Icma.az
close
up
RU
Unutmaq yaddaşın yox, ruhun seçimi

Unutmaq yaddaşın yox, ruhun seçimi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şahanə MÜŞFİQ

Çoxlarının qorxduğu, bəzilərinin isə arzuladığı bir hadisədir unutmaq. Kimi yaddaşına sıx-sıx sarılır, keçmişini buraxmaq istəmir, kimisi isə keçmişin yükündən xilas olmağa can atır. Ancaq istəsək də, istəməsək də, yaddaş kimi, unutmaq da insanın təbii mexanizmidir. Necə ki, nəfəs almaq üçün bəzən dərindən nəfəs veririk, yaşamaq üçün də bəzən unutmaq lazımdır.

İnsan yaddaşı yalnız xatırlamaq üçün deyil, həm də yaşamağı davam etdirmək üçündür. Əgər biz hər şeyi, bütün ağrılarımızı, itkilərimizi, utanclarımızı eyni intensivliklə daşısaydıq, ruhumuz çoxdan yorulardı. Unutmaq bəzən bir müdafiədir, bəzən də bir mərhələ.

Zaman keçdikcə hər şey silinir - şəkillər solur, səslər dəyişir, simalar yadlaşır. Amma qəribə bir tərəfi var: insan hər şeyi unutduğunu sandıqca, yaddaş yeni bir məna formalaşdırır. Bəlkə də unutmuruq, sadəcə, xatirələrin kəskinliyini yumşaldırıq.

Uşaqkən dizimizi qanadanda duyduğumuz ağrı ilə illər sonra bir yaxınını itirəndə çəkdiyimiz ağrı eyni deyil. Amma hər ikisi bizdə iz buraxır. Fərq ondadır ki, bədən yarası sağalır, ruhun yarası isə zamanın "unutmaq" adlı dərmanı ilə sağalır.

Yaddaşla zamanın münasibəti dənizlə sahilə bənzəyir. Dənizin hər dalğası sahildəki izləri silir. Amma izlərin silinməsi dənizin laqeydliyindən deyil, həyatın axışından xəbər verir. Unutmaq da belədir: hər dəfə yeni dalğa gəlir, bir az duzlu, bir az sərin, bir az təzə. Və köhnə izlər, köhnə ağrılar yavaş-yavaş itib gedir.

Bəzən unutmaq bizi özümüzə günahkar hiss etdirir. Hiss etdiyimiz sevginin, çəkdiyimiz ağrının unudulması özümüzə də qəribə görünür. Halbuki unutmaq xəyanət deyil. Əksinə, yaşamaq üçün ən insani cəhdlərdən biridir. Çünki insan bəzən unudaraq özünü xilas edir. Axı yaddaş həmişə dost deyil. Bəzi xatirələr bizi azad etmir, əksinə, əsir saxlayır. O xatirələr ki, hər səhər oyananda keçmişin kölgəsini gözümüzün önünə gətirir, o xatirələr ki, bizi gələcəyin sevinclərindən məhrum edir, bax, onlardan azad olmaq üçün unutmaq lazımdır. Xatırlamaq, yaddaşını hər zaman təzə tər saxlamaq bir növ sədaqətdirsə, unutmaq azadlıqdır. Hər insan bir gün sədaqəti buraxıb azadlığa çıxmaq ehtiyacı duyur. Əslində, unutmaq ağrını tam mənası ilə silmək deyil, onunla barışmaqdır. Bir vaxtlar səni dərindən sarsıdan, qəlbini yandıran hadisələr zamanla ağrısı çəkilib izi qalmış yara kimi durar bir kənarda, xatırlayarsan, amma daha ağrıtmaz.

Bəzən paradoksal səslənir, amma bu sürətli zamanda insan alacağı yeni informasiyaları yadda saxlamaq üçün də unuda bilməlidir. Yaddaşın çoxluğu ağırlıq yaradır. Əgər beyin hər xırda təfərrüatı saxlasaydı, yeni biliklərə, yeni hisslərə yer qalmazdı. Unutmaq bizə seçməyi öyrədir. Nəyi saxlamaq, nəyi buraxmaq lazım olduğunu onun sayəsində öyrənirik. Həyat da elə bu seçimlərin cəmi deyilmi? Biz sevdiklərimizi, yaşadıqlarımızı, başımıza gələnləri süzgəcdən keçiririk. Bəzilərini qoruyuruq - çünki onlar kimliyimizin bir parçasıdır. Bəzilərini isə buraxırıq - çünki onlar bizi daşımaq əvəzinə, ağırlaşdırır. Bu mənada, unutmaq yalnız keçmişdən qaçış deyil, həm də gələcəyə yer açmaqdır.

Unutmaqla bağışlamaq arasında incə bir xətt var. Hər bağışlama unutmaq deyil, amma hər unutmaq bir növ bağışlamaqdır. Birini bağışlayanda, onun sənə etdiyi ağrını unutmursan, sadəcə, artıq o ağrının içində yaşamaqdan imtina edirsən. Bu, passivlik deyil, müdriklikdir. İnsan bağışlayaraq, yəni unudaraq özünün mənəvi azadlığını qazanır. Çünki yaddaşda kök salmış hər kin, hər nifrət insanın ruhunu zəhərləyir. Unutmaq isə təmizlənməkdir. Ruhun nəfəs almasıdır.

Ən dərin yaddaş unudulmazlar üçündür. Bəli, hər şeyi unutmaq mümkün deyil. Bəziləri bizim yaddaşımıza deyil, varlığımıza yazılır. Onları silmək istəsək də, silə bilmirik. Amma bu unudulmazlar bizi yaşamdan ayırmır, əksinə, ona rəng qatır. Bəlkə də ən gözəl unudulmazlıq elə budur - həyatın özünü əngəlləmədən onun bir hissəsinə çevrilə bilmək.

Unutmaq, əslində, itirmək deyil, dəyişməkdir. Biz yaşadıqca həm yadda saxlayırıq, həm də unuduruq. Hər ikisi bizim varlığımızı tarazlayır. Yaddaş bizi insan edir, unutmaq isə insan kimi qalmağa imkan verir. Çünki bəzən yaşamaq elə unuda bilmək cəsarətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri