Icma.az
close
up
RU
“Uşağın mayalanma və doğum günü gələcək sağlamlığına təsir edir“ Elmi tədqiqat

“Uşağın mayalanma və doğum günü gələcək sağlamlığına təsir edir“ Elmi tədqiqat

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mayalanma və doğum tarixi uşağın sağlamlığını, immun sistemini və həyat uğurlarını formalaşdırır..."

Son tədqiqatlar göstərir ki, uşağın mayalanma və doğum tarixi onun bütün həyatına təsir edə bilər. Tokion Universitetinin apardığı araşdırmaya görə, insanın metabolizmi onun hansı mövsümdə mayalandığından və doğulduğundan asılı olaraq dəyişə bilər.

Moderator.az xəbər verir ki, bunu "The Times" nəşrində dərc edilən yeni təqdiqatın nəticələri göstərib.

Metabolizm və sağlamlıq əlaqəsi

Tədqiqatın nəticələrinə görə, 17 oktyabrdan 15 aprelinədək mayalanan uşaqların bədənində daha aktiv qəhvəyi yağ toxuması formalaşır. Bu yağ kaloriləri yandıraraq istilik yaradır, qan şəkərini tənzimləyir və enerji xərclərini artırır. Belə uşaqların bədən kütləsi indeksi aşağı, daxili orqan ətrafında yağ yığımı az olur və ümumi metabolik sağlamlıqları yüksək olur.

Professor Takeshi Yoneşiro vurğulayır: "Valideynlərin mayalanmadan əvvəl yaşadıqları mühit uşağın metabolik sağlamlığına uzunmüddətli təsir göstərə bilər". Bu nəticələr heyvanlar üzərində aparılan eksperimentlərlə də təsdiqlənir: siçanlar üzərində aparılan araşdırmalar mövsümi şərait və övladın metabolizmi arasında əlaqəni göstərmişdir.

Əvvəlki çoxillik araşdırmalar da göstərir ki, uşağın mayalanma və doğum tarixi onun sağlamlığına, fiziki inkişafına və hətta həyat uğurlarına təsir edə bilər. Məsələn, Kembric Universitetinin tədqiqatları göstərir ki, yayda doğulan uşaqlar doğumda bir qədər daha ağır olur, böyüyəndə daha hündür olur və cinsi yetkinliyə daha gec çatır - bu isə yetkinlikdə sağlamlıq göstəricilərinin yaxşı olması ilə əlaqələndirilir.

Mayalanma və doğumun mövsümi təsirləri

Hər mövsümün öz riskləri var. Oulu Universitetinin araşdırmasına görə, yanvar və fevral aylarında mayalanan uşaqların süd və yumurta kimi qida allergiyasına tutulma ehtimalı daha yüksəkdir - təxminən 11 faiz, oktyabr və sentyabr aylarında mayalananlarda isə bu göstərici 6 faizdir. Bu fərq 11-ci həftədə immun sisteminin formalaşması zamanı havadakı allergenlərlə bağlıdır.

Tarix həmçinin uşağın gələcək uğurlarına təsir göstərə bilər. Stratklayd Universitetinin araşdırmasına görə, Avropa futbol turnirində iştirak edən oyunçular arasında yanvarda doğulanların sayı dekabrda doğulanlardan demək olar iki dəfə çox olmuşdur, baxmayaraq ki, hər iki ayda doğum göstəriciləri eyni səviyyədədir. Bu, nisbi yaş effekti ilə izah edilir: uşaqlar ilin əvvəlində doğulduqda, idman və akademik mühitdə daha yaşlı və fiziki cəhətdən daha inkişaf etmiş olurlar.

1983-cü ildə bu fenomen ilk dəfə elit gənc xokkey oyunçularının doğum tarixlərinin analizində aşkar edilib və bu gün həm ulduz idmançılar, həm də istedadlı alimlər üçün əhəmiyyətli amil hesab olunur. Mütəxəssislər vurğulayır ki, məqsəd valideynlərə "ideal doğum vaxtını" təklif etmək deyil, ətraf mühit və mövsümlərin uşağın sağlamlığına, inkişafına və xəstəliklərə meylliliyinə təsirini anlamaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri