Icma.az
close
up
RU
Oyunların uşağın inkişafındakı rolu

Oyunların uşağın inkişafındakı rolu

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Uşaqların istər fiziki, istərsə də psixoloji inkişafında oyunun rolu böyükdür.
Bu baxımdan uşaqların yaşadıqları mənfi və ya müsbət hadisələr onların oynadıqları oyunda da özünü göstərir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, uşağın stresi, daxili dünyasındakı çatışmazlıqlar, qorxu və qayğıları müxtəlif oyunlarla müalicə edilə bilər. Hətta yaşadığı sıxıntılı hadisələrdən azad olmaq üçün oyun onun üçün “çıxış yolu“ da ola bilər. Buna görə də çox vaxt mütəxəssislər psixoloji travma keçirən uşaqlar üçün oyun terapiyası tətbiq edirlər. Oyunun uşaqlara göstərdiyi müsbət təsirlərdən biri də onun sosial inkşafını sürətləndirməsidir.
Y.Əsgərova onu da vurğulayıb ki, uşaqlar oyun vasitəsilə bir-birləri arasında ünsiyyət qurur, yeni dostlar, tanışlar qazanırlar. Uşaqlar eyni zamanda oyunun köməyi ilə dostlarını tanıyır, onların sevdikləri və ya sevmədikləri xüsusiyyətləri öyrənirlər. Uşaqlar həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, stresdən yaxa qurtarmaq, problemləri həll etmək və liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyundan kənarda qalma uşaq üçün psixoloji baxımdan travmaya çevrilə bilər. Belə uşaqlar yaşıdlarına qarşı daha təcavüzkar olurlar. Ata-analar da uşaqları ilə oyun oynayaraq aralarındakı ünsiyyəti möhkəmləndirməlidirlər.
"Oyuncaq seçiminə gəldikdə isə onlar uşağın yaşına uyğun olmalıdır. Bundan ötrü oyuncağı aldıqdan sonra istifadə qaydalarını çox diqqətlə oxuyun. Sınıb-dağılmış oyuncaqları saxlamayın. Oyuncaqları tez-tez təmizləyin. Üzərində “CE“ işarəsi olmayan oyuncaqları almayın. Bəzən orijinal olmayan oyuncaqların üzərində də “CE“ işarəsinin olduğunu unutmayın", - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyun 2026 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see634

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see542

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see301

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see261

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see230

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see209

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see208

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see201

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see201

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see183

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see182

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see175

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see174

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see169

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see166

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see157

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see155

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see152

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri