak edib və gücünü onlara göstərə bilib. İşğal altında olan əzəli Qarabağımızın azadlığı uğrunda düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.

Vətən müharibəsi başlanan günü igid və cəsur əsgər qəlbində intiqam qəzəbi ən qaynar nöqtələrdə erməni quldurlarına qarşı vuruşa girib. Düşmənə ciddi itkilər verməklə bir-neçə ağı müharibədən zəfərlə çıxıb. Rahim Quliyevin axırıncı döyüş yeri isə Füzuli-Cəbrayıl istiqamətində olub. Burada son damla qanına kimi vuruşaraq, şəhidlik zirvəsinə ucalıb. Və yazdığı qəhrəmanlıq tarixi ilə əbədi olaraq milyonların ürəyinə köçüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri