Texnologiya unutqanlığın səbəbidir?
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrilməsi gənclərdə unutqanlıq və diqqət dağınıqlığı ilə bağlı şikayətlərin artmasına səbəb olur.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər gənclərdə unutqanlığın səbəbləri və bundan qorunma yolları barədə araşdırma aparıb. Bildirilib ki, əvvəllər daha çox yaşlı insanlarda müşahidə olunan unutqanlıq şikayətləri hazırda yeniyetmələr arasında da görülür. Yuxu pozğunluğu, düzgün qidalanmama, diqqət çatışmazlığı və depressiya ilə yanaşı, rəqəmsal media istifadəsi də bu vəziyyətə təsir göstərə bilər.
Xüsusilə gənclərdə uzun müddət ekran qarşısında qalmaq diqqət və yaddaş funksiyalarına mənfi təsir göstərə bilər. Daimi stimullara məruz qalmaq, məlumatlara asanlıqla çıxış və mavi işığın yuxu hormonlarını zəiflətməsi zehni passivliyə səbəb ola bilər.
Qeyd edilib ki, unutqanlığın qarşısını almaq üçün rəqəmsal media istifadəsinin müddətini məhdudlaşdırmaq, yuxu rejiminə riayət etmək və sağlam qidalanmaq vacibdir. Kitab oxumaq, krossvord və bulmacalar həll etmək, yaddaş oyunları kimi zehni fəaliyyətlərin də beynin aktiv qalmasına kömək etdiyi vurğulanıb.
Baxış sayı:119
Bu xəbər 23 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















