Icma.az
close
up
RU
Ürək çatışmazlığı və onun simptomları

Ürək çatışmazlığı və onun simptomları

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ürək orqanizmdə nasos funksiyasını yerinə yetirir. Ürək qanın orqanizm boyu dövr etməsini təmin edir.

Qan orqanizmin fəaliyyəti və yaşaması üçün lazım olan oksigen və qidalı maddələri orqan və sistemlərə çatdırır. Ürəyin nasos funksiyası pozulduqda ürək çatışmazlığı inkişaf edir.

Ürək çatışmazlığı xroniki və ya kəskin ola bilər.

Xroniki ürək çatışmazlığı ürək-damar sistemi xəstəliklərin nəticəsində uzun müddət ərzində inkişaf edir.

Kəskin ürək çatışmazlığı qəflətən inkişaf edir. Az bir müddət ərzində xəstədə təngnəfəslik artır, nəfəsalma tezləşmiş, fışıltılı olur, arterial təzyiq kəskin artır, dəri göyərir, dodaqlarda çəhrayı köpük əmələ gələ bilər. Bu vəziyyət  insanın həyatı üçün çox ciddi təhlükə yaradır. Xəstə dərhal reanimasiyaya yerləşdirilməlidir.

Kəskin ürək çatışmazlığının səbəbi miokard infarktı, ağ ciyərlərdə tromb, güclü allergik reaksiya, ağır infeksiya və s. ola bilər.

Xroniki ürək çatışmazlığı zamanı simptomlar uzun müddət ərzində inkişaf edir və vaxt keçdikcə güclənir. Əvvəllər bu simptomlar yalnız fiziki gərginlik zamanı, daha sonra isə hətta istirahət zamanı meydana çıxır.

Xroniki ürək çatışmazlığı simptomları:

- Ayaqlarda, topuq nahiyələrdə, bəzən qarında ödemlər (şişkinlik). Orqanizmdə mayenin yığılmasına görə çəkinin artması.

- Təngnəfəslik, öskürək.

- Tezləşmiş ürək döyüntüsü.

- Tezləşmiz sidik ifrazı (xüsusilə gecə vaxtı).

- Yorğunluq, zəiflik, başgicəllənməsi.

- İştahanın azalması.

- Fiziki aktivlik zamanı nəfəsalmanın çətinləşməsi.

- Qara ciyərin böyüməsi.

- İş qabiliyyətinin azalması.

- Diqqətin zəifləməsi.

Ürək çatışmazlığı inkişaf etdikcə sadaladığımız simptomlar daha güclü olur. Ürək çatışmazlığının ilk simptomları meydana çıxdıqda dərhal kardioloqa müraciət etmək lazımdır. Kardioloq bu pozulmanın səbəbini aşkar edəcək və xəstəyə lazım olan müalicə təyin edəcək. Müalicə olunmayan ürək çatışmazlığı insanın ölümünə gətirib çıxarda bilər.

Ürək çatışmazlığı olan insan daim kardioloqun nəzarətində olmalı, hər 3-6 aydan bir lazım olan müayinələr keçməli və müalicə almalıdır. Pəhriz, müalicəvi bədən tərbiyyəsi də belə xəstələr üçün çox vacibdir.

Xroniki ürək çatışmazlığının səbəbləri müxtəlifdir:

- Ürəyin işemik xəstəliyi.

- Nəzarət olunmayan yüksək arterizl təzyiq.

- Ürək qapaqlarının zədələnmələri

- Anadangəlmə və qazanılmış ürək qusurları.

- Ürək əzələsini zəiflədən infeksiyalar.

- Aritmiyalar (ürək ritminin pozulması).

- Amiloidoz (zülal mübadiləsinin pozulması və zülalın müxtəlif toxumalarda yığılması).

- Ağ ciyər xəstəlikləri (emfizema, sarkoidoz).

- Qalxanvari vəzi fəaliyyətinin artması (hipertireoz).

- Ağır anemiya (qanazlığı).

- Miokardit (ürək əzələsinin iltihabı) və s.

Mənbə: www.f-med.ru

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri