Icma.az
close
up
RU
Unutqanlığın səbəbi stresdə deyil, boşqabınızdadır Türk mütəxəssis

Unutqanlığın səbəbi stresdə deyil, boşqabınızdadır Türk mütəxəssis

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zehni yorğunluq, diqqətin azalması və unutqanlıq çox vaxt gərgin iş tempi və stresslə izah edilsə də, müasir elmi tədqiqatlar bu halların qidalanma vərdişləri ilə birbaşa əlaqəli olduğunu göstərir.

Sherg.az xəbər verir ki, Qidalanma və Dietologiya üzrə türk mütəxəssis Zehra Elban qeyd edir ki, gündəlik həyatda “beyin sisi” kimi tanınan bu vəziyyət sadəcə keçici yorğunluq deyil, orqanizmin xüsusilə də beynin verdiyi mühüm siqnaldır.

Mütəxəssisin sözlərinə görə, ultra-emal olunmuş qidaların - rafinə karbohidratlar, əlavə şəkər, trans yağlar və yüksək omega-6 tərkibli məhsulların həddindən artıq qəbulu orqanizmdə iltihabi prosesləri gücləndirir. Bu proseslər insulin mexanizmini pozur və beyin toxumasında iltihablı reaksiyalara səbəb olur. Nəticədə diqqət dağınıqlığı, yaddaş zəifləməsi və düşünmə sürətinin azalması müşahidə edilə bilər. Araşdırmalar göstərir ki, bu cür qidalanma tərzi uzunmüddətli perspektivdə demans riskini də artıra bilər.

Beynin yüksək metabolik aktivliyə malik olması onu müəyyən mikroelementlərə xüsusilə həssas edir. B12 vitamini, fol turşusu, D vitamini, dəmir, maqnezium və omega-3 yağ turşularının çatışmazlığı bilişsel performansın aşağı düşməsi, unutqanlıq və zehni bulanıqlıqla əlaqələndirilir. Xüsusilə omega-3 yağ turşuları beyin hüceyrələrinin strukturunu qoruyur, iltihabı azaldır və düşüncənin daha aydın olmasına kömək edir.

Antioksidant baxımdan zəngin olan ispanaq və digər tünd yaşıl yarpaqlı tərəvəzlər, qırmızı və bənövşəyi meyvələr, sitruslar və zeytun yağı beyin hüceyrələrini oksidativ stresdən qoruyur. Klinik tədqiqatlar göstərir ki, ispanaqda olan lutein yaddaş və öyrənmə qabiliyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Bundan əlavə, kifayət qədər su qəbulu da diqqət və zehni çeviklik üçün vacib amildir, çünki hətta yüngül susuzlaşma belə konsentrasiya və reaksiyanı zəiflədə bilər.

Nəticə etibarilə, düzgün və balanslı qidalanma yalnız fiziki sağlamlıq üçün deyil, həm də gündəlik zehni performansın qorunması üçün əsas şərtlərdən biridir. Antiinflamatuvar və antioksidant xüsusiyyətləri güclü olan sağlam qida modeli düşüncənin aydınlaşmasına, diqqətin artmasına və unutqanlığın azalmasına mühüm töhfə verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Fevral 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri