Icma.az
close
up
RU
UNUTSAQ UNUDULARIQ.... Aqil Əliyevin anım gününə

UNUTSAQ UNUDULARIQ.... Aqil Əliyevin anım gününə

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor, şöhrət ordenli Aqil Əlirza oğlu Əliyev artıq 20 ildir ki, (07.03.2006 - 07.03.2026) aramızda olmasa da dünən, bu gün, sabah daim qəlbimizdə yaşayacaq.

Onlara insanlığın zirvəsi, bitib-tükənməyən örnək məktəbi desək, yanılmarıq. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev əsl elm fədaisi idi. Bu gün görkəmli alimin elmdə açdığı yolla gedənlərin, onun irsindən bəhrələnənlərin sayı durmadan artır.

Aqil Əliyev bütün zamanlarda öz nüfuzunu, böyüklüyünü qoruyub saxlayan şəxsiyyət idi. Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq və rəşadət yolu bu böyük alim üçün iftixar mənbəyi, faciələri isə ələm və kədərlə yoğrulmuş iztirablı düşüncələr idi. Onun bütün əməl və fəaliyyəti xeyirxah niyyəti idi. Aqil Əliyevin xidmətləri yetirmələrinə təkcə savad öyrətməkdən ibarət deyildi, alim həm də onlara öz yaşayışlarını yeni tərzdə, elmi biliklər əsasında qurmağı, müasirləşməyi öyrədirdi.

Görkəmli alim sıravi müəllimlikdən AMEA-nın müxbir üzvlüyünə qədər yüksəlmiş, respublikanın fəxri adlarına layiq görülmüş, elmi fəaliyyətinə ölkə rəhbərliyi tərəfindən yüksək qiymət verilmişdir. Uzun müddət Azərbaycan Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) “Siyasi iqtisad” kafedrasına rəhbərlik etmiş bu alim, tədris işinin təkmilləşdirilməsində böyük işlər görmüş və elmi-tədqiqatların gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir. O, ilk dəfə səhiyyənin iqtisadi problemlərini tədqiq etmişdir.

Aqil Əliyev 1996-cı ildən Beynəlxalq Ekoenerji Akademiyasının “Azərbaycan” bölməsinin akademiki idi. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir, 2003-cü ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir.

Görkəmli alim fədakar əməyinə, elmi və pedaqoji fəaliyyətinə görə 1976-cı ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2000-ci ildə “Şöhrət” ordeninə və digər ali mükafatlara layiq görülmüşdür. 2006-cı ildə Beynəlxalq İqtisadçılar İttifaqının üzvü seçilmişdir.

Aqil Əliyev ömrünün ən məhsuldar illərini Azərbaycan Tibb Universiteti ilə bağlamış, burada respublikanın həkimlər ordusunun yetişdirilməsində yaxından iştirak etmiş, tibbi kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Nəcib və xeyirxah insan kimi, o, bu təhsil ocağının professor-müəllim və tələbə heyətinin tükənməz rəğbətini qazanmışdır.

Görkəmli alimin 200-ə qədər elmi əsəri, o cümlədən 30-dan artıq monoqrafiya və dərslikləri işıq üzü görmüşdür. Onun iri həcmli kitabları və monoqrafiyaları, elmi-tədqiqat işlərinin nəticələri ölkə elminə bir sıra yeniliklər gətirmişdir. Professor hələ XX əsrin 70-ci illərində respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasını, xalq istehlakının artırılmasının zəruriliyini, məhsul və xidmətlərin yaxşılaşdırılmasını öz tədqiqatlarında ön plana çəkmiş və dəyərli təkliflər irəli sürmüşdür.

Aqil Əliyevin respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına həsr olunmuş və müxtəlif dillərdə nəşr edilmiş monoqrafiyaları elmi ictimaiyyətdə böyük maraq doğurmuş, şəxsi istehlakın inkişafı problemləri öyrənilmiş, istehsalla istehlak arasında qarşılıqlı əlaqə dərindən tədqiq edilmişdir. Zəngin statistikaya, konkret materiallara əsaslanan müəllif, burada əhalinin həyat səviyyəsinin yüksəldilməsi imkanlarını aşkarlamış, maliyyə və təchizat tənzimlənməsi problemlərinə xüsusi diqqət yetirmişdir.

Alim iqtisadi inkişaf ilə əhalinin gəlirləri arasındakı əlaqələri təhlil edərək, elmi və praktiki əhəmiyyətə malik digər nəticələr əldə etmişdir. Bütün bunlar isə elə indinin özündə də sosial sahələrin inkişafını, istehlakın yaxşılaşdırılmasını, onun strukturunun təkmilləşdirilməsini düzgün istiqamətləndirməyə kömək edir.

Aqil Əliyev tədqiqatlarının orijinallığına görə də fərqlənən alimlərdən olmuşdur. O, ilk dəfə olaraq respublikada səhiyyənin iqtisadi problemlərini tədqiq etmiş, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, onun qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi və dövlət büdcəsinin sosial yönümlü olması fikrini irəli sürmüşdür.

Aqil Əliyev Azərbaycanda bir sıra elmi proqramların işlənib hazırlanmasında iştirak etmiş, “Əhalinin sağlamlığının qorunması” komissiyasının sədri olmuşdur. Görkəmli alim respublikada məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi sxeminin müəlliflərindən biri idi. Onun apardığı tədqiqatlar xaricdə, xüsusilə, MDB məkanında tanınır və yüksək qiymətləndirilir. Çexiya, Slovakiya, Moskva, Sankt-Peterburq alimləri öz məqalələrində məhz Aqil Əliyevin əsərlərinə istinad edirlər. O, respublikada və dünyanın bir çox ölkələrində keçirilən möhtəşəm elmi simpoziumlarda və konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir.

Alimin “Azərbaycanda bazar münasibətlərinə keçid şəraitində əhalinin müdafiəsi problemləri” , “Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarında” əsərləri Almaniyada və İngiltərədə nəşr edilmişdir.

Aqil Əliyev Azərbaycanda həyata keçirilən demokratik dövlət quruculuğu prosesində ictimai xadim kimi də fəal iştirak etmiş, əsl ziyalı və vətəndaş məsuliyyəti ilə bu proseslərə öz münasibətini bildirmiş və elmi araşdırmaları ilə ölkəyə sanballı töhfələrini vermişdir. Onun elmi tədqiqatları bir çox proqramların hazırlanmasında, sosial sahələrin islahatında və uğurlu nəticələrin əldə olunmasında mühüm rol oynamışdır.

Alimin orijinallığına və əhəmiyyətinə görə böyük maraq doğuran “Azərbaycanın sosial inkişafında islahatların rolu” əsəri Təhsil Nazirliyi tərəfindən dəyərli dərs vəsaiti kimi təsdiq edilmişdir. Eyni sözləri professorun “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri” əsəri barədə də demək olar. Bundan başqa, alimin “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolunun bərpası – bəşəriyyətin tərəqqi yoludur”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər və problemlər” adlı monoqrafiyalarında keçid dövründə reallaşdırılan islahatların verdiyi bəhrələr ümumiləşdirilmiş və elmi-praktik əhəmiyyətli nəticələr çıxarılmışdır. Bütün bunlar da Aqil Əliyevin dərin iqtisadi təfəkküründən və böyük novatorluğundan xəbər verirdi. Onun “Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri” adlı monoqrafiyası isə elmi sanbalı və zənginliyi baxımından xüsusi vurğulanmalıdır. Təkcə bazar iqtisadiyyatına keçid şəraitində Aqil müəllimin 80 elmi əsəri çap olunmuşdur ki, onlardan “Menecment”, “İnvestisiya və innovasiya” adlı kitablarını xüsusi vurğulamaq lazımdır. Burada bazar iqtisadiyyatı şəraitində ölkədə aparılan iqtisadi islahatlar nəticəsində keyfiyyət dəyişikliklərinin əldə olunması, investisiya və innovasiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqinin ölkədə iqtisadi artımın sürətlənməsinə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsiri məsələləri araşdırılmışdır.

Respublikada fəaliyyət göstərən müdafiə şuralarının üzvü olan Aqil Əliyev yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da fəal iştirak edirdi. Onun rəhbərliyi altında 4 iqtisad elmləri doktoru və 6 elmlər namizədi hazırlanmış, yüzlərlə müdafiə işinin opponenti olmuşdur. İndi bu kadrların çoxu iqtisadiyyatın müxtəlif sahələrində rəhbər və pedaqoji işlərdə çalışırlar. Aqil müəllim öz yetirmələrinə hörmətlə, həm də böyük tələbkarlıqla yanaşırdı.

Aqil Əliyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli pedaqoq idi. Elmi diskussiyalarda prinsipial və kəskin mövqeyi ilə həmişə seçilirdi. Tələbələrini elmli və savadlı görmək onun yeganə idealı idi. Aqil müəllimin yetirmələri həmişə xeyirxah rəhbərlərinin qayğısını öz üzərlərində hiss etmişlər.

Aqil Əliyevin yetirmələrinin sırasına daxil olmaq bizə də nəsib olmuşdur. Görkəmli və müdrik alimin rəhbərliyi altında doktorluq işinin yazılmasında və müdafiəsində onun dəyərli elmi məsləhətlərindən həmişə bəhrələnmişik.

Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi. Belə ki, o, imkansızlara həmişə yardım etmiş, gənclərin təhsil almasına, əməkdaşlıq etdiyi qələm dostlarına, istedadlı uşaqlara, xüsusilə idmançılara böyük mənəvi və maddi kömək göstərmiş, onların himayədarı olmuşdur. O, yaxşılıq etməyi özünə mənəvi borc bilirdi. İnsanlara əl uzatmaq, çətin məqamlarda onlara kömək etmək alimin əsas amalı idi. Aqil müəllim aydın və işıqlı bir şəxsiyyət idi. Onun adamlara bəxş etdiyi işıq bu insanın mənəvi paklığından, intellektinin möhkəmliyindən, əsl ziyalılığından irəli gəlirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə bilinirdi. Yığıncaqlarda çıxışları xüsusi əhval-ruhiyyə yaradırdı. Bütün bunlar onun yetirmələri üçün həmişə örnək olaraq qalır.

Aqil Əliyevin həyat və tale kitabını vərəqlədikcə onun nəcib bir insan, görkəmli alim, mahir pedaqoq, həm də xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən, özündə Vətən və xalq dərdi yaşadan bir şəxsiyyət olduğunu görürük.

Hazırda elmin müxtəlif zirvələrinə çatmış alim kimi biz – onun yetirmələri, üzərimizdə bu fədakar insanın böyük əməyini hiss edirik. Görkəmli alimin bütün keyfiyyətləri hər zaman gənclərin elmi işlərə cəlb olunması və onların əsl tədqiqatçı, ən əsası isə şəxsiyyət kimi yetişməsi üçün mühüm amil olmuşdur.

Bu il 100 illik yubileyi qeyd olunacaq görkəmli alim Aqil Əliyev xatirələrdə əbədi yaşamaq qüdrətinə malik şəxsiyyətdir.

ALLAH RƏHMƏT ELƏSİN...

Natiq Əbülfəz oğlu Qasımov

İqtisad elmləri doktoru, professor.

Rəna Polad qızı Sultanova

Elm və Təhsil Nazirlijin nəzdində İqtisadiyyat İnstitunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see291

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see275

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see262

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see259

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see259

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see251

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see244

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see237

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see235

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see228

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see227

Rusiya qaçılmaz çöküşə doğru gedir...

19 Sentyabr 2026 18:06see222

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see221

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see216

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see213

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see210

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see210

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see208

24 saatda “müalicə olunan” 35 illik xəstəlik 20 sentyabr ZƏFƏRİNİN ANATOMİYASI

19 Sentyabr 2026 17:03see199

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri