Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ürəklərə köçən dahi

Ürəklərə köçən dahi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər insan öz ömrünün yolçusu, taleyinin müəllifidir. Hər kəs fərqli düşünür, fərqli yaşayır, həyatına öz baxış bucağından yön verir. Lakin tarix göstərib ki, dahilik şəxsi maraqların içində deyil, xalqın taleyində parlayır. Dahilər öz ömürlərini özləri üçün yaşamırlar, millətin ağrısını ağrısı, sevincini  sevinci bilirlər. Onlar xalqın gələcəyi naminə düşünür, millətin taleyinə heç vaxt biganə qalmırlar. Dünyada çox belə nümunələr var. Fransa sarsılmadı, Şarl de Qoll vardı! Türkiyənin istiqlaliyyəti əyilmədi, çünki Atatürk öndə idi! Azərbaycan məhv olmadı, bölünmədi, parçalanmadı, Heydər Əliyev buna imkan vermədi! Tarix faktlarla sübut edir ki, yalnız güclü lider xalqı ayaqda saxlayır. Liderin qərarı, iradəsi və cəsarəti bütün xalqın taleyini dəyişir. Hər bir uğurlu dövlətin arxasında isə şübhəsiz belə dahilər olub. 

Ümummili lider Heydər Əliyev bizlərə o vaxt sahib çıxdı ki, dövlət, millət olaraq sözün əsl mənasında uçurumun kənarında dayanmışdıq. Ümidlər məhv olmuş, inam sarsılmış, xalqın taleyinin üzərində isə daha dəhşətli və amansız fəlakətlərin qara kölgəsi dolaşırdı. Ölkə özünü idarə edə bilməyən xaosun içində boğulur, daxili çəkişmələr və xaricdən yönələn planlar Azərbaycanı yıxmağa doğru addım-addım yaxınlaşırdı. Məhz belə bir anda böyük Heydər Əliyevin varlığı Azərbaycan üzərində qurulan bütün oyunları darmadağın etdi. Onun qətiyyəti, soyuqqanlılığı və siyasi iradəsi həm ölkə içində qurulan hesabları, həm də xaricdən yönəldilən xain niyyətləri kökündən məhv etdi. Heydər Əliyevin qəbul etdiyi çevik qərarlar yalnız müstəqilliyimizi ölümdən geri qaytarmaqla bitmədi, xalqın taleyini də müsbət mənada dəyişdi. Azərbaycanı məhvolma təhlükəsindən çəkib çıxardı və millətə yenidən nəfəs verdi.

Jan Jak Russo deyirdi ki, azadlıqdan əl çəkmək insanın öz ləyaqətindən əl çəkməsi deməkdir. Ötən əsrin sonlarında isə milli kimliyimizə düşmən kəsilən qüvvələr, bizi müstəqil görmək istəməyən xarici və daxili dairələr xalqı alçaldıcı itaətə sürükləməyə, azadlıq kimi ali dəyərdən uzaqlaşdırmağa çalışırdılar. Biz azad yaşaya, öz taleyimizin sahibi ola bilmərik kimi məntiqsiz düşüncələr sistemli şəkildə toplumun şüuruna yeridilir, ideoloji təzyiqlərlə insanların öz gücünə inamı sarsıdılırdı. Lakin Ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısını kəsməyə çalışan bütün cəbhələrlə qətiyyətlə mübarizə apararaq qələbə qazandı, göstərdi ki, azad və müstəqil yaşamaq xalqımızın sarsılmaz haqqıdır və milli ləyaqətimizi heç bir qüvvə əlimizdən ala bilməz. Heydər Əliyev ölkənin ən həssas dönəmlərində təhlükələrdən, təhdidlərdən çəkinmədən xalqın arzuladığı dövləti qurmağa nail oldu. Böyük öndər illərlə yalnız şeirlərin, mahnıların, düşüncələrin mövzusu olan ideyaları real dövlətçilik təcrübəsinə çevirdi. Onun yaratdığı dövlət təkcə regionda deyil, dünya siyasətində də söz sahibi oldu, beynəlxalq münasibətlərdə Azərbaycanın nüfuzunu möhkəmləndirdi, ölkəmizi qlobal diqqətin mərkəzinə gətirdi, vətənimizi iqtisadi baxımdan cazibədar və dinamik məkan etdi. Uzun müddət unudulmuş kimi görünən məmləkətimizdə yenidən həyat, enerji və inkişaf hiss olunmağa başladı. Sabitlik şəraitində respublika sürətlə irəlilədi, iqtisadi və sosial sahələrdə geniş islahatlar həyata keçirildi, bütün sahələrdə yenilənmə ruhu formalaşdı. Ümummilli lider özünəməxsus siyasəti ilə qeyri-mümkün görünən layihəni gerçəkləşdirərək ölkəmizin iqtisadi müstəqilliyini təmin etdi. Bütün maneələrə baxmayaraq Heydər Əliyev Azərbaycanın taleyini düzgün istiqamətə yönəldərək “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Bu müqavilə təkcə iqtisadi məsələləri həll etməklə kifayətlənmədi, həm də Azərbaycanın siyasi mövqeyini gücləndirdi. Eyni zamanda bu tarixi addım ölkəmizin dünya arenasında tanınmasına imkan yaratdı və gələcək nəsillərə ümid verdi. Beləliklə, Azərbaycan üçün yeni inkişaf dövrü açıldı və strateji layihələrə zəmin hazırlandı.
Bu gün Vətən sevinir. Qürurla ayaq basdığımız, üzərində gəzməyə haqq etdiyimiz, uğrunda ölməyi şərəf bildiyimiz torpağımız, ucaldıqca ucalan bayrağımız ona görə var ki, biz müstəqilik, azadıq, qalibik, qüdrətliyik və sözümüz dünya qarşısında eşidilir. Çünki Vətənimiz, Azərbaycanımız var. Bütün bunlara ona görə nail ola bildik ki, xalqımızın içindən bir dahi doğulmuşdu. Onun varlığı və iradəsi bizi zirvəyə daşıdı. Biz xalqımızın əziz övladı, ən böyük azərbaycanlı Heydər Əliyevə Azərbaycan var olduqca borcluyuq. Onun uzaqgörənliyi sayəsində xalqımız birləşdi və vətənimiz gücünü, şərəfini qorudu. Bu gün biz onun yolunu izləyərək gələcəyə inamla addımlayır və Azərbaycanın qüdrətini daha da möhkəmləndiririk.

Ölüm qaçılmazdır və insan övladı onu yaşamağa məhkumdur. Lakin Heydər Əliyev ölümsüz doğulmuşdu. O, fiziki olaraq aramızda olmasa da, torpağa yox, ürəklərə köçdü. Hər bir azərbaycanlının qəlbinin ritmində yaşayan ürək adamına çevrildi. Bu gün  ölkəmizin hər bir övladı bu əvəzsiz liderin işıq saldığı yolda inamla addımladığını onun əbədi yaşadığı qəlbimizin dərinliklərindən yüksələn bir qürurla dərk edir. Bu baxımdan Ulu öndər sağdır, bizə miras qoyduğu bu ölkənin hər bir vətəndaşının ürəyində yaşayır.

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see207

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see195

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see186

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri