Icma.az
close
up
RU
Artıq bunu unutmaq istəyirəm

Artıq bunu unutmaq istəyirəm

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Əziz anam, heç inanardınmı ki, qucağında bəslədiyin körpə bir gün nəğməkar bülbül olacaq? Sən onun ilk anası oldun. İllər keçdi və başqa bir körpə də sənin taleyinə yazıldı. Qucağında tutduğun o körpə ona Aybəniz adı verdi və sən iki nəğməkarın anası oldun. Bəlkə də, elə onları dünyaya gətirmək üçün gəlmişdin dünyaya?...Bəlkə də,bu iki körpə sənin uca rəbbimdən mükafatın yada ki,nalən olaçaqdı nə bilim...".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında yazıb. Anası Qumru xanımın ad gününü təbrik edən müğənni bunları əlavə edib:

"Bu sualların cavabı yoxdur, amma bəlkə də, elə bu belə olmalıydı. Dedilər ki, bu gün doğum günündür. Amma mən artıq bunu unutmuşam... Və unutmaq da istəyirəm. Çünki əvvəllər sənin doğum gününə sevinirdim, amma indi yaşının artması məni qorxudur. Mən istəyirəm ki, sən çox yaşayasan, çünki anasız quş yuvasız qalır. Ana qayğısıyla böyüyür hər şey.

Sən mənə o gün dedin ki, "Sənsiz bir günümüz olmasın, Aybəniz." Mən də deyirəm ki, sənsiz bir günümüz olmasın, Qumru anam. Adına qoşulub göylərə uçub getməyəsən, xahiş edirəm. Atamın səni çox ərköyün etdiyini bilirəm, amma Allah rizası üçün özünü qoru, uzun və sağlam yaşa. Allah səni heç kimə möhtac etməsin, əziz anam!

Beşiyim üstündə layla çaldın, gecələr sübhədək qadamı aldın. İsti nəfəsini həmişə yaz bildim. Bəlkə də, sənin qədrini az bildim... Dünyanın işini bilmək olmaz, amma bircə şeyi yaxşı bilirəm ki, mən sənə pis övlad olmadım, canım anam. Var ol, həmişə dünyada ol! Doğulduğun, doğulduğumuz günün mübarək olsun".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Yanvar 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri