Icma.az
close
up
RU
Unutsaq, terror yenidən qayıdar!

Unutsaq, terror yenidən qayıdar!

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1890-1892-ci illər.  “Hnçak” erməni terror təşkilatı üç ildə 65 min silahsız müsəlmanı - türkləri və kürdləri məhv etmişdir. Sonralar məlum olduğu kimi, “Hnçak” dinc əhaliyə qarşı bu qanlı əməliyyatlara Türkiyə təbəəsi olan etnik erməniləri cəlb etmiş və onlardan xüsusi cəza dəstələri yaratmışdı.

“Hnçak” terror təşkilatının erməni cəza dəstələrinin qurbanları arasında qocalar, qadınlar, uşaqlar da vardı. Fəlakətlər dəhşətli edam və işgəncələrlə müşayiət olunurdu. Müsəlman din xadimlərinin əl-ayaqlarını bağlayır, onları islam nəşrlərindən və əlyazmalarından qaladıqları tonqallara atırdılar. Cinayətlər o dərəcədə aşkar törədilirdi ki, “Hnçak”ın rəhbərləri ictimaiyyət tərəfindən ifşa ediləcəklərindən qorxaraq, xarici ölkələrə qaçmağa məcbur oldular. Onların əksəriyyəti adlarını dəyişdirib, fransız, italyan, ərəb, türk adları götürürdü. Səciyyəvi haldır ki, yüz il keçəcək və erməni diasporu yaratmaq ssenarisi yenə də dəyişməyəcəkdir. Yaraqlılar növbəti dəfə münaqişə törədərək, xaricə gedirlər. “Nedelya” qəzetinin 1989-cu ildə yazdığı kimi, “...ermənilərin, əsasən, məhz haraya köçüb getdiklərini bilmək, yəqin ki, maraqlı olardı? Bir qayda olaraq, Amerikaya və Kanadaya. Əlbəttə, Avropaya da gedirlər... Ermənilər dünyanın hər yerinə səpələnmişlər”. Yeri gəlmişkən, erməni terror təşkilatlarının bəzi liderləri açıq etiraf edirlər ki, lap əvvəldən öz xalqını təhlükəli cinayət yolu ilə - kütləvi qətlamlar, repressiyalar yolu ilə aparmış, bununla da, erməni xalqını bütün bəşəriyyətə qarşı qoymuşlar. Məsələn, Ovanes Kaçaznuni 1923-cü ildə Buxarestdə qurultaydakı çıxışında deyəcəkdir: “...Biz öz beynimizdə xülyalarla dolu mühit yaratmışıq. Biz arzularımızı başqalarının ağıl-zəkasına yeritmişik; biz reallıq hissini itirmişik...”. Özünün inqilabi qəddarlığı ilə məşhur olan V.İ.Lenin “Hnçak”ın liderləri ilə tanış olduğundan bunu çox-çox əvvəl başa düşmüşdü, axı, artıq onların bir qismi “Erməni sosial-demokrat federasiyası” deyilən qurumun bayrağı altında çıxış edirdi. O, həmin illərdə ümümdünya inqilabı ideyasının nüfuzdan salınacağından qorxaraq, öz silahdaşlarına xəbədarlıq edirdi: “Erməni sosial-demokrat federasiyası” barəsində bərk xəbərdarlıq edirəm. Əgər siz onun konfransda iştirak etməsinə razı olmusunuzsa, dəhşətli səhv etmisiniz və bu səhvi necə olursa-olsun düzəltmək lazımdır. Onlar- iki nəfər Cenevrə pozğunçusu olub, burada ən boş şeylər nəşr edirlər... əgər siz bu adamları rus konfransına, yəni Rusiyada işləyən təşkilatların konfransına buraxsanız, işi tamamilə korlarsınız. Qafqazlı yoldaşların hamısı bu pozğunçu ədəbiyyatçı quldur dəstəsinin əleyhinədir”.

1890-cı il. Tiflis. Gürcüstan. Xristofor Mikaelyan, Simon Zavareyan və Stefan Zoryan “Daşnaksutyun” təşkilatının - öz səhifələri olan “Armenak”ın, “Hnçak”ın terrorçuluq, faşist ənənələrini davam etdirmiş “Erməni İnqilab İttifaqı”nın bünövrəsini qoydular. Erməni müəllif  M.Vardanyan “Daşnaksütyunun tarixi” adlı tədqiqatında daşnak təşkilatının əsas xüsusiyyətlərini belə ümumiləşdirmişdir: “Daşnaksutyun Komitəsinin ən mühüm şüarı, hər hansı xarici şəraitdən asılı olmayaraq, türkləri güllələməkdən və məhv etməkdən ibarətdir”. 1892-ci ildə keçirilən I qurultayda daşnaklar “silahlı  birləşmələrin təlimi və hazırlığı, inqilabi komitələr yaradılması, hökumət məmurlarına qarşı terrordan istifadə edilməsi...” strategiyasını  işləyib bəyəndilər. Rusiyanın arxiv sənədlərinə görə, 1892-ci il qurultayının nümayəndələri “ermənilərin silahlandırılması və təşkilatlandırılması, terror aktlarının keçirilməsi və hökumət məmurlarının və idarələrinin müflisləşdirilməsi” haqqında müddəalar qəbul etmişlər. Partiyanın nizamnaməsindəki protokol diqqəti özünə çəkir: Yüksək konspirasiya tətbiq edilmişdir; bəzi protokollar Qərb bürosunun arxivinə verilmişdir. Beləliklə, ən mühüm sənədlər öz  təşkilatının hətta ali orqanlarından da gizlədilmişdir: 1) necə hərəkət etməli (taktika);  2) quruluş;  3) intizam;  4) qismən terror. Yunanlarla, makedoniyalılarla, gənc türklərlə və  başqaları ilə yerli ittifaqa girmək və onları öz rəhbərliyi altına almaq vəzifəsi irəli sürülmüşdü( özü də, onlara sezdirmədən, öz taktikasının məxfiliyi sayəsində)...  Partiya  müvəffəqiyyətlə işləyir və genişlənir, özünün bütün enerjisini Türkiyəyə qarşı  yönəldirdi. Rusiyaya gəldikdə isə, o, açıq çıxışlar etmirdi, əhalini ələ almaqla, onu təşkilatlandırmaqla kifayətlənirdi”. Qurultayda tarixdə ilk “fədailər hərəkatı”nın-erməni kamikadzelərinin olduğu rəsmən açıqlandı. “Fədailər” cəfəng-patoloji bir ideyanın - dənizdən dənizə “böyük Ermənistan” ideyasının həyata keçirilməsi naminə günahsız insanları müntəzəm sürətdə məhv etməyə başlayaraq xüsusi ad çıxardılar. Özü də elə bir halda ki, “Daşnaksutyun” erməni təşkilatı yaradıldıqdan hətta dörd il sonra Amerikanın “Boston Herald” qəzeti 1894-cü il fevralın 15-də xüsusi nəzərə çarpmışdı:   “Ermənilərin böyük əksəriyyəti oxumağı və yazmağı bacarmır və əgər Ermənistan yalnız ermənilərin məskunlaşdığı hətta ayrıca bir ölkə olsa belə, onlar özünüidarəyə çətin ki, hazır olsunlar”. Buna baxmayaraq, “Daşnaksutyun” təşkilatının ideoloqları “etnik təmiz zonalar” ssenarisinin hazırlanması və həyata keçirilməsi üzərində işi davam etdirirdilər. Elə zonalar ki, orada ermənilərdən savayı, heç bir digər millətə və etnik qrupa yer ola bilməzdi.

Erməni irqçiliyi ideyaları öz inkişafını da daşnakların 1919-cu ildə Yerəvanda keçirilən IX Ümumdünya konqresində tapdı. Məhz bu yığıncaqda “Nemeses” terror qrupuna əvvəllər öz ölkəsinin hökumətində aparıcı vəzifələrdə işləmiş bütün mühacir türkləri məhv etmək tapşırıldı. Antitürk kampaniyasına erməni mənşəli amerikan Saxan Natali başçılıq edirdi. Bununla da, sərhədlərsiz terrorun bünövrəsi qoyuldu: sonralar təkcə türklər deyil, dünyanın bütün ölkələrinin ən müxtəlif millətlərinin nümayəndələri  də bu terror təşkilatının qurbanları oldular.

Beləliklə, bu üzdəniraq “partiya”nın təşəkkül tarixi və fəaliyyəti göstərir ki, terrorun, mülkiyyətdən, əmlakdan məhrumetmə, kütləvi qətlamların təşkili və həyata keçirilməsi “Daşnaksutyun”un siyasi mübarizəsinin əsas metodu olmuşdur və olaraq qalır. O öz proqram müddəalarının  gerçəkləşdirilməsinə nail olmaq üçün planlı surətdə yaradılmış və bütün dünyada fəaliyyət göstərən erməni terror təşkilatları şəbəkəsindən  fəal istifadə edir. Həmin təşkilatın yaradılması tarixi, onun proqramı və gələcək cinayətkar fəaliyyət praktikası “Daşnaksutyun”u beynəlxalq erməni terror təşkilatı hesab etməyə metodoloji əsaslar verir.

Mart 1893-cü il. Ankara. Türkiyə. Erməni quldur birləşmələri Ankara civarında müsəlmanların kütləvi qətliamını təşkil etmişlər. Qətliamın təşkilatçıları, əsasən, “Hnçak” erməni terror təşkilatının yaraqlıları olmuşlar. Tədqiqatçı Qəribinin yazdığına görə, erməni təşkilatları iki prinsip hazırlamışdılar: 1) qiyamlar qaldırmaq; 2) “bu qiyamlar və qırğınlar barədə haray-həşir salmaq, onların miqyasını mütləq şişirtmək... Onlar bu fikirdə idilər ki, siyasət başdan ayağa yalandır, xalqın taleyini yalan yolu ilə xilas etmək olar”.

18 sentyabr 1894-cü il. İstanbul. Türkiyə. Erməni terrorizminin ideoloqları müsəlmanlara qarşı qanlı küçə qırğını təşkil etmişlər və bu, bir gündən çox sürmüşdür. Sonralar Ağ Hisarda türkləri və kürdləri qırıb-çatmışlar. Öldürülənlər arasında saysız-hesabsız qadınlar, qocalar və uşaqlar vardı. Cinayətləri “Hnçak” erməni terror təşkilatının yaraqlıları törətmişdilər. 

Oktyabr 1894-cü il. Trabzon. Türkiyə. Trabzon şəhərində və onun ətraflarında mülki əhali kütləvi sürətdə qətlə yetirilmişdir. Qanlı qırğının təşkilatçıları erməni dövlətinin yaradılması üçün “etnik cəhətdən təmiz” ərazi proqramını həyata keçirən “Hnçak” erməni terror təşkilatının yerli şöbələri olmuşlar. Lakin bu məqsədə çatmaq üçün “bütöv ərazi” lazımdır. Fransa Xarici İşlər Nazirliyinin 1897-ci ildə açıqlanmış sənədlərində deyildiyi kimi, Türkiyə ərazisində nəinki erməni dövləti, hətta erməni muxtariyyəti yaradılması üçün əsaslar yox idi. Həmin sənədlərin ikinci səhifəsində göstərildiyi kimi, “müxtəlif tayfaların bölgüsünün dərindən öyrənilməsi təsdiq etməyə imkan verir ki, Türkiyə imperatorluğunun heç bir vilayətində ermənilər əhalinin əksəriyyətini təşkil etmirlər”...

Davamı növbəti saylarımızda...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1083

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see328

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see236

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see176

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see173

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see166

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see163

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see162

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see161

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see159

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see158

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see157

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see156

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see155

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri