Icma.az
close
up
RU
Urbanizasiyanın məhv etdiyi dəyərlərimizdən biri KÜNCDƏN BAXIŞ

Urbanizasiyanın məhv etdiyi dəyərlərimizdən biri KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elçin Bayramlı

Şəhərləşmə prosesi sürətləndikcə böyük şəhərlərdə insanların həyat tərzi də köklü şəkildə dəyişir. Meqapolislərdə artan sıxlıq, çoxmərtəbəli yaşayış binaları və daimi köç prosesi insanlar arasında təbii ünsiyyətini zəiflədir. Nəticədə əvvəllər cəmiyyətin əsas sosial dayaqlarından biri olan qonşuluq münasibətləri tədricən formal xarakter alır və bir çox hallarda tamamilə yoxa çıxır. Bu vəziyyət isə insanların eyni məkanda yaşayıb, lakin bir-birinə yad qalması kimi yeni sosial reallıq yaradır və bir sıra ciddi sosial nəticələr doğurur.

Şəhərləşmə tendensiyası bir çox sosial institutları zəiflədib. Onlardan biri də qonşuluq münasibətləridir. Qonşuluq münasibətləri əsas sosial institutlardan biridir və tarix boyu insanlar min illərdir bu formada yaşayıblar. Möhkəm qonşuluq əlaqələri olub, qarşılıqlı yardım, dəstək, xeyirdə və şərdə bir birinə kömək etmək, müxtəlif məsələləri birgə həll etmək kimi ənənələr formalaşıb.

Lakin bu ənənələr tədricən zəifləyir. Çoxmərtəbəli binalarda qonşular bir birini tanımır, hətta bəzi hallarda eyni mərtəbədə yaşayanlar belə bir birini tanımır və salamlaşmırlar. Bu proses insanların fərdiləşməsinin artması, ünsiyyətin azalması və sosial təcridin güclənməsi ilə bağlıdır. Nəticədə elə hallar yaranır ki, bir insanın evdə dünyasını dəyişdiyi uzun müddət bilinmir, nə qonşuların, nə də yaxın ətrafın xəbəri olur.

Bu tendensiya təkcə bir ölkəyə aid deyil, qlobal xarakter daşıyır. Bəzi ölkələrdə ənənəvi dəyərlər daha çox qorunub saxlanır, bəzilərində isə tamam itib. Bizdə azmərtəbəli və köhnə binalarda qonşuluq münasibətləri hələ də mövcuddur. Amma yeni tikililərdə və hündürmərtəbəli binalarda bu əlaqələr daha çox zəifləyib.

Buna təsir edən amillərdən biri də insanların tez tez köçməsi və yaşayış yerlərini dəyişməsidir. Daha sərfəli mənzil tapdıqda insanlar evlərini satıb başqa ərazilərə köçürlər. Nəticədə eyni binada uzun müddət sabit qonşuluq formalaşmır. Bir neçə aydan sonra eyni evdə başqa insanlar yaşayır və sosial əlaqələr yaranmadan itir.

Bu vəziyyət insanların bir birinə güvəninin azalmasına və sosial bağların zəifləməsinə gətirib çıxarır. Halbuki bir çox cəmiyyətlərdə, xüsusilə bizim milli dəyərlər sistemində, qonşuluq münasibətləri həmişə mühüm yer tutub. Son onilliklərdə isə bu ənənə zəifləməyə başlayıb.

Bəzi müasir yaşayış komplekslərində insanlar arasında ünsiyyətin minimuma endirilməsi də müşahidə olunur. Hətta elə sistemlər qurulur ki, insanların təsadüfi qarşılaşmaları belə azalır. Bu isə sosial əlaqələrin daha da zəifləməsinə səbəb olur.Nəticədə cəmiyyətdə yadlaşma artır, ünsiyyət azalır və insanlar daha çox təcrid olunmuş şəkildə yaşayırlar. Bu, müsbət tendensiya deyil. Ona görə də insanlar yaşadıqları mühitdə qonşuluq münasibətlərini qorumağa çalışmalı, bir birini tanımalı və çətin günlərdə dəstək göstərməlidirlər. Əvvəllər yas və digər mərasimlərdə qonşuların bir yerdə toplaşması, kömək etməsi adi hal idi. İndi isə bu ənənə bir çox yerlərdə zəifləyib. Bu səbəbdən insanlar daha çox tək qalır və sosial dəstək mexanizmləri zəifləyir.

Bu dəyişikliklər milli və mənəvi dəyərlərin zəifləməsi kimi qiymətləndirilir. Ona görə də müasirlik adı altında formalaşan bu dəyişikliklərə tənqidi yanaşmaq və ənənəvi sosial dəyərləri qorumaq vacibdir. Qonşuluq münasibətləri də bu dəyərlərin əsas hissəsidir və onların qorunması cəmiyyətin sosial sağlamlığı üçün əhəmiyyətlidir. Milli mənəvi dəyərlərimizin əsas eleemntlərindən olan qonşuluq münasibətlərini itirməməli, qoruyub saxlamalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 May 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri