Icma.az
close
up
RU
Ürəklərə köçənlər... ŞƏRH

Ürəklərə köçənlər... ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

44 günlük haqq savaşımızda qazanılan möhtəşəm Zəfər şəhidlərin qanı və qəhrəmanlığı bahasına əldə olunub. Onların həyat yolları nə qədər qısa olsa da, gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb getdilər. Fəqət, Vətən, torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanlar isə heç zaman ölmürlər. Zaman-zaman onların şərəfli ömür yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbi olaraq yaşayır.

İkinci Qarabağ müharibəsi başlananda Masallıdan da çoxlu gənc Azərbaycanın müqəddəsliyini əziz tutub yağıya qarşı döyüşə giriblər. Hər qarşı torpaq uğrunda can qoymaqla yağı düşmən darmadağın olunub. İndi rayonda qan töküb torpağı Vətən edən şəhidlərin əziz xatirəsini uca tutmağı hamı özünə mənəvi borc bilir və onların şərəfli ömür yolunu gənc nəslə örnək kimi təbliği, Vətən sevgisinin aşılanması və vaxtaşırı şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi ənənə şəkilini almışdır. Masallılar hər vaxt deyirlər ki, şəhidlərin həyat və döyüş yolunun öyrənilməsi və gələcək nəsillərə ötürülməsi milli yaddaşımızın qorunması baxımından mühüm əhəmiyyət malikdir. Hər bir şəhidin adı daim uca tutulmalı, onların Vətənə olan ilahi sevgisindən qürur duymaq lazımdır.

Bu günlər rayonda adları dillərdə dastana dönən qəhrəman şəhidlər-Cəbrayıl Baloğlan oğlu Qasımovun, Kənan Natiq oğlu Şahbazovun doğum günləri qeyd olunub. Ehtiramla anılan Vətən sevdalıları haqqında söhbət zamanı bildirilib ki, Masallı elinin qeyrətli oğulları halal torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onların misilsiz igidliyi, Vətən sevgisi, döyüş meydanında göstərdiyi şücaət və xalqımıza bəxş etdikləri qələbə Azərbaycan tarixinin şanlı səhifələrində əbədi yaşayacaq.

Masallının Ərəb kəndində dünyaya göz açan Cəbrayıl Qasımov İkinci Qarabağ müharibəsi başlanan kimi yağı düşmənlə döyüşə girib. Füzulidə gedən ölüm-dirim savaşında rəşadət nümunəsi göstərərək dığalara ciddi itkilər verib. Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sınaqdan üzüağ çıxıb. Mərdliyi, qəhrəmanlığı döyüşçü yoldaşlarına nümunə olub. Təəssüf ki, oktyabrın 8-də qəfil atılan yağı gülləsinə tuş gəlib və 24 yaşında Vətənlə döyünən ürəyi əbədi dayanıb. Doğulub boya-başa çatdığı doğma kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Cəbrayıl Qasımov ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Qubadlının azadlığına görə medallarına layiq görülüb.

Şəhidin anası Fatimə Qasımova bildirir ki, Cəbrayıl əsgərlikdən gələndən sonra iyul hadisələri oldu. Polad Həşimovun, Anar Novruzovun ölümündən sonra özü dedi ki, ana məndə gedirəm müharibəyə. Yalvardım ki, Cəbrayıl sən bir dənə balasan, iki ildir nişanlısan, məni peşman etmə. Qayıdıb mənə dedi:- Ana, bəs Vətəni kim qoruyacaq? Mən gedəcəyəm, əgər qismətimdə şəhidlik varsa şəhid olaram, olmaramsa sağ-salamat qayıdaram...

Vətən müharibəsində erməni faşistlərinə qan qusduran, adını şanlı tariximizə yazan, dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda”, “Vətən müharibəsinin iştirakçısı”, Kəlbəcərin və Füzulinin azadlığına görə medallarla təltif edilən Kənan Şahbazov 23 iyul 2002-ci il tarixində Masallının Kəlbəhüseynli kəndində anadan olub. Bir müddətdən sonra Bakıya köçüblər. 76 saylı məktəbdə oxuyub. 2010-cu ildən Kənan valideynlərinin işi ilə əlaqədar Rusiya Federasiyasının Kazan şəhərinə gedib, orta təhsilini orada davam edib. İdmana böyük maraq göstərən Kənanın iştirak etdiyi qaydasız döyüşlərdə qazandığı uğurlar bir-birini əvəz edib. Uşaqlar arasında ölkə, Rusiyada keçirilə yarışların dəfələrlə qalibi olub, diplom və medallara layiq görülüb.

2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində yerləşən Açıq Federal Universitetin hüquqşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olub, həmin fakültədə birinci kursu bitirib. Yağı Qarabağımıza susayıb qan-qada törətdiyi üçün Vətənə dönüb, cəbhə bölgəsində əlinə silah alıb dığalara qarşı döyüşməyi daha vacib sayıb. Qeyrət qanı coşan Kənan 2020-ci ildə ali təhsilini ikinci kursdan qiyabiyə keçirməklə qərarını yerinə yetirib. 2020-ci ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənin keşiyində durub. Qısa müddətdə mərdliyi, fədakarlığı ona böyük hörmət qazandırıb. Bir qayda olaraq qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanıb. Vətən müharibəsi başlanan günü odun-alovun içinə, döyüşə girib. Qaynar nöqtələrdə qəhrəmanlıq göstərərək düşmənin canlı qüvvəsinə, texnikasına böyük tələfat verib. Füzulidə yağı gülləsi ürəyinə dəyib, son damla qanın qədər döyüşüb şəhidlik zirvəsinə ucalıb. 2 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Çaxırlı kəndində canından artıq sevdiyi Vətən torpağının sinəsinə ədədi olaraq baş qoyub. Köç etdiyi könüllərdə ilahi bir sevginin qanadlarda müqəddəs yolun yolçusuna dönüb.

Bəli, masallılar öz qəhrəman şəhidlərini heç vaxt unutmur, onları özlərinə iftixar mənbəyi, qürur yeri bilirlər.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyul 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri