Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Vidadinin ürəyi Vətənə bağlanmışdı FOTO

Vidadinin ürəyi Vətənə bağlanmışdı FOTO

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Həyatı dərk edən gündən ilahi bir sevgi və məhəbbətlə xalqına, Vətəninə bağlanan Vidadi Nemətulla oğlu Məmmədov Tanrının bəxş etdiyi ömür payını şərəflə başa vurdu. Necə deyərlər, başqasına işıq olmaqla yaşadığı 50 ildə el-obada alnıaçıq, üzüağ oldu.
Vidadi xalqın ağrı-acılarını, sevincini, yurd təəssübkeşliyini ürəyindən keçirtməyi bacaran kişilərdən idi. Getdiyi yol xoş arzular üzrə qurulmuşdu, insanlara fayda vermək onun amalına dönmüşdü. Ən əsası əqidəsi saf, haqq işi naminə canını qurban verməyi bacarırdı. Məhz buna görə də yağı düşmənin əzəli yurd yerimiz Qarabağa ədalətsiz təcavüzü Vidadini ilk gündən rahat buraxmır.
1970-ci ildə dağlar diyarı Lerik qəsəbəsində halal əməyi, nəcib arzuları, müqəddəs əməlləri ilə nüfuz sahibi olan Nemətulla kişinin ailə ocağında bir oğlan uşağı dünyaya gəlib. Adını Vidadi qoyublar. O, eşqini, məhəbbətini Vətənə verə-verə yetkinlik yaşına çatıb. Orta məktəbi bitirəndə artıq cəmiyyətdə onun yüksək mədəniyyətinə, əxlaqına, vətənpərvərliyinə heyran qalıblar. Doğma yurduna yararlı övlad olduğu bilinib. Vidadi hərbi xidmətə çağırılıb, Sovet Ordusu sıralarında dövrün qayınlarına uyğun əsgəri borcunu ləyaqətlə yerinə yetirib canından artıq sevdiyi doğma Azərbaycana qayıdıb...
Erməni dığaların 1988-ci ildən bizə qarşı başladığı ədalətsiz müharibə get-gedə şiddətlənirdi. Vətənin belə ağır günündə Vidadi öz yerini döyüş bölgəsində görür. Bu zaman düşməni yerinə oturdurmaq üçün Azərbaycan Respublikanın Prezidenti Heydər Əliyev qeyrətli, mərd oğlanlara çağırış və müraciət edir. 1993-cü ildə Vidadi könüllü silaha sarılıb yağıya qarşı döyüşə yollanır.
Vidadi Məmmədov ilk dəfə Füzulinin Bala Bəhmənli kəndində odun-alovun içinə girir. O, cəsarətlə döyüşün önündə gedir, əsgərləri qələbə savaşına səsləyir. Gərgin vuruşdan sonra kənd dığalardan təmizlənir. Müharibə meydanlarında bərkiyən Vidadiyə baş çavuş rütbəsi verilir. Sonrakı əməliyyatlara komandir kimi yollanır. Kərimbəyli kəndində, Horadiz qəsəbəsində sözün əsl mənasında yağıya qan uddurur, mərdliyi, qəhrəmanlığı əsgərlərə nümunə olur. Döyüş bacarığı, hərbi istedadı, siyasi və taktiki hazırlığı ona yeni-yeni zəfərlər qazandırır. Neçə ölüm-dirim savaşlarda qorxmadan, çəkinmədən polad sinısini irəli verib qartal tək düşmənin üstünə şığıyır. Qəlbi Vətən sevdalı komandir öz əsgərləri ilə Ağdamın Güllücə, Bəyəhmədli kəndlərində xüsusi hünər və qəhrəmanlıq göstərərək düşməni təlatümə gətirir. Laçın, Qubadlı, Zəngilan savaşında, strateji yüksəkliklər uğrunda gedən ən çətin döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, mövqe seçməkdə əsl peşəkar hərbiçi çevikliyi göstərir. Məhz buna görə ermənilər onun qabağında heç cür duruş gətirə bilmir, geri çəkilməyə başlayır.
Erməni qəsbkarlarının işğal etdikləri Vətən torpağının hər qarışı uğrunda döyüşə hazır olan Vidadi Məmmədov aldığı güllə yarasına görə arzusunda olduğu hərbidə qala bilmir. Amma Birinci Qarabağ müharibəsinin qanlı-qadalı günlərində keçdiyi şərəfli döyüş yolu ona başucalığı gətirir. Vətənə, torpağa olan sevgisi bu el qəhrəmanını dağlar diyarı leriklilərin ən sevimli oğluna döndərir. Təkcə onun adı çəkiləndə kiçik də, böyük də qürur düyür.
Vidadi Məmmədov 1996-cu ildə ordudan tərxis olunub halal ailə ocağına qayıdır. Sonrakı həyatına dəyər qatmaq üçün özünü dinc əməyə bağlayır. Yaxşı işlər görür, xeyirxah əməlləri el-obaya yalnız xoşbəxtlik gətirir. Həmişə, hər yerdə nəciblik, humanistlik göstərir, cəmiyyətin tərəqqisi naminə gördüyü işlərdən mənəvi zövq alır. Ömrünü sonuna kimi halal zəhmətdən doymur, pak bir ömür yaşamaqla adamlara düzgün yol göstərməkdən qalmır. Odur ki, Vidadi Məmmədov 2020-ci ildə dünyasını dəyişsə də, qoyub getdiyi xeyirxah əməllərinə görə unudulmur və böyük ehtiramla xatırlanır.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri