Uqanda müxalifətinin lideri oğurlanıb
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
“Mənə məlumat verdilər ki, o, Kampaladakı hərbi həbsxanadadır”
Uqanda müxalifətinin lideri Kizza Besiqye oğurlanıb. Həyat yoldaşı onun Keniyada qaçırıldığını və sərhədi keçərək hərbi həbsxanaya aparıldığını bildirib. AYNA xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Siyasətçinin həyat yoldaşı, Birləşmiş Millətlər Təşkilatının HİV və QİÇS üzrə Proqramının icraçı direktoru Vinna Byanyima bildirib ki, Besiqye noyabrın 16-da Keniyanın paytaxtı Nayrobidə bir yazıçının kitabının təqdimatında olub.
“Mənə məlumat verdilər ki, o, Kampaladakı hərbi həbsxanadadır. Biz ailəsi və vəkilləri onunla görüş tələb edirik. O, əsgər deyil. O, niyə hərbi həbsxanada saxlanılır?”, - deyə qeyd edib.
Kampala meri və Afrika ölkəsinin aparıcı müxalifət partiyası olan Demokratik Dəyişikliklər Forumunun rəhbəri Erias Lukvaqo bu məlumatı təsdiqləyərək, Besiqyenin Makindye hərbi həbsxanasında olduğunu bildirib.
Baxış sayı:84
Bu xəbər 21 Noyabr 2024 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















