Uoltsun Netanyahu ilə səx təması Trampı NARAZI SALDI KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Fred Uoltsun İsrailin baş naziri Benyamin Netanyahu ilə İran əleyhinə hərbi variantları fəal şəkildə müzakirə etməsi sabiq prezident Donald Trampın narazılığına səbəb olub.
KONKRET.az xəbər verir ki, The Washington Post nəşri mənbələrə istinadən yazır:
“Uolts, görünür, Netanyahu ilə İran əleyhinə hərbi əməliyyat variantlarını fəal şəkildə müzakirə edib. Bu görüş Tramp və Netanyahu arasında Ağ Evdə baş tutan danışıqlardan əvvəl baş verib”.
Məlumatda qeyd olunur ki, Uoltsun təklif etdiyi aqressiv strategiya Trampın xoşuna gəlməyib. Səbəb isə həmin planlarda diplomatik həll yollarının nəzərə alınmaması olub. Trampın daha ehtiyatlı və siyasi danışıqlara əsaslanan yanaşmaya üstünlük verdiyi vurğulanır.
Qeyd edək ki, Fred Uolts ABŞ-ın milli təhlükəsizlik strategiyasının sərtləşdirilməsinin tərəfdarı kimi tanınır və xüsusilə İranla bağlı məsələlərdə hərbi təzyiq metodlarını dəstəkləyir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 May 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















