Icma.az
close
up
RU
Ürəyi Vətənə bağlı qəhrəman FOTO

Ürəyi Vətənə bağlı qəhrəman FOTO

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Odlar yurdu doğma Azərbaycanımızın zəfər tarixinin yazılmasında Astaranın qəhrəman oğlu Şəhnin Novruzov sözün əsl mənasında yaşına uyuşmayan bir şücaət göstərib. Ömrünün 22-ci baharında 30 il əsarətdə qalan Vətən torpaqlarının azadlığı uğrunda canından keçməklə şəhid olmağı bacarıb. Bu zirvəyə ucalmaqla, həm də qısa həyat yolu torpağına, el-obasına sonsuz məhəbbət mücəssəməsinə dönüb. İndi budur Şəhnin təkcə bir ailənin deyil, bütün Azərbaycan xalqının fəxridir.
Uşaq yaşlarında Vətənin müqəddəsliyini başa düşən, ona ürəkdən sevdalanan Şəhninin ailəsi doğma Səncərədi kəndindən 2007-ci ildə Bakının Zirə qəsəbəsinə köçür. Burada yetkinlik yaşına çatıb, müstəqil həyata qədəm qoyanda tanıyanlar, bilənlər onda olan əxlaqa, bacarığa, xalqı, Vətəni üçün döyünən təmiz ürəyinə heyran qalırlar. Şəhnini isə ən çox narahat edən yağı düşmənin Azərbaycanımızın əzəli bir parçası olan Qarabağın işğalı idi. Odur ki, 9 aprel 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə böyük həvəslə yollanır. Və cəbhə bölgəsində Vətənin keşiyində durmağı özünə şərəf bilir. Nəyin bahasına olursa-olsun düşmənə əsir düşən torpaqlarımızın azadlığı onun əsas amalına dönür. Və buna çatmaq üçün içindəki Vətən, torpaq sevgisinə güvənib müharibə meydanında dığalarla sona qədər vuruşub qisas alacağına and içir.
Əsgər Şəhnin layiqli, sədaqətli bir övlad olaraq Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. Hər qarış torpağını, daşını canından əziz tutmaqla onu göz-bəbəyi kimi qoruyur. Komandirlərin tapşırıqlarına birinci gedir, mərdliyi, cəsurluğu, ağıllı davranışı həmişə onu üzüağ edir. Ən əsası isə torpaqlarımızı düşmən işğalından azad etməyə hazır durur, həmin günü qələbəyə olan inamla gözləyir və sonrakı həyatını bağlandığı yurdunun qalib əsgəri olmaqla el-obada başıuca yaşamaq istəyir...
Şəhnin nümunəvi əsgər kimi ailəsinə dönsə də, düşməndən alacağı öcü unutmur. 2020-ci ildə Vətən savaşı başlayanda könüllü olaraq əlinə silah götürür. Torpaq uğrunda can qoyan, qəhrəmanlıqla döyüşən Vətən övladlarının ən öndə gedəni olur. Yağıya qan uyduran igidin adı dillərdən düşmür. Çox odan-alovdan keçir, qırdığı dığaların sayı bilinmir. 20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmaqla, torpağa tökdüyü qızı qan möhtəşəm zəfərimizi göstərir.
Ürəklərdə saflıq dünyasına dönən qəhrəman əsgər Şəhnin Şahlar oğlu Novruzov Astara rayonunda doğma kəndi Səncərədidə uyuyur. Onun baş qoyduğu torpaq astaralılar üçün çox müqəddəsdir. Dövləti öz qəhrəman oğlunun ehtiramını daimi uca tutmaqdan ötrü onu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallara layiq görüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri