Icma.az
close
up
RU
Urbanizasiyanın QLOBAL ÇAĞIRIŞLARI Bakı dayanıqlı şəhərlər üçün platformaya çevrilir

Urbanizasiyanın QLOBAL ÇAĞIRIŞLARI Bakı dayanıqlı şəhərlər üçün platformaya çevrilir

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma forumunun 13-cü sessiyası bütövlükdə region və dünya miqyasında urban inkişafla bağlı qlobal dialoqun mühüm mərhələsinə çevriləcək. 
Forumun təşəbbüskarı olan BMT-nin Məskunlaşma Proqramı bu platformanı 2001-ci ildə təsis edib və 2002-ci ildə Keniyanın paytaxtı Nayrobidə ilk sessiyanı keçirib.
O vaxtdan bəri forum Barselona, Rio-de-Janeyro, Kuala Lumpur, Əbu-Dabi və Katovitse kimi şəhərlərdə təşkil olunub.
Məqsəd təkcə şəhərsalma təcrübələrini bölüşmək deyil, həm də urbanizasiya ilə bağlı qlobal çağırışlara cavab vermək, sosial bərabərliyi, ekoloji dayanıqlığı və “yaşıl iqtisadiyyat” konsepsiyasını müzakirə platformasına çevirmək olub.
 

Çağdaş dünya kəskin urban problemləri ilə üz-üzədir: sürətli şəhərləşmə fonunda mənzil çatışmazlığı, iqlim dəyişikliyinə davamlı olmayan infrastruktur, sosial bərabərsizlik və şəhər ekosistemlərinin pozulması artıq qlobal təhlükəsizlik kontekstində də dəyərləndirilir. 


BMT-nin hesablamalarına görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu, dünyanı şəhərləri yalnız iqtisadi mərkəz deyil, həm də ekoloji və sosial sistem kimi planlaşdırmağa məcbur edir.
Məhz bu baxımdan, 2026-cı ildə Bakıda keçiriləcək forumun mövzusu - “Housing the World: Safe and Resilient Cities and Communities” (“Dünyaya mənzil: Təhlükəsiz və davamlı şəhərlər və icmalar”) - son dərəcə aktualdır.
Azərbaycan bu müzakirəyə həm paytaxt Bakının urban transformasiyası təcrübəsi, həm də Qarabağda aparılan “ağıllı şəhər və kənd” layihələri ilə real nümunə kimi qatılır. Ağdam, Füzuli və Zəngilan kimi şəhərlərin sıfırdan planlanması, yaşıl enerji və rəqəmsal infrastruktur üzərində qurulması, forumun əsas ideyalarına -davamlılıq, dayanıqlılıq və sosial ədalətə praktiki töhfə kimi qəbul ediləcək.
Azərbaycan üçün bu forum, ölkənin beynəlxalq urban siyasətində nüfuzunu artırmaq, həm də öz bərpa və inkişaf modelini dünyaya nümayiş etdirmək baxımından böyük fürsətdir.
Ölkəmiz artıq təkcə regional diplomatik mərkəz deyil, həm də modern şəhər planlaşdırmasının, ekoloji innovasiyanın və postmünaqişə dövrü inkişaf siyasətinin simvoluna çevrilməkdədir.
Region üçün forum Cənubi Qafqazda yeni əməkdaşlıq məkanının açılması deməkdirsə, dünya üçün  Bakı sessiyası urbanizasiya ilə bağlı yeni mərhələnin -“yaşıl və inklüziv şəhər modeli”nin praktiki tətbiqinin göstəricisi olacaq.
 

Ümumdünya Şəhərsalma forumunun 13-cü sessiyası təkcə müzakirə meydanı deyil, həm də qlobal urban gələcəyinin istiqamətini müəyyən edəcək siyasi, sosial və ideoloji platformadır.


Azərbaycanın ev sahibliyi bu prosesdə həm tarixi məsuliyyət, həm də strateji fürsət kimi dəyərləndirilə bilər. Çünki Azərbaycan bu dəfə “daha ədalətli və dayanıqlı şəhərlər” mövzusu ilə dünyanın diqqət mərkəzində olacaq.
Ülviyyə Zülfiqar - Siyasi şərhçi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Noyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see300

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see239

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see181

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see169

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri