Icma.az
close
up
RU
Uşağı təcavüzdən necə qorumaq olar. MƏSLƏHƏTLƏR

Uşağı təcavüzdən necə qorumaq olar. MƏSLƏHƏTLƏR

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son zamanlar uşaqlara qarşı artmaqda olan təcavüz hadisələrinə görə hər birimiz dərindən üzülürük.

Artıq valideynlər öz uşaqlarını pisniyyətli insanlardan nə cür qoruyacağına dair müxtəlif həll yollarını qayğılı şəkildə axtarmağa başlamışlar. Əvvəllər valideynlərimiz bizi tanıdığımız qonşu və qohumlarımızla bərabər rahatlıqla buraxa bilərdilərsə, müasir dövrün valideynləri bu addımı atmaqda çətinlik çəkirlər. Bu da təbiidir. Çünki dünyada aparılan araşdırmalar da göstərir ki, uşaqlıqda cinsi təcavüzə məruz qalma hallarının 90%-i yad bir insan tərəfindən deyil, uşağın məhz tanıdığı, inandığı və artıq etibarlı münasibətlər qurduğu insanlar tərəfindən baş vermişdir.

Uşaqlara hər hansı bir şəkildə təcavüz göstərmək istəyən insanlar hər yerdə, hətta sosial, elmi və mədəni insan qrupları arasında belə ola bilər. Onların xüsusi qorxunc görünüşləri yoxdur. Onların zahiri görkəmlərindən kim olduqlarını da müəyyən etmək mümkün olmur. Onlar həqiqi sifətlərini mahir şəkildə gizlətməyi bacaranlardır. Bu da onların əsas aldadıcı cəhətidir.

Amerikanın İtkin düşmüş və İstismara məruz qalmış Uşaqlar üzrə Dövlət Mərkəzi tərəfindən hazırlanmış hesabata əsasən, cinsi təcavüzə məruz qalmış uşaqların 84%-i 12 yaşı tamam olmamış uşaqlardır. Ona görə cinsi təcavüz üçün ən həssas yaş dövrü 9-12 yaş arası hesab edilir. Bu səbəblə, gələcəklərinə ümidlə baxdığımız övladlarımızı təhlükəli insanlardan qorumaq üçün sizə safelyeverafter.com saytının  bir neçə tövsiyələrini təqdim edirik:
- Uşaqlarınıza dəfələrlə xatırladın: Təhlükəli olmayan xoş niyyətli böyük adamlar heç vaxt kiçik uşaqlardan kömək istəmirlər, əgər böyüklərə hər hansı bir kömək lazım olarsa, onlar digər böyüklərdən yardım istəyirlər.

- Heç vaxt öz uşağınızı nəzarətsiz qoymayın. Hətta bir dəqiqəlik olsa belə.

- “Yad və ya tanımadığın adam” sözünü “hiyləgər adam” sözü ilə əvəz edin. Başqa sözlə desək, bu söz onların görünüşünü deyil, onların niyyətlərini göstərir, yəni uşağa nə demək istədiyini və uşaqla nə etmək istədiklərini göstərir, məhz bu xüsusiyyət onları təhlükəli və “hiyləgər” edir.

- “Hiyləgər adam” sizin yaxşı tanıdığınız və ya heç tanımadığınız, yaxud da bir az tanıdığınız – məsələn, məhəllə dükanında çalışan satıcı, ya da poçtalyon – və ya digər biri ola bilər. Bir insan ki, uşaqların təhlükəsizliyini pozmağa və onların bədənlərinə zərər toxundurmağa çalışır, həmin insandan artıq ehtiyat edilməlidir.

- Öz uşağınıza qulaq asın. Əgər övladınız hər hansı bir şəxsin yanında olmağı istəmirsə, məsələn dayənin, qohumun və ya ailə dostunun, onu buna məcbur etməyin. Bəlkə də bu əlamətlər sizin bilmədiyiniz bir məsələyə işarə edir.

- Daha böyük uşaqlarla kiçik uşaqların birlikdə olduğu ortamlarda diqqətli olun. Xüsusilə oyun oynama saatlarında uşaqların olduğu otaqların qapısını açıq saxlayın.

- Öz uşaqlarınızla təhlükəslizlik qaydalarını şəxsən məşq edin: Əgər ticarət mərkəzində itərlərsə, nə etməlidirlər? Əgər hər hansı bir şəxs onlardan yolu soruşarsa və ya kömək istəyərsə, nə deməlidirlər?

- Uşaqlarınızın adını onlara məxsus olan hər hansı bir şəxsi əşyalarının və ya geyimlərinin üst və görünən tərəfində yazmayın, məsələn, bel çantasının üzərində və ya gödəkçənin üst tərəfində.

- Daha böyük uşaqların hər zaman və mümkün olduqca sıx münasibətləri olan bir dostu olmalıdır. Siz də həmin dostunu və valideynlərini yaxından tanıyın.

- Narahatedici hisslər: öz instinktlərinizə inanın və uşaqlarınıza da öz instinktlərinə inanmağın normal olduğunu izah edin.

- Səmimi ailə prinsipləri qurun: Ailədə heç bir sirrə izn verməyin. Xüsusilə, əgər bu, intim yerlərə və ya narahatedici toxunuşlara aiddirsə. Bunları hər zaman valideynə danışmaq icazəlidir.

- Qoyun, uşaqlarınız özləri öz sevgi hisslərini istədikləri kimi bildirsinlər. Onları başqa birisini -qohumları, tanışları, dostları qucaqlamağa və ya öpməyə məcbur etməyin.

- Uşaqlarınızla kifayət qədər vaxt keçirin. Çünki valideyn diqqətinə həsrət qalan uşaqlar təhlükəli insanların tələsinə asanlıqla düşə bilərlər.

- Uşaqlarınızın məktəbdəki və ya məktəbdənkənar məşğuliyyətlərində könüllü kimi iştirak edin. Bununla da, uşaqlarınıza qarşılıqlı təsir göstərənlərin kim olduğunu öyrənin.

- Övladınızla güclü ünsiyyət əlaqələrini elə qurun ki, onları nə isə bir məsələ narahat edəndə sizə rahatlıqla danışa bilsinlər.

- Təhlükəsizlik anlayışlarını nəvazişlə və yumşaq şəkildə öyrədin. Qorxutmaq taktikası uşağınızın qorxularını artıra bilər və həm də belə taktikaya heç də gərək yoxdur.

- Uşaqlara hər hansı bir şəkildə zərər toxundurmaq istəyən insanlar onların ətrafında olan və hələ də nəyin düzgün, nəyin isə səhv olduğunu tam olaraq ayırd edə bilməyən və ya bu barədə öz valideynləri tərəfindən heç bir zaman təlimlənməyən daha böyük uşaqlar və ya yeniyetmələr də ola bilər. Buna görə dəyərli valideynlərimizi öz övladlarına qarşı daha da diqqətli olmağa çağırırıq. Unutmayın ki, övladlarımız Allahın əmanətidir. Onları qorumaq bir valideyn kimi üzərimizə düşən əsas məsuliyyətlərdən biridir.

Hazırladı: Ülviyyə Mirzəyeva

Vib.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see347

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see234

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see224

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see220

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see217

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see216

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see206

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see206

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see205

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see204

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see202

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see183

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see180

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see179

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see176

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see175

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see175

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see174

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see173

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri