Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Ürək xəstəlikləri cavanlaşıb: “Gənc yaşda infarkt keçirən...”

Ürək xəstəlikləri cavanlaşıb: “Gənc yaşda infarkt keçirən...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, sentyabrın 29-u bütün dünyada Dünya Ürək Günü kimi qeyd edilir.

İlk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə keçirilən bu gün, Ümumdünya Səhiyyə Təşkilatı, UNESCO və digər mühüm təşkilatlar tərəfindən dəstəklənir.

Əvvəlcə sentyabrın son bazar günü qeyd edilən Ümumdünya Ürək Günü, 2011-ci ildən etibarən hər il sentyabrın 29-da keçirilir.

Təəssüf ki, bu gün Azərbaycanın Əməkdar artist Cabir İmanov 49 yaşında dünyasını dəyişib. O, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını xilas edə bilməyib.

Qeyd edək ki, "Bakılı oğlanlar" ŞHK (Şən və Hazırcavablar Klubu) komandasının digər üzvlərindən Anar Məmmədxanov 41 yaşında, Elçin Həmidov isə 53 yaşında ürək tutmasından vəfat etmişdi.

Göründüyü kimi, 40-50 yaş arası kişilərdə infarkt riski artıb. Bəs infarkt riskini artıran əsas amillər hansılardır? Bir insanın infarkt riski yüksəkdirsə, idmana başlamazdan əvvəl hansı tibbi müayinələrdən keçməlidir? Fiziki fəaliyyət zamanı infarktın ən çox hansı simptomları müşahidə olunur?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan həkim-kardioloq Muxtar Museyibov bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da ürək xəstəlikləri həm sürətlə yayılıb, həm də gəncləşib. 

Onun sözlərinə görə, daha öncə rastlaşmadığımız aşağı yaş qruplarında bu gün kifayət qədər xəstə müşahidə olunur:

“Məsələ ondadır ki, infarkt riskini artıran bir çox səbəblər var. İlk yerlərdə şəkərli diabet, hipertoniya (yüksək qan təzyiqi), yüksək xolesterin (xüsusən də “pis” xolesterin), siqaret çəkmək, genetik meyillilik, az hərəkət etmək, oturaq həyat tərzi keçirmək və başqa faktorlar dayanır.

Belə bir qayda var ki, əgər ağır fiziki idmanla məşğul olacağıqsa və ya ailəmizdə ürək xəstəliklərinə genetik meyillilik varsa, 35 yaşdan etibarən ildə bir dəfə, maksimum iki ildən bir dəfə kardioloji müayinədə olmağımız vacibdir. Əgər risk faktoru yoxdursa, 40 yaşdan sonra ən azı ildə bir dəfə və ya iki ildən bir dəfə kardioloji “Check Up” müayinəsi mütləq aparılmalıdır.

“Check Up” müayinəsinə qan analizi, kardioqrama, elektrokardioqram (EKQ), exokardioqram (EXO) və həkim məsləhət görərsə, stres test, yəni fiziki gərginlik altında ürəyin fəaliyyətinin yoxlanılması kimi bir müayiə metodu var. Düzdür, bunu 100 faiz dəqiqliklə demək olmur, amma bu testlərlə ürək damarlarında tutulma olub-olmadığı 70-80 faiz dəqiqliklə müəyyən edilə bilir”.

Muxtar Museyibov qeyd edib ki, ailəsində gənc yaşda infarkt keçirən şəxslər mütləq kardioloji müayinədən keçməlidirlər:

“Bizim əsas tövsiyəmiz budur ki, ailəsində genetik olaraq gənc yaşda infarkt keçirən və ya qəfil dünyasını dəyişən şəxslər mütləq kardioloji müayinədən keçməlidirlər. Əgər heç bir problem aşkarlanmasa belə, 35 yaşdan sonra ildə bir dəfə və ya maksimum iki ildən bir dəfə müayinədən keçmək məsləhətdir.

Ümumiyyətlə, risk faktoru olmasa belə, müəyyən yaşdan sonra idmanla məşğul olan hər kəs kardioloji müayinədən keçməlidir. Ən azından qan analizləri (xolesterin, şəkər və digər göstəricilər), EKQ və EXO edilməli, həkim zəruri hesab edərsə, stres test də aparılmalıdır.

Əgər bu müayinələrdə hər hansı problem aşkar olunarsa, daha dərin kardioloji araşdırmalar etmək mümkündür. Bu isə artıq başq abir mövzudur. Cabir bəyə Allah rəhmət eləsin. Biz indi bilmirik, bəlkə də heç bir şikayəti olmayıb və ya olu əhəmiyyət verməyib. Çünki bəzən insanlarda gizli problemlər olur”.

Həkim-kardioloq xəstələrdə müşahidə edilən şikayətlərə də diqqət çəkib:

“Mütləq insanlarımız sağlamlıqlarına ciddi yanaşmalı, aktiv həyat tərzi keçirməli, çox yağlı qidalardan uzaq durmalı, şəkəri olanlar ciddi nəzarət altında olmalı, siqaretdən və elektron siqaretdən tamamilə imtina etməlidirlər.
Kardioloji xəstələrdə daha çox müxtəlif şikayətlər müşahidə olunur. Amma daha çox döş sümüyünün arxasında yaranan, xüsusən də sol qola, çiynə və kürəyə yayılan yanma və göynəmə xarakterli ağrılar ön plana çıxır.

Bununla yanaşı, ağrı bəzən diş ağrısı kimi özünü göstərərək çənəyə vurur və ya mədə ağrısı formasında hiss edilə bilər. Bu halda yanlışlıqla mədə problemi kimi qəbul edilə bilər. Bəzi hallarda isə ağrı olmur. Xüsusilə şəkərli diabet xəstələrində fiziki hərəkət zamanı təngnəfəslik, sinədə sıxılma, tikə qalma hissi və ya ağırlıq müşahidə oluna bilər.

Pasiyentlər bu halı tez-tez “sinəmdə ağırlıq var” kimi izah edirlər. Fiziki hərəkət zamanı sinədə yaranan döyüntü hissi də ola bilər. Bu, aritmiya ola bilər ki, onun da səbəbi çox vaxt ürək damarlarında daralmalarla bağlı ola bilər. Buna görə də xüsusilə fiziki fəaliyyət zamanı hər hansı narahatlıq hiss edən şəxslər mütləq həkimə müraciət etməlidirlər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri