Icma.az
close
up
RU
Gənc yaşda ürək dayanması səbəbilə ölüm hallarının sayı artır: SADS nədir?

Gənc yaşda ürək dayanması səbəbilə ölüm hallarının sayı artır: SADS nədir?

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əgər ürəkbulanma, qızdırma və əzələ ağrısı kimi şikayətləriniz varsa, bədənin infeksiya ilə mübarizə apardığını düşünə bilərsiniz. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlər qəfil aritmik ölüm sindromu (SADS) ilə də əlaqəli ola bilər.

SADS nədir?

Qaynarinfo xəbər verir ki, SADS - qəfil aritmik ölüm sindromu - infeksiya və ya struktur ürək xəstəliyi kimi aydın bir səbəb olmadan baş verən ani ölümlə xarakterizə olunur. Bu vəziyyət, daha əvvəl sağlam hesab edilən şəxslərdə gözlənilməz şəkildə ürək ritminin pozulması nəticəsində ölümə səbəb olur. Bu sindromun ən qorxulu tərəfi, çox zaman ilk əlamətin ölüm olmasıdır.

Əlamətlər və risk göstəriciləri

İsveçli tədqiqatçılara görə, çarpıntı, ürəkgetmə, ürəkbulanma, əzələ ağrısı və qızdırma kimi simptomlar, SADS-dan əziyyət çəkən şəxslərdə tez-tez rast gəlinən əlamətlərdir. Həkimlər bildirirlər ki, döş qəfəsində ağrı və nəfəs darlığı kimi klassik simptomlarla yanaşı, infeksiya əlamətlərinə bənzəyən bu hallar da ciddi risk göstəricisi ola bilər.

Hadisələr: gənc həyatların itirilməsi

2023-cü ilin avqust ayında İngiltərənin Vaşinqton şəhərində yaşayan 20 yaşlı moda tələbəsi Poppi İql heç bir sağlamlıq problemi olmadığı halda, itini gəzintidən gətirdikdən sonra evdə qəfil yıxılaraq həyatını itirib. Onun ölüm səbəbi sonradan SADS olaraq müəyyən edilib.

Yenə ötən ay 19 yaşlı atlet Natali Blek şəxsi rekordunu qırdığı üçtəkan yarışından bir neçə saat sonra yuxuda vəfat edib.

Uruqvaylı 27 yaşlı futbolçu Xuan İskyerdo isə ötən ilin avqustunda halı pisləşdikdən sonra xəstəxanada həyatını itirib. Onun ölümünə səbəb olan virus infeksiyasının ürəyə əlavə yük bindirərək aritmiyaya səbəb olduğu açıqlanıb.

"Luton Town" komandasının kapitanı Tom Lokyer isə ötən ilin dekabrında matç zamanı ürək krizi keçirib və ürəyi 2,5 dəqiqəlik dayanmışdı. Onun vəziyyəti "atriyal fibrilasiya" adlı aritmiya forması ilə əlaqələndirilib.

Statistika və araşdırmalar

İsveçdə aparılan araşdırmada, 2000–2010-cu illər arasında 1–36 yaş arası 903 nəfərdə baş verən ani ürək ölümü halları incələnib. Nəticəyə görə, bu ölümlərin 22 faizi SADS ilə əlaqəlidir. Hadisələrin təxminən 64 faizi kişilərdə qeydə alınıb, orta yaş isə cəmi 23 olub.

Ən çox rastlanan əlamətlər çarpıntı, ürəkgetmə, ürəkbulanma, qusma və infeksiyaya bənzər simptomlardır. SADS diaqnozu qoyulan şəxslərin 1-3-i son 6 ayda xəstəxanaya müraciət edib.

SADS və genetik risk

Türkiyəli kardioloq professor Cüneyt Koçaş bildirib ki, SADS-ın ən əsas səbəbi, irsi keçişli ritm pozğunluqlarıdır. Əgər ailədə gənc yaşda qəfil ölüm hadisəsi olubsa, bütün ailə üzvlərinin bu baxımdan müayinə edilməsi vacibdir. Bu xəstəliklərin bəzən heç bir tipik əlaməti olmur, amma bəzi hallarda çarpıntı, bayılma hissi ilə özünü göstərə bilir.

Əgər bu genetik ritm pozğunluğu aşkarlanarsa, dərmanla və ya "ablasiya" və "ürək pili" kimi üsullarla müalicə mümkündür.

Gənc idmançılarda müayinə vacibdir

Göteborq Universitetindən kardioloq Dr. Matilda Frisk Torell vurğulayıb ki, SADS gənc insanlar və idmançılar arasında ani ürək ölümünün ən çox rast gəlinən səbəblərindən biridir. Lakin bu sindrom kifayət qədər araşdırılmayıb. O, ürəkgetmə, krizə bənzər hallar və digər xəbərdaredici simptomların daha dərindən incələnməsinin, risk altındakı gənclərin vaxtında müəyyən edilməsinə kömək edə biləcəyini bildirib.

Ürək-damar ölümlərində artım müşahidə olunur

Son illərin məlumatları göstərir ki, ürək infarktı və insult kimi xəstəliklərdən erkən ölüm halları son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Halbuki əvvəllər siqaret istifadəsinin azalması və tibbi inkişaflar sayəsində bu hallar azalmışdı. Hazırda isə artan piylənmə, yüksək təzyiq və diabet kimi amillərin bu mənzərəyə səbəb olduğu düşünülür. /qaynarinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Aprel 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see181

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see132

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see126

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see126

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see123

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Rusiya Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz

30 Noyabr 2025 18:40see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri