Icma.az
close
up
RU
Vətənə bağlı dağlar qartalı FOTO

Vətənə bağlı dağlar qartalı FOTO

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

25 avqust şəhid Natiq Mirhüseynovun doğum günüdür

Lerik rayonun Orand kəndində dünyaya göz açan Natiq Balamirzə oğlu Mirhüseynov 44 günlük haqq savaşımızda özünü Vətənə fəda etməklə əbədi bir ulduzlu həyat qazandı. Özü cismən aramızda olmasa da, təkcə adı çəkiləndə bütün Azərbaycan onunla fəxr edir. Bütöv bir xalqın qəhrəmanlıq simvolunu adında yaşadan Natiqin keçdiyi qısa, olduqca şərəfli həyat yolu qərinələr boyunca gələcək nəsillərə də örnək olacaqdır...

Doğma Azərbaycanının daşına, hər qarış torpağına ürəkdən bağlanan Natiq Balamirzə oğlu həqiqi xidmət zamanı onu göz bəbəyi kimi qoruyur, əsgəri borcunu ləyaqətlə yerinə yetirir. Bundan sonra da, canına yağı dadanmış Vətənin taleyi onu narahat edir. Nəticədə yenidən ordu sıralarına üz tutmalı olur. Hərbi Polis sıralarında gizir rütbəsində xidmət etməklə bərabər, yağıdan qisas alacağı günü gözləyir. Nəhayət, Natiq istəyinə çatır. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk günündən 30 il düşmənə əsir olan Vətən torpaqlarının azad olunması uğrunda savaşa girir. Və Vətən, torpaq sevgisi onu atıldığı döyüşlərdən zəfərlə çıxardır. Cəbrayıl, Füzuli və Xocavənd rayonlarda xüsusi rəşadət göstərməklə düşmənə ürəyincə qan uddurur, onlarla canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edir. 44 gün müharibə meydanında yağıya qarşı vuruşmaqla ən böyük arzusuna çatır. Düşmən məğlub olub, noyabrın 8-də üçrəngli qələbə bayrağımız Şuşada dalğalanır. Təəssüf ki, qəhrəman döyüşçü Vətən müharibəsindən sonra 2021-ci il yanvarın 30-da işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən qəfil atılan xain gülləsinə tuş gəlir və Vətən eşqli qəlbi əbədi dayanır. Milyonların ürəyinə köçən igid dağlar qartalı gizir Natiq Balamirzə oğlu dövlət tərəfindən "Azərbaycan Bayrağı" ordeninə, "İgidliyə görə", "Vətən uğrunda" və digər medallara layiq görülür.

Bəli, Natiq öz halal torpağı və Vətənin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. Bəşər övladı üçün bu böyük şərəf və qürurdur. Çünki şəhid adını qazananlar heç zaman ölmürlər. Onlar vətənləşib əbədi bir ömür yaşayırlar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri