Icma.az
close
up
RU
Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında hələ də ilk sıralardadır. Lakin mütəxəssislər bildirirlər ki, düzgün qidalanma vərdişləri ilə bu riski minimuma endirmək mümkündür.

"Ölkə.az" ürəyinizi saat kimi işlədəcək, damarlarınızı təmiz saxlayacaq 12 əsas qidanı təqdim edir:

1. Yağlı balıqlar

Qızılbalıq (salamon), skumbriya və sardiniya kimi balıqlar Omeqa-3 yağ turşuları ilə zəngindir. Bu yağlar aritmiya riskini azaldır, təzyiqi tənzimləyir və iltihabı aradan qaldırır.

2. Yarpaqlı yaşıl tərəvəzlər

İspanaq, kələm və pazı kimi tərəvəzlər yüksək miqdarda K vitamini və nitratlarla zəngindir. Onlar arteriyaları qoruyur və qan təzyiqini aşağı salmağa kömək edir.

3. Taxıllar

Yulaf, çovdar və qəhvəyi düyü lif anbarıdır. Lifli qidalar "pis" xolesterolu (LDL) aşağı salaraq damar tıxanmalarının qarşısını alır.

4. Giləmeyvələr

Çiyələk, moruq, böyürtkən və qaragilə antioksidantlarla (antosianinlər) doludur. Onlar ürək hüceyrələrini oksidləşdirici stressdən və iltihabdan qoruyur.

5. Avokado

Tərkibindəki birdonmamış yağ turşuları sayəsində xolesterol səviyyəsini tarazlayır. Həmçinin ürək sağlamlığı üçün vacib olan kalium mənbəyidir.

6. Qoz və badam

Hər gün bir ovuc qoz və ya badam yemək damar elastikliyini artırır. Bu çərəzlər maqnezium və liflə zəngin olduğu üçün ürək dostu sayılır.

7. Paxlalılar

Mərci, lobya və noxud tərkibindəki həll olunan liflər vasitəsilə qanda xolesterolu və triqliseridləri azaldır.

8. Tünd şokolad (ən azı 70% kakao)

Flavonoidlərlə zəngin olan tünd şokolad qan dövranını yaxşılaşdırır və qan laxtalanması riskini azaldır. (Təbii ki, miqdarına diqqət etmək şərtilə!)

9. Zeytun Yyağı

Aralıq dənizi pəhrizinin əsası olan zeytun yağı antioksidantlarla zəngindir. Ürək xəstəlikləri və insult riskini ciddi şəkildə azaldır.

10. Sarımsaq

Tərkibindəki allisin maddəsi sayəsində sarımsaq təbii təzyiq salıcı funksiyasını yerinə yetirir və damarların sərtləşməsinin qarşısını alır.

11. Yaşıl çay

Katexinlərlə zəngin olan yaşıl çay maddələr mübadiləsini sürətləndirir, hüceyrə zədələnməsini azaldır və ürəyi cavan saxlayır.

12. Pomidor

Pomidora qırmızı rəng verən likopen güclü bir antioksidantdır. Likopen səviyyəsi yüksək olan insanlarda infarkt riski daha aşağı olur.(publika.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Aprel 2026 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri