Icma.az
close
up
RU
Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil

Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür.

Turkustan.az xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə, üzgüçülük bütün bədəni eyni vaxtda işlədən aerob məşq növüdür. Həkimlər bildirirlər ki, bu fəaliyyət yalnız ürəyə deyil, həm də ağciyərlərə və əzələlərə müsbət təsir göstərir.

Üzgüçülüyün əsas üstünlüklərindən biri onun oynaqlara az yük verməsidir. Bir çox idman növündən fərqli olaraq, suda hərəkət zamanı suyun müqaviməti və qaldırıcı qüvvəsi zədə və oynaqların aşınması riskini azaldır. Eyni zamanda bu məşq qan dövranı sisteminin fəaliyyətini effektiv şəkildə dəstəkləyir.

Mütəxəssislər vurğulayırlar ki, üzgüçülük ilk növbədə dözümlülüyü artıran məşqdir. Müntəzəm olaraq hovuzda məşq etmək xolesterin səviyyəsinin yaxşılaşmasına, arterial təzyiqin azalmasına və ürək-damar xəstəlikləri riskinin aşağı düşməsinə kömək edə bilər.

Araşdırmalar göstərir ki, müntəzəm üzgüçülüklə məşğul olan insanlarda ürək xəstəlikləri və ya insult nəticəsində ölüm riski bu fəaliyyətlə məşğul olmayanlarla müqayisədə 41 faiz daha aşağıdır.

Bundan əlavə, həkim nəzarəti altında həyata keçirildiyi təqdirdə, üzgüçülük ürək xəstəliklərindən sonra reabilitasiya keçən insanlar üçün də təhlükəsiz və effektiv fiziki fəaliyyət hesab olunur.

Üzgüçülük qan dövranını necə yaxşılaşdırır?

Üzgüçülüyün əsas üstünlüklərindən biri qan dövranına müsbət təsir göstərməsidir. Suda bütün əzələlərin işləməsi ürəyin qanı daha səmərəli vurmasına səbəb olur. Nəticədə orqanizmdə qan dövranı yaxşılaşır, ürək-damar sistemi möhkəmlənir və ağciyərlərin tutumu artır.

Suyun qaldırıcı qüvvəsi oynaqlara düşən yükü azaltdığı üçün üzgüçülük oynaq ağrılarından əziyyət çəkən, artıq çəkisi olan və ya hərəkət məhdudiyyəti yaşayan insanlar üçün də əlverişli məşq növü hesab edilir. /Qaynarinfo/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Avqust 2026 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri