Icma.az
close
up
RU
Uşağım heyvanlara zərər verir, nə edim?

Uşağım heyvanlara zərər verir, nə edim?

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Zərər vermək bəzi uşaqlarda tez-tez müşahidə edilən bir hərəkətdir. Belə ki, bu hərəkət yeri gələndə bir oyuncağa, yeri gələndə bir əşyaya, yeri gələndə bir insana, yeri gələndə isə bir heyvana qarşı olur. Ona görə də, ata-analar bu cür “zərərverici” hərəkətlərin artmaması, əksinə azalması üçün bəzi tədbirlər həyata keçirməlidirlər. Digər tərəfdən, bu zərərverici hərəkətlərin intensivliyini müəyyən etmək də çox vacibdir. Əgər çox ciddi bir psixoloji problemdən söhbət getmirsə, bu cür hərəkətləri konkret üsullarla aradan qaldırmaq olar. Ancaq bu hərəkətlər bir canlıya qarşı baş verdikdə vəziyyət daha ciddi bir xarakter alır. Belə olduqda, ata-analar həm bu hərəkətlərin baş verməsindən narahat olur, həm də bu hərəkətlərin arzuolunmaz həddə çatmasından ehtiyat edirlər.
Hər şeydən əvvəl qeyd edək ki, bu cür hərəkətlər depressiya və ya hiperaktivlik kimi hallarda özünü daha çox büruzə verir. Ancaq bu hallar aradan qaldırıldıqda isə, təbii olaraq, bu hərəkətlər də aradan qaldırılmış olur. Şübhəsiz ki, bu cür hərəkətlərin olmaması üçün valideynlər də müəyyən addımlar atmalıdırlar. Buna görə də, ilk növbədə, uşağın ümumi psixoloji vəziyyətində hər hansı bir problem olub-olmadığını (həmçinin bu problemi başqa problemlərin müşaiyət edib-etmədiyini) məyyən etməlidirlər. İkincisi, valideynlər bu hərəkətlərin nə vaxt pik səviyyəyə çıxdığını aşkara çıxarmalıdırlar. Digər tərəfdən, bu məsələdə valideynlər üçün uşağı bu cür hərəkətlərə sövq edən şərtlərin və ya şəxslərin olub-olmadığını müəyyən etmək də çox vacibdir. Üçüncüsü, bəzi uşaqlar televizor, kompüter, smartfon və s. kimi vizual vasitələrin təsiri altında qalır, burada müşahidə etdikləri “zərərverici” hərəkətlərdən nümunə götürürlər. Ancaq uşaqlar bu cür mənfi təsirlərdən uzaqlaşdırıldıqda, istər-istəməz, bu cür hərəkətlərdən də uzaqlaşdırılmış olurlar. Dördüncüsü, valideynlər bu cür uşaqlara empatiya hissinin (başqa sözlə, özünü başqasının yerinə qoymaq hissinin) aşılanması üçün də bəzi addımlar atmalıdırlar. Təbii ki, bunun üçün onlar təkcə sözləri ilə yox, hərəkətləri ilə də nümunə olmalıdırlar. Burada başqa bir üsul isə uşağın yaxın ətrafından nə qədər təsirlənib-təsirlənmədiyini müəyyən etməkdir. Çünki uşaq bu cür hərəkətləri əvvəlcə evdə müşahidə edə, sonra isə çöldə tətbiq edə bilər.
Aygün Vəliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Avqust 2026 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri