Icma.az
close
up
RU
Ürəyinizi bütün xəstəliklərdən qoruyan QİDA

Ürəyinizi bütün xəstəliklərdən qoruyan QİDA

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün həkimlər qidalanma vərdişlərinə yenidən baxmağı tövsiyə edir. Bu məhsul ürək-damar sisteminin sağlamlığını qorumaq üçün əvəzsiz köməkçi ola bilər.

Lent.az bu qidanı təqdim edir:

Söhbət tünd şokoladdan gedir. Tünd şokolad tərkibindəki flavonoidlər – güclü antioksidantlarla zəngindir. Bu maddələr “pis” xolesterin səviyyəsini azaltmağa, qan dövranını yaxşılaşdırmağa və damarları möhkəmləndirməyə kömək edir. Tünd şokoladı müntəzəm və qədərində qəbul etmək arterial təzyiqi normallaşdırır və ürək sağlamlığını dəstəkləyir.

Faydalı şokoladı necə seçmək olar?

Ən çox fayda verən şokoladın tərkibində 70 faiz və daha çox kakao olmalıdır. Unutmayın ki, bu məhsul yüksək kalorilidir, buna görə də optimal qəbul norması gündə 37 qram təşkil edir.

1. Çəkiyə nəzarət etməyə kömək edir

Amerikalı alimlərin araşdırmaları göstərir ki, yeməkdən 15 dəqiqə əvvəl kiçik bir parça tünd şokolad qəbul etmək aclıq hissini 50% azaldır. Bu, şokoladın toxluq hormonlarının istehsalına təsir göstərməsi ilə əlaqədardır və iştahı daha asan idarə etməyə imkan verir.

2. Beynin işini stimullaşdırır

Flavonoidlər sayəsində tünd şokolad beyin fəaliyyətini artırır, yaddaşı və koqnitiv funksiyaları yaxşılaşdırır. Alimlər bunu beynə qan axınının artması ilə əlaqələndirirlər ki, bu da onun daha yaxşı işləməsinə şərait yaradır.

3. Enerji verir

Əgər siz qəhvə içə bilmirsinizsə, tünd şokolad əla alternativdir. 100 qram məhsulda təxminən 43 mq kofein var ki, bu da bədənə enerji verir və oyanmağa kömək edir. Tünd şokolad təkcə ləzzətli desert deyil, həm də düzgün qəbul edildikdə ürək, beyin və ümumi sağlamlıq üçün faydalı olan əsl superqidadır. Əsas məsələ normanı gözləmək və yüksək kakao tərkibli şokolada üstünlük verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri