Icma.az
close
up
RU
Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?

Ürək xəstəliklərinin 4 erkən əlaməti hansılardır?

Icma.az, Unikal.az saytına istinadən bildirir.

İngiltərəli kardioloq ürək xəstəliklərinin kritik mərhələyə çatmadan öncə dörd mühüm xəbərdarlıq əlaməti ilə özünü göstərə biləcəyinə diqqət çəkib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Dr. Oliver Guttman ürək problemlərinin kinolarda göstərildiyi kimi qəfil və güclü döş qəfəsi ağrısı ilə deyil, daha yüngül, lakin yanıltıcı simptomlarla ortaya çıxa biləcəyini bildirib

1. Döş qəfəsində təzyiq və ya ağrı

Sinədə ağırlıq, sıxılma və ya təzyiq hissi ürək xəstəliklərinin ən çox rast gəlinən əlamətlərindəndir. Bu hal bəzən mədə turşuluğu və ya həzm pozğunluğu ilə qarışdırıla bilər. Ağrı qollara, boyuna, çənəyə və ya kürəyə də yayıla bilər. Bu, anjina əlaməti ola bilər və müalicə edilmədiyi halda infarkt riskini artırır.

2. Nəfəs darlığı

Normalda idmandan sonra yaranan yüngül nəfəs darlığının təbii olduğunu deyən Guttman, lakin gündəlik işlərdə – pilləkən qalxmaq, çamaşır daşımaq və ya ayaqqabı bağlamaq zamanı nəfəs çatışmazlığının ciddi xəbərdarlıq olduğunu vurğulayıb.

3. Daimi yorğunluq və halsızlıq

Həkimə görə, ürək mənşəli yorğunluq gündəlik yorğunluqdan fərqlənir – bu,  istirahətlə keçmir. Sadə ev işlərindən sonra həddindən artıq yorğunluq, alış-veriş zamanı çətinlik və diqqət dağınıqlığı bu əlamətlərə daxildir. Qadınlarda isə bəzən sinə ağrısı olmadan yalnız qeyri-adi yorğunluq müşahidə oluna bilər.

4. Ürək döyüntüləri

İstirahət halında belə qəfil sürətlənən ürək döyüntüləri, döş qəfəsində çırpınma və ya sıçrama hissi aritmiyadan xəbər verə bilər. Müalicə olunmazsa, bu, ürək çatışmazlığı və ya insult riskini artırır. Dr. Guttman, bu əlamətlərin heç bir halda laqeyd yanaşılmaması gərəkdiyini bildirib. Mütəxəssislər həmçinin müntəzəm tibbi yoxlamaların və sağlam həyat tərzinin ürək xəstəliklərinin qarşısını almaqda əsas rol oynadığını vurğulayır.

Rəsmi statistika göstərir ki, 2019–2023-cü illər arasında İngiltərədə ürək xəstəliklərinə bağlı ölümlər 18% artaraq 21 min 975-ə yüksəlib. İngilis Ürək Fondu (BHF) 2020-ci ildən bəri ürək çatışmazlığı diaqnozlarının da 21% artdığını açıqlayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Sentyabr 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri