Icma.az
close
up
RU
Ürəklərə səpələnmiş ömür... Foto

Ürəklərə səpələnmiş ömür... Foto

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əgər ömür vəfa qılsaydı, indi 70 yaşının necə xoş arzuyla, yaxınlarının, əzizlərinin, yetirmələrinin necə böyük məhəbbətlə qeyd edildiyini özü də görərdi. Səcdəyə layiq şəxsiyyət nümunəsi, zəhmətdən yoğrulmuş, şərəf və saflıqla bəzənmiş ömür yolu qoyub getdi. Şirəli Əhədov xeyirxah, ləkəsiz, şərəfli, büllur kimi parlaq bir ömür yaşadı...

Yaradıcı, zəhmətkeş insan harada, hansı peşədə, sənətdə çalışmasından asılı olmayaraq mənalı ömür sürür, əməlləri özündən sonra da danışılır, yaşayır, unudulmaz xatirələr qoyub gedir. Belə simalardan biri də Şirəli Əhədov idi. İnsan ömrü axar suya bənzəyir.  Axar suyun da başlanğıcı və sonu var, insan ömrünün də. Axar sular da müxtəlif cür olur. Bəziləri gurultulu, bəziləri sakit, bəziləri dumduru bəziləri bulanıq, bəziləri şəfaverici olur. Ona görə də müdrik insanlar həmişə təmiz suya, bulaq düşməsinə bəzədilib, onlara su qədər ömür arzulayıb. Bu gün “Şirəli müəllim” ifadəsi onu tanıyanlar üçün bir fenomennə çevrilib, desək, səhv etmərik. Çünki hamı ondan müqəddəs bir şəxs kimi danışır. Bu gün 70 illiyi qeyd olunan Şirəli Əhədovun nağıla çevrilmiş, xatirəyə dönmüş həyatı, fəaliyyəti barədə nə qədər yazılsa da bitməz. Şirəli müəllim kimi insanlar təkcə sətirlərdə yox, ürəklərdə yaşayırlar.

Şirəli Əhədov 18 iyul 1955-ci ildə Masallı rayonunun Lürən ərazisinin Pircana kəndində dünyaya göz açmışdı. 1972-ci ildə isə Musaküçə kənd orta məktəbi fərqlənmə ilə bitirib. 1976-cı ildə VI Lenin (indiki N.Tusi) adına Azərbaycan Pedaqoji Universitetinin fizika fakültəsindən fərqlənmə diplomu ilə məzun olub. 1976-cı ildə əmək və təhsildə əldə etdiyi nailiyyətlərə görə keçmiş SSRİ Ali Sovetinin qərarı ilə “Şərəf nişanı” ordeni ilə təltif olunub. 1989-cu ildə fizikanın tədrisi metodikası sahəsində dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi-pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Onlarla elmi, pedaqoji, publisistik məqalələrin və müxtəlif kitabların müəllifi olan Ş.Əhədov 1976-cı ilin iyununda Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsində Tələbə inşaat dəstələri şöbəsində zona komissarı vəzifəsində çalışıb. Qısa müddətdən sonra öz xahişi ilə həmin vəzifədən azad olunub və Masallı rayonunun Musaküçə kənd orta məktəbində direktor müavini, məktəb direktoru, RTŞ-nin metodisti, inspektoru vəzifələrində çalışıb. 1991-ci ildə R.Əlihəsənov adına Masallı şəhər 1 nömrəli məktəbin direktoru, 1992-ci ildə Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyib. 1992-2000-ci Masallı rayon Təhsil şöbəsinin müdiri olub.

Ümummilli lider Heydər Əliyevin 30 iyul 2000-ci il tarixli sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu tarix Şirəli Əhədovun həyatının ən yüksək zirvəsi hesab olunurdu. Zəmanəmizin və dünyanın ən böyük şəxsiyyətlərindən olan Ulu Öndərlə birlikdə çalışmaq, xüsusi dövlət tapşırıqları almaq çox çətin və şərəfli imtahan kimi Şirəli Əhədova qismət olduğundan özünü həmişə xoşbəxt insan hesab edirdi. 05 dekabr 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin İcra aparatının ərazi idarəetmə və yerli özünümüdafiə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində (dövlət qulluğunun baş müşaviri statusunda) çalışıb. Həyatının son illərində Bakı şəhəri C.Niftəliyev adına 233 nömrəli liseyin direktoru vəzifəsində çalışıb.

Şirəli Əhədovun 70 illik yubileyində dostları, yaxınları, onu sevən bütün doğmaları, əzizləri fəxrlə yad edirlər.

Onu tanıyanlar bu gözəl insanın, ustad müəllimin adını isti qəlblərində əbədi heykələ döndəriblər. Şirəli müəllim kimi şəxsiyyətlər ölməzdir. Onlar insanların qəlbində əbədi iz salmış dahilərdir. Allahdan Şirəli müəllimə qəni-qəni rəhmət diləyir, məkanı cənnət olsun deyirik.

Şamil Cəfər

Azərbaycan Yazıçılar Birliyinin üzvü


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 İyul 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri