Icma.az
close
up
RU
Unudulmaz insan

Unudulmaz insan

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hacı Gərayla vida mərasimində iştirak edə bilmədim. Bu üzücü xəbər məni olduqca sarsıtdı. Övladlarına zəng edərək dərdlərinə şərik olduğumu bildirdim, müxtəlif ifadələrlə təsəlli verməyə çalışdım. Özlərini nə qədər təmkinli aparsalar da, səslərindəki titrəyiş, boğazlarında düyünlənmiş qəhər bu təsəlliyə cavab yox, ata itkisinin, övlad yanğısının ağrı-acısından doğan nisgilin ifadəsi idi.

Rəsmi dairələrdə Gəray Fərhadov, el arasında "Gəray müəllim", son dövrlərdə isə "Hacı Gəray" kimi tanınan bu unudulmaz insan sadədən sadə, mürəkkəbdən mürəkkəb, hər ayı, ili gözlərimiz önündə canlanan və çoxumuzun da canlı şahidi olduğumuz bir həyat yolunun yolçusu idi.

Hacı Gəray mənalı bir ömür yolu keçib. İndi onun haqqında keçmiş zamanda danışmaq, yazmaq çox çətindir. Amma təəssüflə də olsa, bununla barışmalıyıq. Çünki o, özünəməxsus bacarığı, qabiliyyəti, yüksək mədəniyyəti və mənəviyyatı, milliliyi və vətənpərvərliyi, ailəcanlılığı, sadəliyi və səmimiyyəti ilə cəmiyyətə həmişə örnək idi. Qəlbi Vətən, xalq, el-oba məhəbbəti ilə döyünən Gəray müəllim soydaşlarına həmişə səlahiyyətləri və imkanları çərçivəsində qayğı, diqqət göstərirdi.

Hacı Gərayla fasiləsiz olaraq 20 il eyni dövlət qurumunda çalışmağım mənə də onu yaxından tanımağa imkan yaradıb. Mən həmin dövrdə bir daha şahid oldum ki, onun idarəçilik üslubunda dövlətə və onun rəhbərinə sədaqət, çalışdığı kollektivin bütün üzvlərinə, bütövlükdə insanlara qayğı, onlara hərtərəfli hörmət və ehtiram hər şeydən öndə durur. İşimizlə əlaqədar biz, demək olar ki, hər gün, bəzən də gündə bir neçə dəfə görüşürdük. Hər dəfə onun iş otağında - stolunun üstündə qalaqlanmış ərizə, şikayət, məktublar və digər vacib sənədlər gündəlik iş rejiminin gərginliyindən xəbər verirdi. Bütün bunlara baxmayaraq, o, bu sənədləri  dəqiqliklə nəzərdən keçirir, heç birini diqqətdən kənarda saxlamırdı. O öz varlığı, istedadı, qabiliyyəti ilə çalışdığı vəzifəyə, necə deyərlər, ziyalı mədəniyyəti gətirmişdi. Bütün bunların nəticəsi olaraq, onun fəaliyyəti ölkə başçısı tərəfindən layiqincə qiymətləndirilərək, ali səviyyədə orden və medallarla təltif edilmişdi.

Hacı Gəray öz ictimai-siyasi fəaliyyətinə və xidməti vəzifələrinə olduğu qədər, ailəsinə da olduqca bağlı idi. Ailə uzvlərinin uğurları ilə fəxr edir, onlarla qürur duyurdu. Nə qədər yorğun olsa da, dincliyini onlara, xüsusən də nəvələrinə sevgidə, qayğıda görürdü və yorğunluğunu, işdəki gərginliyini ailəsində büruzə verməzdi. Əylənməyi, zarafatı da sevərdi, güləndə də ürəkdən gülərdi. Hərəkətlərində də, söhbətlərində də səmimi, təvazökar və riyakarlıqdan çox uzaq idi. Bir sözlə, şəxsiyyət etibarı ilə Hacı Gəray ağzı xeyir-dualı olmaqla, ən yüksək humanist mənəvi-əxlaqi dəyərlərə malik idi.

Dolğun baxışlı gözlərinin dərinliklərindəki nisgil həyat eşqli, qısa, lakin mənalı ömür və həyat yolunun dolaylarından keçib gələn anlarını özündə canlandırırdı. Kim bilir, bəlkə də, ürəyindən gözlərinə yağan qəm onun iç dünyasındakı təlatümlərin ifadəsi idi. Çünki ağrıyırdı, xəstəliyini nə qədər yaxına buraxmasa da, bunu çoxlarına bildirməyib ətrafdakıları üçün narahatlıq yaratmayaraq, qəm karvanını özü öz dünyasında tək çəkib aparırdı. Bəli, Gəray müəllim - Hacı Gəray haqqında, onun həyat və ömür yolu haqqında, necə deyərlər, duruşu, yerişi, mehribanlığı, sadəliyi və səmimiliyi haqqında çox şey demək olar. Ancaq həqiqət budur ki, Hacı Gəray öz əcəlini yaxınlaşdırmadı, özü əcələ doğru getdi və onun itkisi, sadəcə bir ömrün sonu deyil, əzizləri üçün yoxluğunun daimi olmaq vahiməsidir...

Ruhuna dərin hörmət və ehtiramla

Rafiq FƏRƏCOV

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see336

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see272

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see268

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see261

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see261

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see259

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see242

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see203

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see202

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see174

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see171

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see167

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see166

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see165

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see154

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see152

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see151

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see147

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri