Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Unutsaq, terror yenidən qayıdar!

Unutsaq, terror yenidən qayıdar!

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabr 1894-cü il. Ərzurum. Türkiyə. Ərzurum şəhərində və onun ətraflarında “Hnçak” terror təşkilatının xaricdən rəhbərlik etdiyi erməni quldur birləşmələrinin başkəsənləri müsəlman əhalisini kütləvi sürətdə qətlə yetirmişlər. O günlərin qanlı qətliamını təsvir etmək mümkün deyildir. “Erməni terror və quldur birləşmələrinin bəşəriyyətə qarşı törətdikləri cinayətlər mövzusunu araşdırarkən müəlliflərin əksəriyyətinin “qətliam” kimi tutumlu sözlə ifadə etdiyi misli görünməmiş qəddarlıq üsullarının tam mənzərəsi aydın görünür: erməni qulduru kəndlinin ayaqlarını ağaca bağlayaraq, onu cəmdək kimi şaqqalayırdı; südəmər uşaqları göyə ataraq, havadaca qılıncla tikə-tikə edirdilər; hamilə qadınların qarınlarını yırtır və hələ doğulmamış insanı eybəcər hala salırdılar; insanların başının dərisini soyur, qadınların döşlərini   kəsir, qocaların gözlərini çıxarır, əl-ayaqlarını qılınc-xəncərlə vurub kəsir, uşaqları kütləvi halda diri-diri yandırırdılar...”

Oktyabr 1894-cü il. Bitlis. Türkiyə. Bitlis şəhərində və onun ətraflarında “Hnçak” erməni terror təşkilatının saqqallıları müsəlman əhaliyə qarşı qətliam törətmişlər. Onların əmlakı talanmış, evləri yandırılmışdır. Müxtəlif tədqiqatçılar insanlara erməni nifrətinin - öz ifadəsini kütləvi terrorun təşkilində və həyata keçirilməsində tapan bu nifrətin həqiqi səbəbini axtarmağa çalışmışlar. “Böyük Ermənistan - dənizdən dənizə ölkə” yaradılması ideyası əzəldən cəfəng xülya olduğuna görə onu heç kim ciddi qəbul etməmişdir. Məsələn, “Rusiya ermənilərin kütləvi şüurunda” məqaləsinin müəllifi Svetlana Lurye də həmin suala bir daha ağlabatan cavab tapmayaraq, erməni yazıçısı Qrant Matevosyanın heç nəyi aydınlaşdırmayan, amma pafosla dolu olan bu sözlərini misal gətirir: “ Biz özümüzü də, xalqı da aldatmalıyıq və məğlubiyyəti qəbul etməməliyik”. Rusiyanın 1908-ci il arxiv sənədlərində erməni terrorizminin qaynaqlarını izah etməyə daha bir cəhd göstərilmişdir: “ Erməni psixikasının fərqləndirici xüsusiyyətləri milli qapalılıqdan və başqa xalqlara qarşı buradan irəli gələn nifrət və ədavətdən, mərhəmətsiz xudbinlikdən və özünəməftunluqdan ibarətdir. Bu keyfiyyətlərlə yanaşı, əsrlər boyu köləlik nəticəsində ikiüzlülük - güclülər qarşısında baş əymək və onlara yaltaqlanmaq, eyni zamanda, nə isə bir şeylə ziyan vurmağa can atmaq xisləti də əmələ gəlmişdir. Yeni-yeni xalqlarla daimi əlaqələr ermənilərdə ticarətə, bununla bərabər, yalançılığa və sərvət toplamağa meyli gücləndirmişdir, üstəlik, elə həmin tarixi səbəblərə görə onlar özlərində müşahidəçiliyi gücləndirərək, kapitalın nəinki insanın, həm də dövlətin həyatında necə böyük qüvvə olduğunu anlamışlar... Rasionalizm erməniləri monofizitizmə, yəni İsanın İlahi insan olduğunu inkar etməsinə gətirib çıxarmışdır. Ermənilər Ümumdünya Kilsə Şurası tərəfindən lənətlənmiş, yəni oradan qovulmuşlar. Qərbdən uzaqlaşan və türklərin hakimiyyəti altına düşən ermənilər öz küfrlüyü ətrafında birləşərək, özlərinə daha da qapanıb qalmışlar... Ermənilər, bir növ, qıvrılaraq quyuda pusquda duran və ətrafdakılardan kimisə çalmaq üçün məqam gözləyən ilanı xatırladırdılar”.

Noyabr 1894 - cü il. Hələb. Türkiyə. “Hnçak” terror təşkilatının göstərişini yerinə yetirən erməni cəlladlar Türkiyənin Hələb şəhərində və onun ətraflarında dinc əhalini vəhşicəsinə qırıb-çatmışlar. Bu cür qanlı hadisələr Harput, Urfa, Sivas, şəhərlərində də baş vermişdir.

Noyabr 1894-cü il. Diyarbəkir. Türkiyə. “Hnçak” terror təşkilatının xaricdən idarə etdiyi erməni quldur birləşmələri Türkiyənin Diyarbəkir şəhərində və onun ətraflarında müsəlman əhaliyə qanlı divan tutmuşlar.

Noyabr 1894-cü il. Adana. Türkiyə. “Hncak” terror təşkilatından alınmış və o dövr üçün təkmil olan silahla təmin edilmiş erməni quldurlar Türkiyənin Adana şəhərində və onun ətraflarında dinc əhaliyə qanlı divan tutmuşlar.

Noyabr 1894-cü il. Maras. Türkiyə. “Hnçak” terror təşkilatının yaratdığı erməni quldur birləşmələri Türkiyənin Maras şəhərində və onun ətraflarında müsəlman əhaliyə qəddarcasına divan tutaraq, qanlı qırğın törətmişlər. Hətta Fransanın Türkiyə sarayı yanındakı səfiri, özünün ermənipərəst baxışları ilə tanınan cənab Kambonun məlumatında erməni terrorçuların törətdikləri “vəhişcəsinə siyasi qətllər”in siyahısı var. O, türklərə və kürdlərə müntəzəm olaraq basqın edən “ermənilərin törətdikləri kütləvi iğtişaşlar” barədə, habelə “bir çox ermənilərin türklərdən deyil, məhz öz terrorçularından can qurtararaq Rusiyaya qaçdıqları” barədə məlumat verir.

Noyabr 1894-cü il Kayseri. Türkiyə. “Hnçak” erməni terror təşkilatının şöbələri “böyük Ermənistan - dənizdən dənizə ölkə” yararmaq şüari altında Türkiyənin Kayseri şəhərində və onun ətrafında dinc müsəlman əhalinin kütləvi surətdə qətlə yetirilməsini təşkil etmişlər.

Rus tətqiqatçısı V.L.Veliçkonun məlumatına görə, məhz həmin dövrdə erməni prixod məktəblərində uydurma “böyük Ermənistan” və ermənilərin bütün qonşularını mədəniləşdirmək vəzifəsi haqqında tədris vəsaitləri canfəşanlıqla yayılırdı. Həmin məktəblərdə, paytaxtı Tiflis olmaqla, “böyük Ermənistan”ın sərhədlərinin az qala, Voronejədək gedib çıxdığı xəritələri də yayılırdı. Bir müddət sonra “Daşnaksutyun” erməni terror təşkilatının ideoloqu Ov.Kacaznuni açıqca bəyan edəcək ki, “böyük Ermənistan -dənizdən dənizə ölkə” yaratmaq ideyaları erməni xalqının arzu-istəyi deyil, məhz tələbidir, bu tələbləri o, erməni xalqı öz qarşısında və bütün bəşəriyyət qarşısında ciddi şəkildə qoymuşdur.

19 dekabr 1917-ci il. “Qanlı Andranik”in bəyanatı yayılmışdır. Bəyanatda deyilir: “Əgər məni Ermənistanın oğlu bilirsinizsə, ... türkləri və azərbaycanlıları, kürdləri və yəhudiləri qırmaq üçün günü sabah Ərzuruma yollanıram və heç kim məni dayandıra bilməz”. O illərdə erməni terror və quldur birləşmələri öz cinayətlərini regionda “Rusiyanın mənafelərinin güclənməsinə qayğı” ilə əsaslandırırdılar. Lakin faktlar bunun əksini sübut edir. Rusiyanın xarici işlər naziri S.D.Sazonov həmin dövrdə “Nazirlər Sovetinə erməni məsələsi barədə” məruzəsində yazırdı ki, “...Qafqaz ermənilərinin rusiyapərəst əhval-ruhiyyə (çətin ki səmimi olsun) göstərməsi, onların bu məsələdə rolunu nəzərə alaraq, onlara iltifatlı münasibətə gətirib çıxarmamışdır. Ermənilərlə Rusiya hökuməti arasında baş verən hər cür münaqişələr, müntəzəm xarakter daşısa da, Yaxın Şərq barəsində böyük vəzifələrimizə ziyan vura bilər”. Tədqiqatçı Qəribinin fikrincə, “xristian ermənilər”in zorakılığına məruz qalan rus kəndlisi müsəlman Azərbaycanında sığınacaq axtarır.

29 dekabr 1917-ci il. Sovet hökuməti “Türkiyə Ermənistanı haqqında” Dekret vermişdir. Dünya inqilabı ideologiyasını təbliğ edən kommunistlər erməni terror təşkilatlarının Türkiyə ərazisində törətdikləri əməllərə həmin sənədlə, əslində, qanuni don geydirmişlər. Təsadüfi deyil ki, kommunist hərəkatının rəhbəri V.İ.Lenin bu Dekretin həyata keçirilməsini “Daşnaksutyun” beynəlxalq terror təşkilatının müsəlmanlara qarşı özünün qəddarlığı ilə ad çıxaran üzvü Stepan Şaumyana müvafiq mandatla həvalə etmişdi. O isə vəziyyətdən istifadə edərək, erməni terror dəstələrini - “qanlı Andranik”in (Andranik Ozanyan Torosi) iri quldur birləşməsini, müsəlman uşaqları oğurlamaqla məşğul olan Tatevos Amirovun quldur dəstəsini, qatil Stepan Lalayevin cinayətkar qrupunu və başqalarını başına topladı.

“Daşnaksutyun” erməni terror təşkilatının üzvü S.Şaumyan Bakı kommunistləri adından çıxış edərək, Azərbaycan dövlətçiliyinin mövcud olmasının mümkünlüyü fikrini belə yaxına qoymurdu. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu barədə bildirmişdir: “Birinci dünya müharibəsindən, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən, ümümən, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir”.

Dekabr 1917-ci il. Fövqəladə İstintaq Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilirdi ki, Bağır dərəsində süngülərlə deşik-deşik edilmiş 5 müsəlmanın meyiti tapılmışdır. Elə o vaxt Camaxlı stansiyası yaxınlığında məhz həmin üsulla qətlə yetirilmiş 22 Azərbaycan kəndlisinin meyiti aşkar edilmişdir. Meyitlərin gözləri çıxarılmışdı. Təxminən o günlərdə Ərəblər kəndində süngülərlə deşik-deşik edilmiş, gözləri çıxarılmış 8 azərbaycanlının meyiti tapılmışdır. Onların arasında döşləri kəsilmiş qadınlar da vardı. Ölülərdən bir az kənarda müsəlmanların müqəddəs kitabı - Quran peyinin içində tapdanmışdı. Azaxşam Azərbaycan kəndində 9 qadın və 9 uşaq öldürülmüşdür. Kürdlərin yaşadığı Kürd kəndində 67 cəsəd tapılmış, uşaqların meyitləri qanova atılmışdır. Fövqəladə İstintaq Komissiyasının üzvü N.Mixaylovun məruzəsində göstərilir ki, “ermənilər körpə uşaqları göyə atır və qılıncla doğram-doğram edirdilər”. Həmin Kürd kəndində evlərdə mismarla divarlara vurulmuş müsəlmanlar aşkar olunmuşdur. İstintaq dəqiq müəyyən etmişdir ki, sadalanmış bütün bu vəhşilikləri bölgədə fəliyyət göstərən erməni quldur birləşməsi törətmişdir.

Akademik Ziya Bünyadovun məlumatlarına görə, elə həmin il “Daşnaksutyun” erməni terror təşkilatı Trabzon, Bitlis, Ərzurum şəhərlərində yerli əhalini vəhşicəsinə qırıb-çatmışdır. Faktlar generallar Prjevalskinin və Odiselidzenin məlumatları ilə təsdiqlənir.

Dekabr 1917-ci il - iyun  1918-ci il. Erməni quldurların silahlı birləşmələri İrəvan quberniyasında 200 azərbaycanlı kəndini dağıtmışlar. Şahidlər təsdiqləmişlər ki, dinc insanlara görünməmiş dəhşətli qəddarlıqla işgəncələr verib öldürürdülər. Sağ qalanlar dağlara qaçmış, lakin orada acından ölmüşlər. 100 min azərbaycanlı İrəvan, Eçmiədzin, Şərur qəzalarını tərk etmişdir. Bu faktları erməni tarixçilərinin özləri də təsdiqləyirlər. 1918-ci ildə Arsen Amiryan “Bakinski raboçi” qəzetində yazırdı: “Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıtmışlar. Camaat evsiz-eşiksiz və çörəksiz qalmışdır. Daşnaklar müsəlman kəndlilərini bax, beləcə qırırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see322

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see268

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see228

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see228

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see222

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see221

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see214

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see211

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see211

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see208

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see202

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see200

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see192

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see187

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see187

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see186

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see185

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see181

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see175

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri