Icma.az
close
up
RU
Ürəkdamar xəstəliklərini aradan qaldıran MÖCÜZƏVİ MEYVƏ

Ürəkdamar xəstəliklərini aradan qaldıran MÖCÜZƏVİ MEYVƏ

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Əncir (lat. Fícus cárica) və ya əncir ağacı dünyanın bir çox yerində rast gəlinən Tut ailəsinə (Moraceae) aid olan subtropik yarpaqlı bitkidir.

Azərbaycanda əncirin əsasən 2 növü yayılıb. Onlardan biri mədəni əncir adlanır. Respublikanın bir sıra rayonlarında becərilən bu növ əncirin ətirli, şirin, yastı armudabənzər, sarı rəngli meyvələri olur. Digəri isə Lənkəran zonasında yabanı halda yayılmış Hirkan ənciridir. Hirkan əncirinin meyvələri armudvari olsa da, rəngi tünd göydür. Abşeron ərazisində becərilən "Sarı sabahi" və ya "Sarı əncir" sortu isə xüsusilə məşhurdur. Onun xoş ətri, şirin dadı olan nazik qabıqlı və sarı rəngli meyvələri var.

Əncirin mövsümü əsasən yay və payız ayları sayılır. Təzə əncirin meyvələrinin rəngi müxtəlif (sarı rəngdən qara-göy rəngə qədər) ola bilər. Ətirli əncir həm təravətinə, həm də dadına görə seçilir. Əncir yeyinti sənayesində də geniş istifadə olunur. Ondan mürəbbə, kompot, cem, şərbət (sirop) hazırlanır.

Əncirin ləti çox zərif və dadlıdır. Əzilmiş və ya qabığı zədələnmiş meyvə tez xarab olmağa başlayır. Bundan başqa yetişmiş meyvədə lət olduqca tez yetişib ötür və onda qıcqırma prosesi gedir. Ona görə də əncir otaq şəraitində bir sutkadan artıq qalmır. Lakin yetişmiş ənciri soyuducuda +2o C-dən +4o C-yə qədər temperaturda 10 günədək saxlamaq olar.
Əncir insan orqanizmi üçün vacib olan müxtəlif çeşidli qida maddələri ilə zəngindir. Onun tərkibində vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və digər elementlər mövcuddur. Təzə əncirin 100 qramında 232 mq Kalium, 35 mq Kalsium, 17 mq Maqnezium, 0,4 qram Dəmir vardır.

Kalsium elementi ilə zəngin olduğundan əncir sümük xəstəlikləri və inkişaf pozğunluqları zamanı olduqca faydalıdır. Qurudulmuş əncirin tərkibində olan Fenol, Omeqa-3 və Omeqa-6 yağ turşuları isə ürək-damar xəstəliyi riskini azaldır. Mis maddələr mübadiləsi və enerji hasilatı, qan hüceyrələrinin, birləşdirici toxumaların və neyrotransmitterlərin meydana gəlməsi daxil olmaqla bir sıra bədən proseslərində iştirak edir. Vitamin B6 isə orqanizmin pəhriz zülalını parçalaması və yeni zülallar yaratması üçün lazım olan əsas maddədir.

Əncir qidalı liflərlə zəngin olduğundan mədə-bağırsağın işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Lif konsentrasiyası sağlam, müntəzəm bağırsaq funksiyasını dəstəkləməyə kömək edir və qəbizliyin qarşısını alır. Lif ishal və nizamsız bağırsaq hərəkətlərini də aradan qaldırır. Xüsusilə də qurudulmuş əncir qəbizliyi aradan qaldırmağa kömək edir. Qeyd edək ki, quru əncir digər qurudulmuş meyvələr arasında yüksək qida dəyərliliyi ilə seçilir. Quru əncirin 100 qramında 680 mq Kalium, 162 mq Kalsium, 68 mq Maqnezium, 2 mq Dəmir vardır. Qurudulmuş əncirdə şəkərin miqdarı yüksək olduğundan qısa müddətdə qan şəkərinin səviyyəsini artıra bilər. Bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanların qurudulmuş əncir qəbulunu məhdudlaşdırması tövsiyə olunur.

Məqalə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Keyfiyyətə nəzarət departamentinin Keyfiyyətin idarəolunması şöbəsinin mütəxəssisi Nərgiz Əzizova tərəfindən hazırlanıb.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri