Icma.az
close
up
RU
Unutqanlığa qarşı təbii həll: Süfrənizdən əskik etməyin!

Unutqanlığa qarşı təbii həll: Süfrənizdən əskik etməyin!

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Gərgin iş tempi, stress və balanssız qidalanma yaddaş problemlərini artırır. Lakin süfrənizə əlavə edəcəyiniz bəzi qidalarla unutqanlığın qarşısını almaq mümkündür.


Sherg.az xəbər verir ki, unutqanlığın bir çox səbəbi olur. Bəzi hallarda o, altda yatan bir xəstəliyin əlaməti kimi də özünü göstərə bilər. Belə şübhə yarandıqda həkimə müraciət etmək vacibdir. Həkim orqanizmdəki vitamin və mineral səviyyələrini ölçərək çatışmazlıqları müəyyənləşdirə və uyğun müalicə planı qura bilər. Bu prosesdə yaddaşı gücləndirən qidaların müntəzəm qəbulu həm unutqanlığın qarşısını alır, həm də diqqəti artırır.


Aşağıda yaddaş dostu qidalar və onların faydaları verilmişdir:


1. Balıq


Balıq yaddaş problemlərinin qarşısının alınmasında ən təsirli qidalardan biridir. Xüsusilə omeqa-3 yağ turşuları ilə zəngin olan somon, ton balığı, skumbriya kimi balıqlar beyin sağlamlığı üçün çox faydalıdır. Omeqa-3 çatışmazlığı yaddaşsızlığa səbəb olur. Həftədə 2-3 dəfə balıq yemək tövsiyə olunur.


2. İspanaq


İspanaq C vitamini, fol turşusu və minerallar sayəsində beynin daha səmərəli işləməsinə kömək edir. Çiy şəkildə yeyildikdə daha çox fayda verir. Salatlara və ya smuzilərə əlavə etmək olar.


3. Qoz


Qoz  beyin funksiyaları və yaddaş üçün ən faydalı çərəzlərdəndir. Omeqa-3 və sağlam yağlar diqqət dağınıqlığını azaldır. Gündə ən az iki ədəd qoz yemək məsləhətdir.


4. Zərdəçal


Zərdəçal güclü antioksidant olan kurkumin maddəsi ilə beynin oksigenlə təminatını artırır, öyrənmə və yadda saxlama prosesini dəstəkləyir. Onu yeməklərə bitki yağı ilə birlikdə əlavə etmək daha faydalıdır.


5. Qarağat


Qarağat və tünd rəngli giləmeyvələr beyində hüceyrələrarası rabitəni gücləndirir, yaddaşı möhkəmləndirir və yaşla bağlı yaddaş zəifləməsini ləngidir.


6. Kakao


Kakao flavonoidlər sayəsində yaddaşı gücləndirir. Ən az 70% kakao tərkibli tünd şokoladlardan istifadə tövsiyə olunur.


7. Darçın


Darçının qoxusu belə zehni fəaliyyətə müsbət təsir edir, diqqəti artırır və rahatlamağa kömək edir. Onu çaylara, desertlərə və suya əlavə etmək olar.


8. Nar və nar suyu


Nar yüksək antioksidant miqdarı ilə beyni qoruyur, qan dövranını yaxşılaşdırır və unutqanlığın qarşısını alır.


9. Pomidor


Pomidorun tərkibindəki likopen beyin funksiyalarını dəstəkləyir və zərərli maddələrin bədəndən atılmasına kömək edir.


10. Yumurtanın sarısı


Yumurtanın sarısı B qrupu vitaminləri və xolinlə zəngindir, beyin inkişafına dəstək olur, əhval-ruhiyyəni yaxşılaşdırır.


11. Sümüklü bulyon


Düzgün hazırlanmış sümük suyu kollagen və amin turşuları ilə zəngindir, beyin və birləşdirici toxumaların yenilənməsinə kömək edir. Onu ən az 12 saat zəif odda bişirmək və ədviyyatlarla zənginləşdirmək tövsiyə olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:305
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri