Icma.az
close
up
RU
Ürəklərdə yaşayan qəhrəman

Ürəklərdə yaşayan qəhrəman

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhid Elçin Sarvan oğlu Əliyevin 31 yaşı tamam oldu
İkinci Qarabağ müharibəsində torpağı qani ilə Vətən edən qəhrəman oğlanlardan bir də Elçin Sarvan oğlu Əliyevdir. Yardımlı rayonunun Kürəkçi kəndində dünyaya göz açmış Elçinin Vətən sevgisi, doğma diyara sonsuz məhəbbəti canından, qanından gəlirdi. Odur ki, həyatı dərk edən gündən yağı düşmənə əsir düşən yurdunun azadlığı onun ən böyük arzusu olur. Və 2020-ci ildə 25 yaşında Vətən, millət yolunda canını qurban verməklə bu arzusuna çatır. Onun tərkibində döyüşdüyü Azərbaycan ordusu qəhrəmanlıq salnaməsını yazaraq xalqımıza şanlı qələbə sevincini bəxş etdi. Elşən də bu qələbənin qazanmasında yaşına sığmayan rəşadət və şücaət göstərərək odlar yurdu, müdriklər beşiyi Azərbaycana bir şərəf, bir şan oldu. Zaman-zaman gələn nəsillər də onun şərəfli, parlaq ömür yoluna Vətənə, torpağa sədaqət rəmzi kimi baxarlar.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlanan günü Elçin Əliyev ön cəbhəyə yollanır. Torpaq qeyrəti, Vətən namusu haqq savaşımızda Elçini döyüşün ən qaynar yerində sınağa çəkir. Olduğu müharibə meydanında erməni dığalarının çoxlu sayda canlı qüvvəsini, texnikasını məhv etməklə ondan ürəyincə qisas almağı bacarır. Qarabağın hər qarışı uğrunda canından keçməyə hazır olan qəhrəman əsgər qanlı-qadalı vuruşlardan qalib çıxmaqla döyüş yoldaşlarını da qələbəyə doğru aparır.
Elçin Əliyev Füzulidə gedən ağır, qeyri-bərabər döyüşdə qorxmadan, çəkinmədən polad sinəsini Vətənə tuşlanan güllələrə sipər edir. Bununla da Azərbaycanın daha bir cəsur, igid oğlu ölməzliyə qovuşur. Bu müqəddəs ölümlə milyonların qəlbinə köç edən Elçin dövlət tərəfindən isə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallara layiq görülür.
Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 May 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see321

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see266

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see249

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see239

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see239

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see213

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see213

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see190

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see188

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see187

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see186

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see184

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see184

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see174

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see169

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see157

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see148

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri